Məhkəmə qərarları › İş №2-1(118)-762/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-762/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-762/2021 24.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı Xızı Rayon İcra Hakimiyyəti başçısının 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi, Xızı rayon İcra Hakimiyyəti başçısının 25.11.2005-ci il tarixli 154 saylı sərəncamının bərpa edilməsi icarə hüququ ilə onun istifadəsinə verilmiş və həmin torpaq sahəsinə icarə müqaviləsinin yenidən bağlanması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı Rayon İcra Hakimiyyəti başçısının 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi, Xızı rayon İcra Hakimiyyəti başçısının 25.11.2005-ci il tarixli 154 saylı sərəncamının bərpa edilməsi icarə hüququ ilə onun istifadəsinə verilmiş və həmin torpaq sahəsinə icarə müqaviləsinin yenidən bağlanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə Xızı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon İcra Hakimiyyəti başçısının 25.11.2005-ci il tarixli 154 saylı sərəncamı ilə Xızı rayonu "Qara Maqsud" qış otlağı ərazisindən 100 ha torpaq sahəsi icarə əsasında 99 il müddətinə (əkin, örüş, kənd təsərrüfatı təyinatı ilə) iddiaçının istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə Xızı rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 25 noyabr 2005-ci il tarixli, 154 nömrəli torpaq icarə müqaviləsi bağlanılmışdır. Sərəncamın bəndlərinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə verilmiş sərəncam və bağlanılmış icarə müqaviləsi əsasında JN 8533 nömrəli, 29.12.2005-ci il tarixli müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilərək hüquqları qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə fiziki şəxs olaraq qeydiyyatdan keçib Azərbaycan Respublikası Vergilər Departamentindən vergi ödəyicisi kimi ********** nömrəli VÖEN şəhadətnaməsi verilmişdir. Hazırkı dövrə qədər vergi ödəyicisi kimi dövlətə vaxtlı-vaxtında illik vergi haqqını tam ödəmiş, bu gün də ödəyir. Həmin vaxtdan etibarən istifadəsində olan torpaq sahəsini öz vəsaiti hesabına tullantılardan, daşlardan təmizləyərək əkinə və örüş sahəsinə yararlı bir vəziyyətə gətirmişdir. mTorpaq sahəsi iddiaçıya verilərkən həmin ərazidə su hövzəsi olmadığından, ətrafındakı su kanallarına su gəlmədiyindən torpaq sahəsinin suvarma işlərini bir neçə il həyata keçirə bilməmişdir və şəxsi mal-qarasını həmin əraziyə su olmadığından yerləşdirə bilməmişdir. İstifadəsində olan ərazi boş qalmasın deyə mövcud şəraitə uyğun olaraq həmin torpaq sahəsini şumlayaraq təbii yetişməsi üçün müxtəlif növ dənli bitkilər, heyvanların bəslənməsi üçün ot-ələf əkmişdir. Hal-hazırda torpaq sahəsinin bir hissəsində buğda, arpa əkilib. Belə ki, 2020-ci ilin 25 noyabr tarixində Xızı rayon İcra Hakimiyyəti tərəfindən sərəncamla istifadəsinə verilmiş torpaq sahəsinə bağlanmış icarə müqaviləsinin vaxtı bitdiyindən yeni icarə müqaviləsi bağlanması üçün müraciət etmək istədikdə ona məlum olmuşdur ki, onun iştirakı olmadan, heç bir araşdırılma aparılmadan, hər hansı bir rəsmi bildiriş göndərilmədən qanunsuz olaraq illərdir istifadəsində olan torpaq sahəsinə dair verilmiş sərəncam və digər sənədləşmələr Xızı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamla qanunsuz olaraq ləğv edilərək icarə müqaviləsinə xitam verilmişdir. İstifadəsində olan torpaq sahəsinin ləğv edilmiş sərəncamının surəti heç bir aidiyyəti dövlət qurumuna, o cümlədən Azərbaycan Respublikası Vergilər Departamentinə göndərilməmişdir. Çünki bu günə qədər iddiaçıya həmin torpaq sahəsinə dair Vergilər Departamentindən ödəniş bildirişi gəlmişdir və iddiaçı tərəfindən həmin vergi haqqı ödənilmişdir. O, ərizə ilə rəsmi qaydada Xızı rayon İcra Hakimiyyətinə müraciət edərək yenidən həmin torpaq sahəsinə dair istifadə hüququnun uzadılması ilə bağlı yeni müqavilə bağlanılmasını xahiş etsə də, həmin torpaq sahəsinin istifadə hüququnun ləğv edilməsi barədə yeni sərəncamın olduğu ilə bağlı Xızı rayon İcra Hakimiyyəti tərəfindən 29.12.2020-ci il tarixli 786 nömrəli məktubla heç bir hüquqi əsas göstərilmədən ona rədd cavabı göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onıarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəılki məhkəmə iclasında iştirak etmiş İddiaçı olu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün İş Planına, Palatanın 2013-cü il 04 sentyabr tarixli Kollegiya İclasının Q-114 nömrəli Qəran ilə təsdiq olunmuş Proqrama əsasən Xızı rayonu üzrə X4 (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamlann uyğunluğuna dair audit həyata keçirilmiş, nəticələri X1 2013-cü il 25 oktyabr tarixində keçirilmiş iclasında müzakirə olunmuş və müvafiq qərar qəbul olunmuşdur ki, həmin qərann icrası istiqamətində Xızı RİH tərəfindən ötən illər ərzində qanunvericiliyə uyğun müəyyən tədbirlər görülmüşdür. Belə ki, Xızı rayonunun ərazisi üzrə dövlət mülkiyyətində olan torpaqların bölgüsü, istifadə vəziyyəti və torpaq icarəçiləri üzrə icarə haqqının ödənilməsi vəziyyətinin araşdırılması, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi məqsədilə Xızı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2013-cü il tarixli 89 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Xızı rayon İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin icarəyə verilməsi barədə” 25 noyabr 2005-ci il tarixli 154 nömrəli sərəncamı ilə Bakı şəhər sakini İddiaçı 99 il müddətinə icarəyə verilmiş 100 ha örüş-otlaq sahəsindən təyinatı üzrə istifadə olunmamış, icarədar tərəfindən torpaq icarəsi müqaviləsinin şərtlərinə əməl edilməmiş, rayon Baytarlıq idarəsinin təqdim etdiyi 30.06.2015-ci il tarixli 73 saylı arayışa əsasən onun təsərrüfatında iri və xırda buynuzlu heyvanlar mövcud olmamış, Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə və 2 saylı Ərazi Vergilər İdarəsinə hesabat təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, bu çatışmaziıqlann aradan qaldırılmasına icarədar tərəfindən icarə müddətində heç bir səy göstərilməmişdir. İcarədar İddiaçı torpaqdan səmərəli istifadənin təmin edilməsi və müqavilə şərtlərindən irəli gələn digər məsələlərlə bağlı Xızı rayon İcra Hakimiyytəti tərəfindən 29.09.2015-d il tarixli 688 nömrəli və 07.03.2016-a il tarixli 135 nömrəli bildirişlər göndərilmişdir. İcarədar İddiaçı rəsmi xəbərdarlıq edilməsinə rəğmən o, Xızı rayon İcra Hakimiyyətinə bununla bağlı heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-d bəndinin 7, 8-d abzastanna əsasən torpaq icarə müqaviləsi icarə haqqı üzüriü səbəb olmadan 1 il ödənilmədikdə və kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacdan üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzüriü səbəb olmadan istifadə edilmədikdə, habelə müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqiann geri alınmasına səbəb olan digər hallann müəyyən edilməsi torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsası kimi çıxış edir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş uörüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalan”nın (Yay və qış otlaqlannın istifadəsi və icarəsi) 14-cü bəndinə əsasən davarlann baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onlann mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə xitam verilir. Yuxanda qeyd olunanlar əsas götürülərək “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4-cü maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 6, 7 və 8-ci abzaslarında, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na uyğun olaraq Xızı rayon İcra Hakimiyyəti başçısının 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamı ilə Xızı rayon İcra Hakimiyyətinin Başçısının 154 saylı 25.11.2005-ci il tarixli sərəncamı ləğv edilmişdir. İş materiallarında olan : -Xızı rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 2005-ci il tarixli 154 nömrəli sərəncamından görünür ki, Bakı şəhər sakini İddiaçı X4 Xızı rayonu 2 nömrəli "Qara Maqsud" qış otlağı ərazisindən 100 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. - 31.08.2017-ci il tarixli aktdan görünür ki, Xızı rayon DTF ərazisində JN 8533 30600001 nömrəli 100 ha torpaq sahəsi yerində kordinatları dəqiqləşdirlərək vətəndaşa tanıdılmışdır. - Xızı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamından görünür ki, 2 nömrəli "Qara Maqsud" qış otlağı ərazisindən 100 ha torpaq sahəsi 99 il müddətinə İddiaçı icarəyə verilməsi barədə Xızı rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 2005-ci il tarixli 154 nömrəli sərəncamı ləğv edilmiş, Xızı rayon İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında 5 il müddətinə bağlanmış 01 dekabr 2015-ci il tarixli 13 nömrəli torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qərar alınmışdır. -JN-8533 KOD 30600001 nömrəli torpaqdan müvəqqəti istifadəyə hüququna dair şəhadətnamədən görünür ki, İddiaçı Xızı rayon İHB-nın 25.11.2005-ci il tarixli 154 nömrəli sərəncamı və 25.11.2005- il tarixli 154 nömrəli icarə müqaviləsi ilə Xızı rayon DTF 2 nömrəli “Qara Maqsud” adlı ərazidən torpaqdan səmərəli istifadə etmək məqsədi ilə 15 il müddətinə 100 hektar torpaq sahəsi müvəqqəti olaraq verilmişdir. -Xızı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı ünvanlanmış 688 nömrəli 29 sentyabr 2015-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci, Torpaq Məcəlləsinin 73-cü ,‘X3" Azərbaycan Respublikasının 17 mart 1999-cu il Qanununun 14-cü maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 226 N- li Qərarım əsas tutaraq torpağın icarəyə verilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyəti təsdiq edən sənəd, Torpaq sahəsinin icarəyə verilməsi barədə Xızı RİH başçısının müvafiq Sərəncamı, torpaq sahəsinin verilməsi barədə təhkim aktı, torpaq icarə müqaviləsi, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və ya kadastr sənədləri, həyata keçirdiyiniz torpaq icarə haqqının ödənişini təsdiq edən qəbzlər və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti) 10 (on) iş günü müddətində Xızı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Xızı rayonunun ərazisi üzrə dövlət mülkiyyətində olan torpaqların bölgüsü, istifadə vəziyyəti və torpaq icarəçiləri üzrə icarə haqqının ödənilməsi vəziyyətinin araşdırılması, bu sahədəki nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Xızı Rayon İcra Hakimiyyətində yaradılmış komissiyaya təqdim etməyinizi xahiş edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. -Xızı rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən göndərilən korrespondensiyanın 108 nömrəli 30.09.2015-ci il tarixli reyestrindən görünür ki, Xızı rayon İcra Hakimiyyəti Başçısı Aparatının 688 nömrəli 29 sentyabr 2015-ci il tarixli bildirişi həmin tarixdə xəbərnaməli poçtla İddiaçı göndərilmişdir. - Xızı rayon Baytarlıq İdarəsi tərəfindən Xızı rayon İcra hakmiyyətinə ünvanlanmış 30.06.2016-cı il tarixli 73 nömrəli məktubdan görünür ki, İddiaçı təsərrüfatı, heyvanları barəsində Baytarlıq İdarəsində qeydiyyat və heç bir məlumat yoxdur. - Xızı rayonu İcra hakimiyyəti başçısı aparıatının 135 nömrəli 07 mart 2016-cı il tarixli məktubundan görünür ki, F.Şahveriyevin olan torpaq sahəsinin məqsədli təyinatının təcili olaraq dəyişdirilməsi və həmin sahədə əkin lərinin aparılması istəyinizə cavab olaraq bildiririk ki, “Samur- Abşeron” suvarma sisteminin yenidən qurulması layihəsinin əhatə dairəsinə düşən sözügedən ərazidəki torpaq sahələrinin sərhədləri dəqiqləşdirilərək həmin ərazilərdə suvarma sistemlərinin qurulması tam başa çatdınldıqdan sonra bu ərazilərin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaqdır, örüş-otlaq sahəsinin məqsədli təyinatı dəyişdirilənədək icarənizdə olan sahənin yalnız 3 faizində əkin aparıla bilər. Aparılan araşdırma zamanı aidiyyəti orqanlardan planılan materiallar əsasında müəyyən edilmişdir ki, təsərrüfatda iri və xırdabuynuzlu heyvan olmadığından iddiaçının icarəsində olan torpaq sahəsindən uzun illərdən bəri təyinatı üzrə istifadə edilməmişdir ki, bu da torpaq qanunvericiliyinin pozulması halıdır. Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı tərəfindən torpaq sahələrinin icarəsi üzrə hesablanmış məbləğlər tam olaraq ödənilmişdir. Xızı rayon İcra Hakimiyyəti tərəfindən 21.09.2017-ci il tarixli 559 saylı məktubda 30.06.2016-cı il tarixli 78 nömrəli sərəncamına əsasən icarə müqaviləsinin ləğv edilməsi barədə məlumatlar qeyd olunaraq vergi idarəsinə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin Xızı rayon İcra Hakimiyyəti Başçısının 25.11.2005-ci il tarixli 154 saylı sərəncamının bərpa edilməsi və yenidən icarə müqaviləsinin bağlanmasına dair hissəsi məhkəmənin ayrıca qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən sərəncamın iddiaçıya lazımi qaydada təqdim edilməsi (çatdırılması, elan edilməsi) barədə sübut olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 16-cı maddəsinin 8-ci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalan”nın 14-cü bəndinə əsasən davarlann baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onlann mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə xitam verilir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasına əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, habelə müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan digər halların müəyyən edilməsi torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlanna xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Xızı rayon İcra Hakimiyyəti Başçısının 25 noyabr 2005-ci il tarixli 154 saylı sərəncamına əsasən Xızı rayonu “Qara Maqsud” qış otlağı ərazisindən 100 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir və müvafiq icarə müqaviləsi bağlanmışdır. Növbəti dəfə 2020-ci ildə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı Xızı rayon İcra Hakimiyyətinə müraciət etdikdə ona məlum olmuşdur ki, onun istinad etdiyi sərəncam Xızı rayon İcra Hakimiyyəti Başçsının 30.06.2016cı il tarixli 78 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Belə ki, iddiaçının torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə, iddiaçının təsərrüfatında iri və xırdabuynuzlu heyvanların mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə etdiyini, o cümlədən sözügedən təsərrüfatda xırdabuynuz heyvanların saxlanılmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar