Məhkəmə qərarları › İş №2-1(118)-770/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-770/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-770/2020 16.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri işləyən, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 40/5, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil kirayə haqqının ödənilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin dayadırıldığı müddətdən, yəni 2019-cu ilin iyun ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki,xx.xx.1975-ci il tarixdə Qazax rayonunun Tatlı kəndində anadan olmuşdur. X3 ilə xx.xx.2002-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü Səma və xx.xx.2006-cı il təvəllüdlü Hüseyn adlı iki övladları vardır. xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və həqiqi hərbi xidmətini başa vurduqdan sonra xidmətdən artıq hərbi qulluqçu kimi xx.xx.2015-ci il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyin tabeliyindəki müxtəlif hərbi hissələrdə baş gizir rütbəsində hərbi qulluqçu kimi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 057 gm saylı əmrinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 265 №-li, xx.xx.2016-cı il tarixli sərəncamı ilə o, üç nəfər ailə üzvləri də nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan ailə kimi qeydiyyata alınmışdır. Bundan əlavə mən təxris olunduqdan sonra dövlət tərəfindən evlə təmin olunmadığına görə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı qərarına əsaslanaraq Sumqayıt şəhət İcra Hakimiyyəti tərəfindən ona müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Lakin 2019-cu ilin iyun ayından kompensasiyasının ödənilməsi naməlum səbəblərədn dayandırılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2019 cu il və xx.xx.2019- cu il tarixlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ilə müraciət etmişdir. Məktubaların ora çatması ilə bağlı xəbərdarlıq alsa da, məktublarına heç bir cavab verilməmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izah etdi ki, 1975-ci il təvəllüdlü baş gizir İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci ıl tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 057grm saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən tarixdə ehtiyata buraxılmış, 19.05 2015-ci il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. 2016-cı ildə baş gizir İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Lakin 2019-cu ildə aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, müddətin başa çatmasına görə ehtiyata buraxılmış hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbən iddiaçıya həmin xərclərin ödənilməsi dayandırılmışdır. İş materiallarında olan : -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 60 saylı arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN BM-SQBQR-nin xx.xx.2015-ci il tarixli 057 gm saylı əmrinə əsasən”hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2016-cı il tarixli 265 saylı sərəncamından görünür ki, ehtiyata buraxılmış baş gizir İddiaçı 4 nəfərlik ailə tərkibi ilə birlikdə yaşayış yeri üzrə yaşayış yerinə ehtiyacı olan qismində uçota alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi yalnız yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə, yəni xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır ki, həmin şəxslərə mənzil xərclərinə görə kompensasıyasının ödənilməsi barədə tələb əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı ona mənzil kirayə haqqını ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar