Məhkəmə qərarları › İş №2-1(118)-76/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-76/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-76/2022 22.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (Şamaxı rayonu, Sabir qəsəbəsi,Pirsaat yaşayış sahəsində yaşayan) və nümayəndəsi Vəkil (Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********30 saylı imtinanın əsassız hesab edilməsi, Şamaxı rayonu Mərzəndiyə Bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 0.5055 ha torpaq sahəsinin 0.21 ha sahəsi kənd təsərrüfatı təyinatlı, 0.2955 ha sahəsi isə yaşayış məntəqələri torpaqlarına aid olması barədə xx.xx.2022-ci il tarixli 10/4902 saylı ekspert rəyi ilə müəyyən olunmuş qaydada mülkiyyət hüququmun qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “imtina məktubunun əsassız hesab edilməsi, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə satılmış 0.5055 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********30 saylı imtinanın əsassız hesab edilməsi, Şamaxı rayonu Mərzəndiyə Bələdiyyəsinin 25 aprel 2007ci il tarixli 04 saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 0.5055 ha torpaq sahəsinin 0.21 ha sahəsi kənd təsərrüfatı təyinatlı, 0.2955 ha sahəsi isə yaşayış məntəqələri torpaqlarına aid olması barədə xx.xx.2022-ci il tarixli 10/4902 saylı ekspert rəyi ilə müəyyən olunmuş qaydada mülkiyyət hüququmun qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müraciəti əsasında Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi ilə 9.500 manata 0,5055 ha torpaq sahəsi satılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Valideynləri xəstə olduqları üçün uzun müddət onların müalicəsinə maddi vəsait xərcləmiş və torpaq sahəsini mülkiyyətinə qeydiyyata aldıra biliməmişdir. O, xx.xx.2021-ci il tarixdə müvafiq sənədləri cavabdeh idarəyə təqdim edərək mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. lakin cavabdeh bir neçə əsasla ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Mərzəndiyyə Bələdiyyəsinin (indiki Sabir Bələdiyyəsinin ərazisi) 25 aprel 2007ci il tarixli 04 nömrəli qərarı ilə ayrılan torpaq sahəsi Bakı-Qazax avtomobil yolu ilə qəsəbə daxili yolun kəsişməsində ylerləşir. Baxış zamanı torpaq sahəsinin daxilindən əmlakı özəlləşmiş, torpaq sahəsi isə dövlətə məxsus olan, Təmir Tikinti İdarəsinin ərazisinə yol mövcuddur. Belə ki, həmin müəssisənin qaraj sahəsinə giriş (sökülmüş darvaza yeri qalmaqdadır) yalnız baxış keçirilən 50 ha torpaq sahəsindən mövcuddur. Bu hal müəssisənin texniki pasportunda hazırlanmış baş planında da öz əksini tapmışdır. Həmçinin torpaq sahəsinin bir hissəsindən sərhədboyu qəsəbədaxili qaz xəttinin və işıq xəttinin keçdiyi müəyyənləşmişdir. İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi qəsəbənin ümumi istifadəsində olan ərazidir. Torpaq qanunvericiliyinin tələblərinə əsasən ürtıumi istifadədə olan torpaq sahələri yalnız icarəyə verilə bilər. Torpaq sahəsi alqı-satqı predmeti olmadğı üçün İddiaçı ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan : -Şamaxı rayon Mərzəndiyə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə tikinti məqsədi ilə İddiaçı 3.00 ha torpaq sahəsi satılması qərara alınmışdır. -Torpaqların alqı-stqısına dair aktdan görünür ki, Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarına əsasən Şamaxı rayon Mərzəndiyə bələdiyyəsi İddiaçı 3.00 ha torpaq sahəsi satmışdır. -DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2009-ci il tarixli rəyindən görünür ki, Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi alqı-satqı predmetidir və satılması məqsədəmüvafiqdir. -DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 5000.55 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A N 051813 saylı torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə kommersiya məqsədi ilə satılmış 5000.55 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - Azəriqaz İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” X4 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin balansında və istismarında olan qaz xətti keçmir. - Şimal X5 Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonunun Mərzəndiyə kəndi ərazisinə Pirsaat yaşayış massivində İddiaçı məxsus torpaq sahəsi Şamaxı ES-nə məxsus h/x-nin mühafizə zolağına düşmür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2189 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu X1 xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə iddiaşı İddiaçı satılmış, ANe 051613 nömrəli plan ölçü sənədində göstərilən koordinatlarda olan 0.5055 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin 0.29 ha-dək hissəsinin yaşayış məntəqəsi kateqoriyalı, 0.21 һa-dək hissəsinin isə kənd təsərrüfatı təyinatlı (ictimai tikinti) torpaqlara düşdüyü müəyyən edilmişdir.Mübahisəli qaz xəttinin göstərilən koordinatlarda olan torpaq sahəsinin qərb sərhəddindən keçdiyi nəzərə alınaraq həmion torpaq sahəsinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinin tələbinə əsasən göstəriolən 2-5 metrlik mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Eyni zamanda göstərlən koordinatlarda yerləşən torpaq sahəsindən Təmir Tikinti İdarəsinə gedən yolunn keçdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin yaxınlığından keçən elektrik xəttləri ilə bağlı məlumat olmadığından, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik enerjisi xətlərinin mühafizə zolağında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardaıd ilə iş üzrə əlavə məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinin 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı satılmış 0.5055 ha torpaq sahəsinin hansı hissəsi kənd təsərrüfatı təyinatlı, hansı hissəsi yaşayış məntəqələri torpaqlarına aiddir? 2) göstərilən 0.5055 ha torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşibyerləşməməsi müəyyən edilsin; 3) qaz mühafizə zolağına düşməsi müəyyən edilərsə hansı ölçüdə və hissədə düşür? 4) mübahisəli 0.5055 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik enerjisi xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsi müəyyən edilsin; 5) yüksək gərginlikli elektrik enerjisi xəttinin mühafizə zolağına düşməsi müəyyən edilərsə hansı ölçüdə və hissədə düşür? 6) mübahisəli torpaq sahəsinin yolun (Təmir Tikinti İdarəsinə gedən yolun) mühafizə zolağında yerləşib-yerləşməməsi müəyyən edilsin; 7) torpaq sahəsinin yolun mühafizə zolağına düşməsi müəyyən edilərsə hansı ölçüdə və hissədə düşür? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.010.2022-ci il tarixli 10/4902 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli mütəxəssis rəyinə görə İddiaçı satılmış Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsini 25 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə 0.5055 ha torpaq sahəsinin 0.21 ha hissəsinin kənd təsərrüfatı təyinatlı, 0.2955 hissəsinin isə yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən olunmuşdur. X7 İstismarı İdarəsinin 27 sentyabr 2022-ci il tarixli məktubuna görə Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin ərazisindən “Azəriqaz” X4 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin balansında və istismarında olan qaz xətti keçmir. Mütəxəssis rəyinə və X3 Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsinin xx.xx.2022-ci il tarixli 27/448 nömrəli məktubuna əsasən ərazidə yüksək gərginlikli elektrik xəttinin olmadığı və Şamaxı rayonu Mərzəndiyə kənc ərazisindəki Pirsaat yaşayış massivində İddiaçı məxsus torpaq sahəsinin Şamaxı EŞ-nə məxsus h/x-nin mühafizə zonasına düşmədiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemin göstəricilərini və “Avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanunu”nun 15-1 maddəsinin tələblərini nəzərə alaraq qeyd olunur ki, mübahisəli (Təmir Tikinti İdarəsinə gedən yol) yolun olduğu torpaq sahəsinin dövlət mülkiyyətində deyil, Şamaxı rayonu Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmiş 0.5055 ha torpaq sahəsinin daxilində olduğuna görə həmin yola mühafizə zolağı nəzərdə tutulmur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci, 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 9.1.2-ci və 9.1.3-cü maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır; -15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya satılmış 3.0 ha torpaq sahəsinin 0.5055 ha hissəsinin 0.2955 ha hissəsi yaşayış məntəqələri torpaqları, 0.21 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin 0.21 ha torpaq sahəsinə dair hissədə bu əsasla təmin edilməməlidir. Digər 0.2955 ha torpaq sahəsinə qaldıqda isə məhkəmə qeyd edir ki, ekspert mütəxəssis rəyinə istinadən həmin torpağın yaşayış məntəqələri torpaqlarına aid olduğunu qeyd etsə də, torpağın ilkin ayırma sənədində və bununla bağlı tərtib edimiş bütün sənədlərdə torpaq sahəsinin tikinti (kommersiya) məqsədi ilə ayrıldığı qeyd edilmişdir. Bundan başqa ekspert torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşməməsi ilə bağlı suala münasibətdə X7 İdarəsinin məktubuna istinadən cavab vermişdir ki, mübahisəli torpaq sahəsinin üzərindən qaz xəti keçmir. Halbuki, torpaq sahəsinin mühafizə zolağına düşüb-düşməməsinə qiymət vermək üçün qaz xəttinin həmin torpaq sahəsinin üzərindən keçib-keçməməsindən savahı qaz xəttinin torpaq sahəsindən nə qədər aralı məsafədə yerləşməsinə diqqət yetirmək lazımdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli mütəxxəssis rəyində qeyd etmişdir ki, ərazi idarəsində qaz xəttinin mühafizəsi ilə əlaqədar heç bir məlumat olmadığından göstərilən 0.5055 ha torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Daha sonra həmin idarə xx.xx.2022-ci il tarixli **********31 saylı məktbunda qaz xəttinin torpaq sahəsinin qərb sərhəddindən 0.50-1 m aralığındakı məsafədə yerləşdiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə əsasn mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir Məhkəmə göstərilən normalara diqqət yetirərək qeyd edir ki, qaz xəttinin mühafizə zolağı magistral və şəhər, qəsəbə və ya kənddaxili xətlərinin, təzyiqindən asılı olaraq dəyişə bilər. Lakin bu məsafə ən azı 2- 5 m təşkil edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar