Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-759/2023 14.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMCyə qarşı yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək; mənfəət və əmlak Vergiləri üzrə 2019-2020-2021-ci il illər) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlərin cavabdeh “GN Petrol-S LTD “ MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında X3 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək; mənfəət və əmlak Vergiləri üzrə 2019- 2020-2021-ci il illər) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlərin cavabdeh “GN Petrol-S LTD “ MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında X3 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 22001970G1157650 nömrəli Qərarı ilə “GN Petrol-S LTD" MMC-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022) təyin edilmişdir.Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada **********157671 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir.Tələbnamədə yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək; mənfəət və əmlak vergiləri üzrə 2019- 2020-2021-ci illər) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlərin təqdim edilməsi tələb edilmişdir: Lakin səyyar vergi yoxlaması zamanı Cavabdeh MMC tərəfindən yoxlamaya vergilərin hesablanması üçün xüsusilədə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə; aylıq əsasda excel faylda), yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar və digər zəruri sənədlər yoxlamaya təqdim edilməmişdir,Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq “Sənədlərin təqdim edilməməsi barədə” iki nüsxədən ibarət Akt tərtib edilmişdir.Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli **********161771 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********161771 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya elektron üsulla elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli **********37730 nömrəli, xx.xx.2022-ci il tarixli **********366000 nömrəli, 01,09.2022-ci il tarixli **********878400 nömrəli, xx.xx.2022-ci İl tarixli **********455700 nömrəli və xx.xx.2022-ci il tarixli **********979200 nömrəli məktublarla elektron formatda (“pdf”) qoşma faylda ümumilikdə 380 vərəq sənəd (DGK-nın X1 Sistemindən əldə olunmuş idxal əməliyyatları haqqında məlumat, gömrük bəyyanamələri, elektron-qaimə fakturalar və qeyrirezident müəssisələrlə bağlanmış müqavilələr) təqdim edilmişdir.Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət “Sənədlərin qismən təqdim olunması barədə" Akt tərtib olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 22001970G1157650 nömrəli Qərarından görünür ki, “GN Petrol-S LTD" MMC-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022) təyin edilmişdir. -Bununla bağlı “GN Petrol-S LTD" MMC –də SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********157671 nömrəli tələbnamə göndərilmişdir. -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli **********161771 nömrəli Qərardan görünür ki, “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək; mənfəət və əmlak vergiləri üzrə 2019-2020-2021-ci illər) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlərin, vergilərin hesablanması üçün xüsusilədə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə; aylıq əsasda excel faylda), yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar və digər zəruri sənədlər təqdim edilməsi tələb edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********161984 nömrəli protokoldan görünür ki, tələb olunan sənədlərdən vergi ödəyicisi tərəfindən yoxlamaya az bir hissəsi təqdim edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yalnız səyyar vergi yoxlaması keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin cavabdehdən tələb olunmasına baxmayaraq həmin sənədlər vergi orqanına təqdim olunmamış və bu səbəbdən iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi sözügedən sənədlərin Cavabdeh MMC –dən götürülməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan yoxlama ilə əhatə edilən dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək; mənfəət və əmlak vergiləri üzrə 2019- 2020-2021-ci illər) üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlərin, o cümlədən yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri; yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə; aylıq əsasda excel faylda); müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (illər üzrə); Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitərin siyahısı; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri; “Malların alış aktı”, “Malların elektron alış aktı”, “Malların təhvil-qəbul aktı”, “Malların alınması üçün vəkalətnamə”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə- fakturası”, “İtmiş,əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt", “Yük avtonəqliyyatı üçün yol vərəqi”, “Malların qaytarılması aktı”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt”; yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək; mənfəət və əmlak vergiləri üzrə 2019-2020-2021 -ci illər) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; Dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; Dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; Yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z- hesabatları (aylar üzrə), ciddi hesabat blankları Cavabdeh MMC -dən götürülərək iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-759/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-759/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver