Məhkəmə qərarları › İş №2-1(118)-763/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-763/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-763/2023 08.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X5, onun nümayəndəsi və vəkili Vəkil, Digər üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin qəbul etdiyi 30 sentyabr 2016-cı il tarixli 1106 saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin qəbul etdiyi 30 sentyabr 2016-cı il tarixli 1106 saylı qərarının, həmin qərar əsasında alınmış **********71 dövlət reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarının və həmin qərar əsasında alınmış 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxanşın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşdirmə verərək, Quba Bələdiyyəsinin qəbul etdiyi 30 sentyabr 2016-cı il tarixli 1106 saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X2 21 dekabr 2017ci ildə vəfat etmişdir. Həyat yoldaşının mülkiyyətində JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin əmlak onalrın birgə nikahda olduğu dövrdə alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsinə onlar 2006-cı ildən heç bir etiraz olmadan sahiblik etmiş və qeyd edilən torpaq istifadəsində olmuşdur. Ancaq 2018-ci ildə həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuş, bununla bağlı orada tikinti aparan şəxslərə tikintinin dayandırılmasını tələb etdiyi zaman onlar tikinti işlərini dayandırmış və oradan getmişlər. Daha sonra həmin tikilinin də olduğu torpaq, sahəsinə dair çıxarışın verilməsi ilə bağlı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, qurumdan ona veilmiş imtina cavabı məhkəmədə mübahisələndirmiş və qeyd edilən torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi DƏDRX-in 5 saylı Xaçmaz idarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra ona aid olan torpaq sahəsinə dair Quba Bələdiyyəsində çıxarış olması ilə bağlı məlumat əldə etmişlər. Bələdiyyə qeyd edilən çıxarışları Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlar ilə əldə etmişdir. Qeyd edilən qərarlar ləğv edilməldir. Belə ki, qeyd edilən torpaq sahəsi uzun illər onların istifadəsində olmuş və bu torpaq sahəsinə dair JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı barəsində Quba Bələdiyyəsinin məlmatı olmuşdur. Belə ki, Quba Şəhər Bələdiyyəsindən verilmiş T064 saylı məktuba əsasən qərar verilmiş mübahisə predmeti oolan torpaq sahəsinin onun həyat yoldaşının mülkiyyətində olmasına dair cavabdeh xx.xx.2007-ci ildən məlumatı olmuş və 2015-ci ildə avtomatlaşdırılmış məlumat sisteminə məlumatlar əlavə edilmişdir. Buradan anlaşılır ki, Quba Bələdiyyəsi məlumatlı, olduğu balda onun mülkiyyətində olan torpaq sahəsinə çıxarış alınması üçün əsassız olaraq qərar qəbul etmişdir. Odur ki, qeyd edilən qərar ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan torpaq sahəsi hüquqlarını müdafiə etdiyi şəxsə Quba Bələdiyyəsi tərəfindən qanuni əsaslarla ayrılıb. Quba Bələdiyyəsinin torpaq sahəsini ikinci dəfə ayrılması ilə bağlı Natiq Cəfərovun təqsiri yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən digər üçüncü şəxs X7 iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan torpaq sahəsi ona Quba Bələdiyyəsi tərəfindən qanuni əsaslarla ayrılıb. Quba Bələdiyyəsinin torpaq sahəsini ikinci dəfə ayrılması ilə bağlı onun təqsiri yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxs X4 iddiaya baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Quba Bələdiyyəsi tərəfindən verilmiş T064 saylı məktubun surəti, Quba rayon Dövlət Arxivinin 1203 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 68/4 saylı qərarının surəti, JN-1097 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, Quba Bələdiyyəsinin qəbul etdiyi 30 sentyabr 2016cı il tarixli 1106 saylı qərarınından çıxarışın surəti, Daşınmaz əmlakın dövlət reyestri xidmədi tərəfindən verilmiş **********71, **********68 reyestr nömrəli çıxarışların surəti, Ölüm haqqında şəhadətnamənin surəti, X14 xidmət mərkəzində Notariat Ofisinin 860 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunun surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********08 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, **********02 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, **********67 nömrəli, xx.xx.2022-ci il tarixli məktub və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun X14 Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açıldıqdan sonra və Quba Bələdiyyəsinin qəbul etdiyi 30 sentyabr 2016-cı il tarixli 1106 saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlarından məlumatlı olduğu vaxtdan yaranmış olur. Quba Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Quba Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Quba Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Quba Bələdiyyəsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2016-cı il tarixli 1106 saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlar barədə iddiaçı DƏDKR-in 5 saylı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktub vasitəsilə məlumatlı olunmuş, sonralar Quba Bələdiyyəsinə həmin qərarlara əsas olmuş sənədlərin verilməsini istəmiş, lakin həmin qərarları əldə edə bilməmiş və bu səbəbdən də xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Quba Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(105)-500/2022 saylı qərardadı ilə hazırkı inzibati işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixli qərardadda 20 avqust 2016-cı il tarixli qərarların mövcud olub-olmaması ilə bağlı X11 filialına sorğu verilməsi tövsiyyə olunmuşdur. Qeyd olunan xüsusatı araşdıran Sumqayıt İnzibati Məhkəməsi X13 filialına, DƏDRX-in 5 saylı Ərazi İdarəsinə, o cümlədən Quba Bələdiyəsinə müvafiq sorğular göndərmiş və qeyd olunan 20 (və ya 30) avqust 2016-cı il tarixli qərarın aşkar edilməsi mümkün olmamışdır. Lakin DƏDRX-in 5 saylı Ərazi İdarəsinin ünvan ünvanladığı **********26 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsində baxılan 2(105)- 78/2023 saylı iddia tələbi üzrə mübahisə predmeti olan və Quba Bələdiyyəsinin, daha sonra X5 adına mülkiyyət hüququ ilə qeydə alınmış çıxarışın verilməsi üçün əsas Quba Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 saylı bələdiyyə qərarı olmuşdur. Quba Bələdiyəsinin xx.xx.2016-cı il tarixli qərarın yuxarıda qeyd olunan təşkilatlardan əldə edilə bilməməsinə baxmayaraq məhkəmə DƏDRX-in xx.xx.2021-ci il tarixli məktubunda yazılanları əsas tutaraq hesab edir ki, Quba Bələdiyyəsinin adına **********8 saylı qeydiyyat nömrəli çıxarışın verilməsi üçün əsas olmuş xx.xx.2016-cı il tarixli 11/06 saylı qərar mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mərhum X1 həyat yoldaşıdır. X2 xx.xx.2017-ci ildə vəfat etmişdir. Mərhumun mülkiyyətində Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 68/4 saylı qərarı əsasında verilmiş JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuş və həmin torpaq sahəsi 2006-cı ildən onların istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olmuş, bununla bağlı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, ona aid olan torpaq sahəsinə dair Quba Bələdiyyəsində çıxarış olması ilə bağlı məlumat əldə etmişdir. Belə ki, Quba Bələdiyyəsi qeyd olunan torpaq sahəsinin bir hissəsinə dair adına mülkiyyət hüququna dair çıxarış əldə etmiş və həmin torpaq sahələrini digər şəxslərə satmışdır. Bələdiyyənin adına qeyd edilən mülkiyyət hüququna dair çıxarışların verilməsi üçün əsas Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016cı il tarixli 1106 saylı qərarları olmuşdur. İddiaçı müvafiq qərarların bələdiyyə tərəfindən qanunsuz yolla qəbul edildiyi qənaətinə gələrək, ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarlarını araşdıraraq hesab edir ki, qeyd olunan qərarların bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, qeyd edilən torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş və bu torpaq sahəsinə dair məhz Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 68/4 saylı qərarı əsasında verilmiş JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” barəsində Bələdiyyənin məlmatı olmuşdur. Quba Bələdiyyəsi tərəfindən verilmiş T064 saylı məktuba əsasən qərar verilmiş mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının həyat yoldaşının mülkiyyətində olmasına dair cavabdeh xx.xx.2007-ci ildən məlumatı olmuş və 2015-ci ildə avtomatlaşdırılmış məlumat sisteminə məlumatlar əlavə edilmişdir. X6 həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması ilə bağlı məlumatlı olduğu halda əsassız olaraq qərar qəbul etmişdir. Bundan başqa məhkəmə tərəfindən ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmış və DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********08 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən də məlum olmuşdur ki, **********71, **********68 reyestr nömrəli çıxarışların koordinatları X1 mülkiyyətində olan JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın koordinatlarının daxilində yerləşir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Quba Bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərarlar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndində formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Quba Bələdiyyəsinin qərarları qanunsuz inzibati akt olduğundan ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları qanunsuz olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları İddiaçı hüquqlarını pozduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Quba Bələdiyyəsinin 30 sentyabr 2016-cı il tarixli 1106-saylı və 30 avqust 2016-cı il tarixli 1106 saylı qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar