Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-757/2020 18.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 13-cü mikr-n, ev 51, mənzil 28-də yaşayan), İddiaçının nümayəndəsi X2 (Sumqayıt şəhəri, 13-cü mikr-n, ev 51, mənzil 28-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, Binəqədi rayonu,R.Behbudovküçəsi,ev 1A-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X11 1 saylı X5rşı iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən əmək pentiyasının təyin edilməsi və hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X11 Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən əmək pentiyasının təyin edilməsi və hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, DSMF-nin Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh isə imtina cavabında onun kifayət qədər pensiya kapitalı və ya 25 il sosial siğorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığını bildirmişdir. Belə ki, ona tələb olunan 23040.00 manat sosial siğorta kapitalına qarşı cəmi 6502.19 manat pensiya kapitalı hesablanmışdır. Daha sonra iddiaçıya izah edilmişdir ki, onun xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində fəhlə işlədiyi müddət sosial siğorta stajına daxil edilməmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 idda tələbini müdafiə etdi və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədəmn xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının müraciəti əsasında aparılan zamanı Əmək və X10 Nazirliyinin “X1 Sistemi”nin “Siğorta” (Hesabat) altsistemində siğortaedən Sumqayıt şəhər 18 saylı X14 aid 2006-2016-cı illər üzrə məcburi dövlət sosial siğorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar aşkar edilməmişdir, eyni zamanda siğorta edən Sumqayıt şəhər 18 saylı X18 tərəfindən 2017- 2018-ci illərin İ-İV rübləri üzrə təqdim olunmuş məlumatlardan məlum olur ki, həmin dövrlər üzrə məcburi dövlət sosial siğorta haqları ödənilməmişdir. Sumqayıt şəhər 18 saylı X12 xx.xx.2008-ci il tarixdən siğortaedən kimi qeydiyyatdan keçmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Lakin Rayonlararası Təmir Tikinti Baş İdarəsinin Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti xx.xx.2008-ci il tarixdən sığortaedən kimi qeydiyyatdan keçdiyindən yuxarıda qeyd olunan Qanun həmin müəssisəyə münasibətdə tətbiq edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Sumqayıt şəhər 18 saylı X18 xx.xx.2008-ci il tarixindən sığortaedən kimi qeydiyyatdan keçməsi nəzərə alaraq demək olar ki, həmin müəssisə xx.xx.2002-ci il tarixindən xx.xx.2008-ci il tarixinə qədər sosial sığorta münasibətlərinin iştirakçısı olmamışdır. Eyni zamanda Sumqayıt şəhər 18 saylı X18 tərəfindən 2017-ci ilin İ rübünə qədər hər hansı bir hesabat təqdim edilməmiş, 2017- 2018-ci illərin l-İV rübləri üzrə hesabat təqdim etsə də, İddiaçı ilə bağlı hər hansı ödəniş edilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan : - iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. - Sumqayıt şəhəri 18 saylı X12 xx.xx.2020-ci il tarixli 02 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən Sumqayıt şəhəri 18 saylı X13 fəhlə işinə qəbul edilmişdir və xx.xx.2018-ci il tarixdə 38 saylı əmrlə işdən azad edilmişdir. - ИТ-№ ******* iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1990-cı ildən xx.xx.2002-ci il tarixədək X15 fabrikində, xx.xx.2002-ci ildən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhəri 18 saylı X13 işləmişdir. - Naxçıvan MR Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 12/364 saylı arxiv arayışından görünür ki, İddiaçı 1976-1978, 1980, 1982-1983, 1986-1988ci illərdə keçmiş M.Hüseynzadə adına kolxozda işləmiş və əmək haqqı almışdır. - Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin “X1 Sistemi”nin “Siğorta” (Hesabat) altsistemindən çıxarışdan görünür ki, Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti xx.xx.2008-ci il tarixdə sığortaedən kimi qeydiyyatdan keçmiş, VÖEN-i xx.xx.2004-cü il tarixdə almışdır. -Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin “X1 Sistemi”nin “Siğorta” (Hesabat) altsistemindən çıxarışlar görünür ki, siğortaedən Sumqayıt şəhər 18 saylı X14 aid 2006-2016-cı illər üzrə məcburi dövlət sosial siğorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar aşkar edilməmişdir. Eyni zamanda siğorta edən Sumqayıt şəhər 18 saylı X18 tərəfindən 2017-2018-ci illərin İ-İV rübləri üzrə təqdim olunmuş məlumatlardan məlum olur ki, həmin dövrlər üzrə məcburi dövlət sosial siğorta haqları ödənilməmişdir. İddiaçı adı 2017- 2018-ci illərə aid hesabatlarda qeyd olunsa da, ödənişlər aparılmamışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19/20 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestinə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən idarə öz fəaliyyətini dayandırmış və işçilər öz hesabına buraxılımışdır. 2016-cı ilin yanvar ayından idarə öz fəaliyyətini bərpa etmişdir. Həmin ilin İ rübünün məcburi dövlət sosial sığorta ödəmələri ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi 9 il və X15 Fabrikində işlədiyi 12 illik dövr nəzərə alınarsa, sosial sığorta stajı cəmi 21 il təşkil edir, yəni ona yaşa görə əmək pensiyasının təyil edilməsi üçün cavabdeh tərəfindən mübahisələndirilən dövrün sosial sığorta stajına daxil edilib-edilməməsinə qiymət verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Sumqayıt şəhər 18 saylı X18 vergi ödəyicisi kimi 2004cü ildə, sığortaedən kimi 2008-ci ildə qeydə alınmışdır. Bundan başqa həmin müəssisə tərəfindən verilən arayışda müəssisənin 2006-cı ildən 2016-cı ilədək fəaliyyət göstərmədiyi və işçilərin həmin dövrə öz hesablarına məzuniyyətə buraxıldığı qeyd olunmuşdur. Müəssisənin təqdim etdiyi hesabatlarda iddiaçının adı yalnız 2017-2018-ci illərdə qeyd edilmişdir ki, həmin illər üzrə də məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasəm sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Lakin Sumqayıt şəhər 18 saylıl Təmir-Tikinti Tresti xx.xx.2008-ci il tarixdən sığortaedən kimi qeydiyyatdan keçdiyindən yuxarıda qeyd olunan Qanun həmin müəssisəyə münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respiblikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müaviəntin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X11 1 saylı X5rşı iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi, xx.xx.2019-cu il tarixdən əmək pentiyasının təyin edilməsi və hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-757/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-757/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver