Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-7609/2025 27.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8-K saylı əmrinin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Əmək münasibətlərinin bərpa olunması; Maddi zərərin ödənilməsi - orta aylıq əməkhaqqı əsasında məvacib; İşdən çıxarıldığı xx.xx.2020-ci il tarixindən indiyədək olan dövr üçün əmək haqqının ödənilməsi və geriyə dönük bərpa edilməsi; İddiaçıya təzyiq və hüquqlarının pozulmasına görə 18.000 (on səkkiz min) manat mənəvi zərərin ödənilməsi; İşdən çıxarılmasının siyasi hüquqlarının pozulması kimi qiymətləndirilməsinə hüquqi qiymət verilməsi; Məhkəmə və digər xərclərin cavabdehdən tutulması; İşə bərpa olunana qədər müvəqqəti məşğulluqla bağlı qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8-K saylı əmrinin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Əmək münasibətlərinin bərpa olunması; Maddi zərərin ödənilməsi - orta aylıq əməkhaqqı əsasında məvacib; İşdən çıxarıldığı xx.xx.2020-ci il tarixindən indiyədək olan dövr üçün əmək haqqının ödənilməsi və geriyə dönük bərpa edilməsi; İddiaçıya təzyiq və hüquqlarının pozulmasına görə 18.000 (on səkkiz min) manat mənəvi zərərin ödənilməsi; İşdən çıxarılmasının siyasi hüquqlarının pozulması kimi qiymətləndirilməsinə hüquqi qiymət verilməsi; Məhkəmə və digər xərclərin cavabdehdən tutulması; İşə bərpa olunana qədər müvəqqəti məşğulluqla bağlı qərar qəbul edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən (məhkəmənin yardım etmək vəzifəsi) iddiaçıya hüquqi yardım edilmiş, məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, buraxılmış müddətin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılıb, qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmə, iddia tələbinin ilk hissəsi olan “Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8- K saylı əmrinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırılarkən, iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirilən - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli, 8-K nömrəli əmrindən 2020-cü ilin yanvar ayından məlumatı olmuşdur. Beləliklə, iddiaçı mübahisələndirilən qərarı məhkəmədə xx.xx.2025-ci il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı imtina barədə inzibati aktdan 2020-ci ilin dekabr ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 4 il 8 ay sonra, xx.xx.2025-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia müddətinin bərpa edilməsinə dair ərizəyə münasibətdə bildirir ki, inzibati icraatda məhkəməyə əsaslandırılmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır, yalnız iddia ərizəsinin İPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) tələb edilmişdir. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadalasa da həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkəməyə çatımlılığını istisna etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibati Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə həmçinin iddia tələbinin “Əmək münasibətlərinə bərpa olunması; Maddi zərərin ödənilməsi - orta aylıq əməkhaqqı əsasında məvacib” hissəsinə münasibətdə bildirir ki, qeyd edilən hissədə iddia tələbi birinci tələbdən asılı olduğundan və həmin tələb mümkün sayılmadığından digər tələblərə də mahiyyəti üzrə baxılması mümkün deyildir. Bununla yanaşı məhkəmə iddia tələbinin “iddiaçıya təzyiq və hüquqlarının pozulmasına görə 18.000 (on səkkiz min) manat mənəvi zərər ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, mənəvi zərərin ödənilməsinə dair mübahisələr mülki xarakterli mübahisələrdir və inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan məsələlərə aid deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Eyni zamanda məhkəmə hazırki iddia tələbinin “işə bərpa olunana qədər müvəqqəti məşğulluqla bağlı qərar qəbul edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd edilən hissədə də mübahisənin həll edilməsi inzibati məhkəmə icraatı predmetinə aid deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 8-K saylı əmrinin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Əmək münasibətlərinin bərpa olunması; Maddi zərərin ödənilməsi - orta aylıq əməkhaqqı əsasında məvacib; İşdən çıxarıldığı xx.xx.2020-ci il tarixindən indiyədək olan dövr üçün əmək haqqının ödənilməsi və geriyə dönük bərpa edilməsi; İddiaçıya təzyiq və hüquqlarının pozulmasına görə 18.000 (on səkkiz min) manat mənəvi zərərin ödənilməsi; İşdən çıxarılmasının siyasi hüquqlarının pozulması kimi qiymətləndirilməsinə hüquqi qiymət verilməsi; Məhkəmə və digər xərclərin cavabdehdən tutulması; İşə bərpa olunana qədər müvəqqəti məşğulluqla bağlı qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-7609/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7609/2025
27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver