Məhkəmə qərarları › İş №2-1(118)-761/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-761/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-761/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında İddiaçı aid doğum haqqında akt qeydində “ata qrafasında” ata adının “X5” qeydinin əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında İddiaçı aid doğum haqqında akt qeydində “ata qrafasında” ata adının “X5” qeydinin əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, atası X5 ilə anası X2 rəsmi nikah münasibətlərindən Şabran (keçmiş Dəvəçi) rayonunda 10 noyabr 1961-ci il tarixdə anadan olmuşdur. Lakin ona qanuna uyğun A3 026480 №-li Doğum haqqında şəhadətnamə yazılıb verilsə də, diqqətsizlikdən “doğum haqqında akt qeydlər kitabında” ata qrafasında ata adı qeyd edilməmişdir. Bundan sonra bu natamamlıq sənədləşmədə ona heç bir maneçilik törətməmişdir. Belə ki, hərbi biletdə, əmək kitabçasında və uşaqların doğum haqqında sənədlərində atası kimi “X5” adı qeyd edilmişdir. Onun doğun kaqqında akt qeydində ata adı qeyd edilmədiyindən Siyəzən rayon Polis Şöbəsi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edərək, bildirmişdir ki, onun ata adı elektron sistemdə görünmədiyinə, başqa sözlə bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında ata adı qeyd edilmədiyinə görə ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -АЗ № 026480 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 26.10.1961-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X6 qeyd olunmuşdur. -Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli 05/Q-154-13 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı deyil, Alməmmədov Dərbətqulunun doğum haqqında 93 saylı 10.11.1961 -ci il tarixli akt qeydinin surəti göndərilmiş, doğum haqqında akt qeydinin qeydə alınmasına əsas olunmuş sənədlər Şabran rayon qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı bildirilmişdir. -ИТ-№ ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 14.09.1982-22.09.1986, 12.02.1987-22.06.1987, 02.03.1987-10.05.1993-cü illərdə müxtəlif müəssisələrdə çalışmışdır, həmin sənəddə ata adı kimi “Allahqulu” qeyd edilmişdir. -X-ЖГ № 450688 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 11.07.1985ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, ata qrafasında X1, ana qrafasında X8 qeyd edilmişdir. -НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 10.05.1980-08.06.1982-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. -Cavabdeh tərəfindən verilmiş 03.02.2021-ci il tarixli 11 saylı imtina məktubundan görünür ki, 02.02.2021-ci il tarixli, doğum haqqında akt qeydinin ata qrafasına əlavələr edilməsi barədə olan ərizəyə cavab olaraq bildirilmişdir ki, kifayət qədər sübut olmadığı üçün ərizənin icra edilməsi mümkün deyildir. -Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli 230 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci i! tarixli 52 saylı qərarına əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın 13-16 maddələrinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının İtmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə vərənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tərəfindən icra edilir. Bu səbəbdən doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. -Siyəzən rayon Polis Şöbəsinin 183-7689A-3220 saylı 12.08.2020-ci tarixli məktubundan görünür ki, iddiaçının ata adı Elektron sistemdə görünmədiyinə görə ona şəxsiyyət vəsiqəsi verilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının bütün şəxsi sənədlərində ata adı “Alməmmədov Allahqulu” göstərilməsinə baxmataraq doğum haqqında akt qeydində ata qrafasında atası barədə qeydiyyat aparılmamışdır. Bu səbəbdən daxili işlər orqanlarında iddiaçının ata adı elektron sistemində görünmədiyindən o, şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllnin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı doğum haqqında akt qeydində “ata qrafasında” ata adı X5 qeydinin aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində “ata qrafasında” ata adı X5 qeydinin aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar