Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-77/2021 09.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının (X7) nümayəndə və vəkili X10, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Fərdi sahibkar X11 barəsində 2 saylı Ərazi Vergilər Baş İdsarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019cu il tarixli, **********194888 nömrəli qərar qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264 365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X3 şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.08.2018-ci il tarixli, **********158718 saylı qərarına əsasən fərdi sahibkar X11 (VÖEN **********) tərəfindən: gəlir vergisi üzrə 2017-ci ili; ödəmə mənbəyində tutulan vergi üzrə 1ci rüb 2017-ci il - 2-ci rüb 2018-ci ili; əlavə dəyər vergisi üzrə yanvar 2017-ci il - iyun 2018ci ili; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2017-ci ili; sadələşdirilmiş vergi üzrə 1-ci rüb 2017-ci il - 2-ci rüb 2018-ci ili əhatə edən dövrlərdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli akt qəbul edilmişdir. Həmin aktla vergi ödəyicisinə yoxlanılan dövr üzrə: əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilən məbləğinə nisbətən 45 008.73 manat azaldılması və bu azaldılmaya görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılan məbləğin 50 %-i məbləğində, yəni 22 504.37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi; gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilən məbləğinə nisbətən 264 365.9 manat azaldılınası və bu azaldılmaya görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılan məbləğin 50 %-i məbləğində, yəni 132.197.95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi; ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilən məbləğinə nisbətən 83.52 manat azaldılması və bu azaldılmaya görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılan məbləğin 50 %-i məbləğində, yəni 41.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə (ümumilikdə, 309 488.15 manat əlavə vergi məbləği və 154.744.08 manat maliyyə sanksiyası məbləği hesablanmaqla) vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Bu akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən 309.488.15 manat əlavə vergi məbləğinin və 154.744.08 manat məbləğində maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsinə dair **********685100 nömrəli Tələbnamə göndərilmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktı vergi ödəyicisinin mühasibi, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 imzalamaqdan imtina etmiş və aktı imzalamaması səbəblərini əks etdirən etirazını yazılı surətdə vergi orqanına təqdim etmişdir. Vergi orqanı vergi ödəyicisinin yazılı etirazında və izahatında əsaslandırdığı halları nəzərə almadan yuxarıda göstərilən 18.12.2019-cu il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət qərarını qəbul etmiş və vergi ödəyicisinə tələbnamə göndərmişdir. İddiaçı səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktla (səhifə 22-24) 2017-ci ilin gəlir vergisi üzrə hesablanılan 264 365.9 manat əlavə vergi məbləği və tətbiq edilməsi təklif edilən 132.197.95 manat məbləğində maliyyə sanksiyası ilə razılaşmır. Belə ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi 2017-ci il gəlir vergisi bəyannaməsində gəlirin 6 699 748.77 manat təşkil etməsi, həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin: EVHF (elektron vergi hesab fakturası) əldə etməklə alınmış müxtəlif növ ərzaq və qeyri-ərzaq mallarının dəyərinin 6 259 493.91 manat; əmək haqqının 216 092.5 manat və DSMF ayırmalarının 47 540.35 manat; icarə haqqının hüquqi şəxs üzrə 16 490 manat və fiziki şəxs üzrə 82 163.16 manat; enerji xərcinin 57 356.38 manat; rabitə xərcinin 5 551.84 manat; su xərcinin 5 637.26 manat olmaqla, cəmi 6 684 773.56 manat olması göstərilmiş, gəlirdən həmin gəlirin əldə edilməsi ilə əlaqədar olan xərclər çıxılaraq 14 975.21 manata (6 699 748.77-6 684 773.56- 14 975.21) 20% dərəcə ilə 2 995.04 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanına təqdim edilən həmin bəyannanmə üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmış, təqdim olunmuş xərc sənədlərində və xərc məbləğlərinin həqiqiliyində ziddiyyət və səhv aşkar edilməmişdir. Bəyannamə ilə hesablanan 2 995. 04 manat gəlir vergisi kameral vergi yoxlaması ilə təsdiq olunmuş, yalnız vergi bəyannaməsinin xərclər hissəsində - Rabitə xərcləri sətrindəki 5 551.84 manat məbləğin təqdim edilən sənədlərdə öz əksini tapmaması səbəbindən kameral qaydada 1110.37 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi bəlli olan məlumatlar əsasında aparılan kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisinin 2017-ci ilin gəlir vergisi üzrə hesabladığı və bəyan etdiyi vergilərdə hər hansı vergidən yayınma halı müəyyən edilməmiş, əlavə (1 110.37 manatdan başqa) vergi hesablanmamışdır. Səyyar vergi yoxlaması ilə əhatə edilən dövrdə, yəni 2017-ci ildə iddiaçının gəliri 6 699 748.77 manat olmuşdur ki, bu məbləğin 5 188 458.08 manatını “Z” hesabatları, 1 138 732.47 manatını LVHF-nın təqdim edilməsi ilə, 372 558.29 manatını isə posterminal vasitəsi ilə əldə edilmiş gəlirlər təşkil edir. Bundan əlavə, fərdi sahibkar tərəfindən 2017-ci ildə satılan və maya dəyəri 6 259 493.91 manat olan ərzaq və qeyri-ərzaq mallama ödənilən məblğlərin təsdiqcdici sənədləri - qaimə fakturaları e-qaimə qovluğunda mövcuddur. Həmin mallar sənədsiz alınmamışdır. Həmin ildə əmək haqqını təşkil edən 216 092.5 manat əmək haqqı cədvəllərində, 47 540.35 manat DSMF ayırmaları müvafiq hesabatlarda əks olunmuş, 57 356.38 manat təşkil edən enerji, 5 551.84 manat rabitə, 5 637.26 manat su xərclərini (evfh-ları üzrə) və icarə haqları üzrə ödəmələrini əks etdirən təsdiqedici sənədlərdə təsbit edilmişdir. Lakin həmin dövr üzrə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan xərc məbləğlərini əks etdirən xərc sənədlərinin, o cümlədən NKAmn (nəzarət kassa aparatı) “Z” hesabatlarının və posterminal vasitəsilə aparılan əməliyyatlara dair sənədlərin yoxlamaya təqdim edilməsinə baxmayaraq, vergiyoxlayıcısı tərəfindən vergi ödəyicisinin əldə etdiyi gəlirin birbaşa müəyyən edilməsinin mümkün olmaması qənaətinə gəlinmiş və Vergi Məcəlləsinin 83.9-cu maddəsi rəhbər tutularaq Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən şərti rentabellik norması əsasında gəlirin əldə edilməsi üçün çəkilən xərclər müəyyən edilmişdir. Halbuki, yuxarıda da göstərildiyi kimi, vergi ödəyicisi tərəfindən sənədsiz mal alınmamış, alınan malların maya dəyərini və satılan malların satış məbləğini əks etdirən, habelə gəlirin əldə edilməsi ilə bağlı olan digər xərcləri təsdiq edən sənədlərin hamısı mövcud olmuş, kameral vergi yoxlamasına təqdim edildiyi kimi, səyyar vergi yoxlamasına da təqdim olunmuşdur. Lakin vergi yoxlamasını həyata keçirən vəzifəli şəxs tərəfindən heç biri qanuni əsaslandırma verilmədən, heç bir səbəb göstərilmədən həmin xərc sənədləri nəzərə alınmamış, əsassız olaraq Vergi Məcələsinin 83.9-cu maddəsi, yəni vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanması müddəası tətbiq edilməklə, şərti rentabellik norması ilə 20% dərəcə ilə vergi hesablanmışdır. Hansı ki, bu norma ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün faktiki normadan dəfələrlə çoxdur və nəzərə alınsa ki, vergi ödəyicisinə məxsus olan mağazalar Sumqayıt və Bakı ətrafı rayonlarda fəaliyyət göstərir və bu ərazilərdə yüksək ticarət əlavəsi ilə işləmək mümkün deyil, bu halda vergi orqanı tərəfindən şərti rentabellik normasına əsasən 20% dərəcə ilə hesablanmış gəlir məbləği, nəinki Sumqayıt və Bakı ətrafı rayonlarda, hətta ən yüksək ticarət əlavəsi ilə işləyən Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən ticarət obyektləri üçün belə real gəliri əks etdirmir və ümumiyyətlə, topdan və pərakəndə ticarət obyektlərində 20%-lik rentabellik mümkün deyildir. Eyni zamanda, vergi ödəyicisinə məxsus olan mağazalar müvafiq ərazilərdə rəqabətin böyüklüyü, gəlirin (rentabelliyin) çox aşağı olması səbəbindən bağlanmış və hal-hazırda fəaliyyət göstərmir. Bu mağazalar doğurdan da 20% rentabelliklə işləmiş olsaydı, vergi ödəyicisi həmin mağazaları bağlamaq, habelə hazırda faizlərini ödəməkdə çətinlik çəkdiyi bank krediti götürmək məcburiyyətində qalmazdı, yüksək gəlir mənbəyi olan pərakəndə ticarət fəaliyyətindən imtina etməzdi. Bundan əlavə yoxlamanın aparılması zamanı vergi yoxlamasını aparan vergi orqanının vəzifəli şəxsi tərəfindən yoxlamanın dolğun və obyektiv keçirilməsi məqsədilə vergi orqanı Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.11.2019-cu il tarixli **********192728 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisindən ilkin mühasibat sənədlərinin, malların alış sənədlərinin, kassa mədaxil, məxaric sənədlərinin, əmək haqqı cədvəllərinin, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədlərinin (həmçinin elektron fayllarla) götürülməsi qərara alınmışdır. 02.08.2018-ci ildən 12.11.2019-cu ildək bir il üç ay müddətində davam edən yoxlamada yoxlamanın son günlərində, yəni 04.110.2019-cu il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarla nəzərə alınmayan xərc sənədlərinin vergi orqanı tərəfindən götüürülməsi hansı zərurətdən irəli gəlmişdir?! Əgər həmin xərc sənədləri mövcud deyildisə, qərarda hansı sənədlərin götürülməsi nəzərdə tutlurdu?! Həm kameral, həm də səyyar vergi yoxlamalarının eyni vergi orqanı tərəfindən eyni vergi ödəyicisi barəsində eyni vergi növü və eyni vergi dövrü üzrə aparıldığı təqdirdə kameral yoxlama zamanı real xərcləri əks etdirən sənədlərin qəbul edilərək vergi ödəyicinə heç bir əlavə vergi hesablanmadığı halda, səyyar vergi yoxlamasında həmin vergi orqanı tərəfindən həmin xərc sənədlərinin qəbul edilməyərək böyük məbləğdə əlavə vergi hesablanmasını necə başa düşmək olar?! Yoxlama aparılarkən vergi orqanının Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqında 04.11.2019-cu il tarixli **********192736 nömrəli qərarı ilə vergi ödəyicisinin bütün topdan və pərakəndə ticarət obyektlərində ərazilərinə, binalarına, habelə sənədlərinə, əşyalarına və mal-materiallarına baxış keçilmişdir. Göründüyü kimi, vergi ödəyicisi səyyar vergi yoxlamasına tam və hərtərəfli yoxlama keçirilməsi üçün lazımi şərait yaratmış, bütün sənədləri təqdim etmiş, yoxlamadan yayınmamışdır. Lakin yuxarıda qeyd olunanlar, o cümlədən vergi ödəyicisinin səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktı imzalamaqdan imtina etməsinin səbəblərinə dair əsaslandırılmış yazılı etirazı və izahatı vergi orqanı tərəfindən nəzərə alınmadan, Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbləri (vergi ödəyicisinin 2017-ci il üzrə gəlir vergisinə münasibətdə) pozularaq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması halında vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 53.3-cü maddəsində göstərilir ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkilləri eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh vergi orqanının 02.08.2018-ci il tarixli **********158718 nömrəli qərarına əsasən iddiaçıda 01.01.2017-cı il tarixdən 30.06.2018-ci il tarixədək olan dövrlərini əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya 03.08.2018-ci il tarixli **********158934 nömrəli Tələbnamə verilmişdir.Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank , kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və digər xərc sənədlər yoxalmaya təqdim edilsədə vergi ödəyicisi tərəfindən aylar üzrə qalıqlar göstərilməklə malların hərəkəti cədvəli təqdim edilməmişdir. Vergilərin hesablanması vergi ödəyicisi tərəfindən təqdim edilən və uçot baza məlumatlarında ki, sənədlər əsasında həyata keçirilmişdir. Belə ki, 1) Gəlir vergisi üzrə: Vergi ödəyisinin təqdim etdiyi 2017-ci il gəlir vergisi hesabatına və 22.10.2019-ci il tarixli izahatına əsasən 2017-ci ilin ƏDV-siz dövriyyəsi 6699748,77 manat olmuşdur, (o cümlədən kassa " Z " hesabatlarına əsasən 5188458,08 manat , müvafiq EVHF təqdim edilməklə 1138732,47 manat və 372558,29 manat gəlir təqdim edilən malların nağdsız qaydada pos-terminal vasitəsi ilə olmuşdur), həmin izahata əsasən 2017-ci il ərzində gəlirin əldə edilməsi ilə bağlı 6684773.56 manat xərclərinin açıqlaması əşağıdaki kimi olmuşdur. Malın dəyən 6259493,91 manat müvafiq EVHF əldə etməklə alınmış müxtəlif növ ərzaq və geyri ərzaq məhsulları; Əmək haqqı 216092,5 manat və DSMF ayrımları 47540,35 manat; icarə haqqı huquqi şəxs üzrə 16490 manat və fiziki şəxs üzrə 82163,16 manat; Enerji xərci 57356,38 manat; Rabitə xərci 5551.84 manat; Su xərci 5637,26 manat olmuşdur. Cari bəyannaməyə əsasən vergiyə cəlb olunan 14975.21 (6699748 77 -6684773.56) manat gəlirdən 20% dərəcə ilə 2995.04 manat gəlir vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən nağdsız qaydada təqdim edilən mallara görə pos-terminala vurulan məbləğlər NKA-nın fiskal yaddaşına daxil edilmədiyi müəyyən edilmişdir və gəlirin əldə edilməsi ilə bağlı malların hərəkəti hesabatı təqdim edilməmişdir. Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti gəliri birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan gəlirin əldə edilmə üçün çəkilən xərclər müəyyən edildi. (6684773.56 gəlirin əldə edilməsi üçün çəkilən xərclər /5 (rentabellik) =1336954.71*20%=267390.94-2995.04 (cari bəyannaməyə əsasən)=264395,9 manat əlavə gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən gəlir vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan rrıəbioğınə nisbətən illər üzrə 264395.9 manat azaldılmasına görə 50% məbləğində, yəni 132197.95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 2) Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən sonuncu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətini dayandırdı 13.06.2018-ci il tarixə 250011.51 manat dəyərində müxtəlif növ ərzaq və geyri ərzaq mallarının olduğu müəyyən olunmuş və bu fakt fərdi sahibkarın təqdim etdiyi 30.05.2019-ci il tarixli izahatı ilə təsdiqini tapmışdır. Belə ki, vergi ödəyicisi təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətini dayandırdığı (sonuncu obyektinin fəaliyyətini dayandırdı 13.06.2018-ci il tarixə) 250011.51 manat ( ƏDV-siz ) dəyərində müxtəlif növ ərzaq və geyri ərzaq mallarının bir qisminin oğurlandığını bir qisminin isə yararsız hala düşdüyünü bildirmişdir, lakin əlavə dəyər vergisi hesablanmamışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisinə 45002, 07manat əlavə öəyər vergisi hesablanmışdır (250011.51*18%). Eyni zamanda vergi ödəyicisi tərəfindən 2017-ci ilin aprel ayında aldığı EVHF üzrə 5.6 manat ƏDV məbləği ƏDH-dan ödənilmədiyi üçün bu vergi-hesab fakturası üzrə əvəzləşdirilən 6.6 manat ƏDV məbləği yoxlama ilə nəzərə alınmamışdır. Nəticədə Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 45008,73 manat azaldılmasına görə 50% məbləğində, yəni 22504.37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 3) Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi ödəyicisi tərəfindən təqdim etdilən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi’nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş məbləğ ilə fərdi sahibkar tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış İcarə müqaviləsinə əsasən müəyyən edilən icarə haqqı məbləğindən 596,57 manat az göstərdiyindən 2018-ci ilin 2-ci rübü üzrə cəmi azldılmış 83,52 manat ödəmə mənbəyində vergi yoxlama ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ödəmə mənbəyində verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbəton 83,52 manat azaldılmasına görə 50% məbləğində, yəni 41,76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri 14.11.2019-cu il tarixli **********177930 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli **********194888 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur: Cavabdeh tərəfindən qəbul edilmiş, “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli **********194888 nömrəli Qərarın surəti, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli, 9/2124 nömrəli ekspert rəyi və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, X11 03.07.2020-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış əmlakı vərəsələri tərəfindən qəbul edilmiş və vərəsələr öz miras payını anaları X4 hədiyyə etmişdirlər. Ona görə də məhkəmə hazır ki, iddia tələbi üzrə X5 mərhum Dağbəy İsmayılovun qanun üzrə vərəsəsi kimi tanıyaraq verilmiş iddia tələbinə baxılmasını mümkün hesab etmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs Dağbəy İsmayılov barəsində (VÖEN-**********) 01.01.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək əhatə edən dövrü üçün vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 18.12.2019-cu il tarixli **********194888 səyyar vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. İş materialarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.11.2020-ci il tarixli, 9/2124 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən fiziki şəxs Dağbəy İsmayılov barəsində qəbul etmiş qərarı Vergi Məcəlləsinin 83.9 maddəsinin tələblərinə uyğun tətbiq edilməmişdir. Belə ki, X1 vergi yoxlaması ilə əlavə olaraq hesablanmış 264.395,90 manat məbləğində gəlir vergisinin düzgünlüyü müəyyən edilmir. Təqdim edilmiş materiallara əsasən vergi ödəyiciyi tərəfindən aparılmış əməliyyatlara görə gəlir vergisinin məbləği 2.995,04 manat ( 6.699.748,77 ümumi gəlir-6.684.773,56 xərc= 14.975,21 vergiyə cəlb olunan gəlir x 20% = 2.995,04 ) təşkil etmişdir. Yuxarıda araşdırılanların nəticəsi olaraq məhkəmə hesab edir ki, vergi orqanı həmçinin ona qanun ilə verilmiş hüquqdan sui-istifadə edib. Belə ki, 2 saylı Ərazi Vergilər İdarəsi Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Belə ki, qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub. Digər tərəfdən vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, qeyd olunan Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Lakin bütün bunlara baxmayaraq, vergi orqanı X6 əsassız olaraq gəlir vergisi hesablamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs X11 apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı şərti rentabellik normasını əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq Vergi Məcəlləsinin 83.9 maddəsinin tələblərinə düzgün qiymət verməyərək fiziki şəxs Dağbəy İsmayılova əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının vergilər nazirinin 14.04.2017-ci il tarixli, **********585300 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaları və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31.05.2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydalarına əsasən X12 gündəlik dövriyyəsini əks etdirən “Z” hesabatlar vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasına təqdim edilmişdir. İddiaçı tərəfindən həmin hesabatlar 2017-ci il üzrə vergi bəyannaməsində əks etdirilərək vergi orqanına kameral vergi yoxlaması zamanı təqdim edilmişdir. “Z” hesabatları təqdim edildiyi təqdirdə vergidən yayınma və dövriyyənin gizlədilməsi qeyri-mümkündür. Belə ki, Səyyar vergi yoxlama aktının 23-cü səhifəsində “Z” hesabatlarının və dövriyyənin əks etdirən digər sənədlərin əsasında verginin bəyan edildiyi göstərilir və bununla da vergi orqanı özü vergidən yayınmanın olmadığını etiraf etmiş olur. Beləliklə, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı tərəfindən iddiaçı fiziki şəxs Dağbəy İsmayılova səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə əlavə olaraq hesablanmış 264.395,90 manat, maliyyə sanksiyası üzrə 132.197,95 manat hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin 20.11.2020-ci il ekspert rəyi əsasında iddiaçı fiziki şəxs Dağbəy İsmayılov tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı Dağbəy İsmayılov barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar qismən ləğv olunmalı, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264 365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X3 şəxsi hesab vərəqindən silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 150 (yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar X11 barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərarı qismən ləğv olunsun. İddiaçı X6 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş 18.12.2019-cu il tarixli, **********194888 nömrəli qərar ilə əlavə hesablanmış 264.365,90 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyasının fərdi sahibkar X3 şəxsi hesab vərəqindən silinsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 150 (yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-77/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-77/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver