Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-76/2023 18.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki invertarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-invertarlaşdırıcısı X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Hökməli qəsəbəsi ünvanında yerləşən 0.018 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon Hökməli qəsəbəsi ünvanında yerləşən 0.018 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 30 iyul 2020-ci il tarixli, **********80 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci Qarabağ müharibəsi iştirakçısı, həmçinin Vətən müharibəsi X4 üzvüdür. 04 marı 2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.018 ha torpaq sahəsini X10 adlı şəxsdən AN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. xx.xx.2020ci il tarixdə isə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 162001 1938 qeydiyyat nömrəli iddiaçının adına çıxarış verilmişdir. Halhazırda sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu səbəbdən xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu əsası ilə plan-ölçü sənədinin verilməsindən imtina olunmuşdur. Qeyd edir ki, imtina cavabını aldıqdan sonra könüllü olaraq cəbhəyə yola düşdüyündən məhkəməyə müraciət edə bilməmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən əsassız imtina məktubu verilərək torpaq sahəsinin sənədləşdirilməsindən imtina edilmişdir. İddiaçıya məxsus torpaq sahəsi ilə yanaşı qardaşına məxsus torpaq sahəsi də mövcuddur. Sənədləşmə işi ilə bağlı müraciət edən zaman ona da eyni məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə prosesləri zamanı torpaq sahəsinin sənədləşməsinə nail ola bilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən X5 mülkiyyətində olmuş 0.018 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq (yerinin dəyişdirilməsi) mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin qanunun 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Eləcə də həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatınln dayandırılması üçün digər əsasların olub-olaması müəyyən edilir. Beləliklə, müraciətdə bəyan olunan hüquqlarla, qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin (uygunsuzluqların) olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Əlavə olaraq qeyd edirlər ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrasına təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasında torpaqların (dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqlar) elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edilməsindən sonra ərizənin məqsədinə yenidən baxıla bilər. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı Fərmanında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" təsdiq edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki invertarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-invertarlaşdırıcısı X6 məlumatlı şəxs kimi iştirak etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə şəhadətnamə arasında uyğunsuzluq mövcuddur. 4100 m aralıdadır. Sürüşmə deyil. İddiaçı faktiki olaraq başqa ərazidən istifadə edir. Həmin ərazilərdə belə hallar vardır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Abşeron rayon Hökməli qəsəbəsi ünvanında yerləşən 0.018 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq (yerinin dəyişdirilməsi) mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 56 nömrəli qərarına əsasən Ləğv edilmiş DTXK tərəfindən X1 və ailə üzvlərinin adına Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə dair JN-416A nömrəli xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin 0.018 ha hissəsi Abşron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 4Ə- 252 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 özgəninkiləşdirilmişdir. 0.018 ha torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********65 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-248 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********65 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmiş, ortofoto görüntüdən həmin torpaq sahəsinin JN-416A sənəd üzrə və faktiki yerləşmə vəziyyəti arasında 4100 m aralıda olmaqla uyğunsuzluq olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktının və torpaq sahəsi ilə bağlı ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim sənədlərdən və müayinə baxış aktından torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğu görünür. Qeyd edilənləri nəzərə alaraq Məhkəmənin 2-1(118)-1881/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Abşeron rayon Hökməli qəsəbəsi ünvanında yerləşən iddiaçıya məxsus 0.018 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə natura üzrə yerləşməsində fərqlər varmı, varsa nədən ibarətdir? -Natura üzrə torpaq sahəsinin təyinatı və kateqoriyası uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 dekabr 2022-ci il tarixli, **********23 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir ki, 1. Elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən iddiaçıya məxsus 0,018 torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada faktiki istifadə vəziyyəti arasında fərq var. Torpaq sahəsinin yeri və konfiqurasiyası dəyişdirilib.
2. Elektron kadastr məlumat bazasına əsasən iddiaçı X2 faktiki istifadəsində olan 0,021 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları daxilində həyətyanı sahə kimi göstərilmişdir. Göründüyü kimi torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Həmçinin məhkəmə iclasında mütəxəssis rəyinin verilməsində iştirak etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki invertarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-invertarlaşdırıcısı X6 məlumatlı şəxs kimi iştirak etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə şəhadətnamə arasında uyğunsuzluq mövcuddur, 4100 m aralıdadır. Sürüşmə deyil. İddiaçı faktiki olaraq başqa ərazidən istifadə edir. Həmin ərazilərdə belə hallar mövcuddur. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görədə iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev