Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-770/2021 19.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlu iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Qarabağ Müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı oğlu ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciəti təmin edilməmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N973-cü il tarixdə Zəngilan rayonu, Hacallı kəndində anadan olmuşdur. N9.05.N992-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyəti siyahısına, bütün növ təminatlara salınmışdır. N992-ci ilin sentyabr ayında yaralanmış və 22 gün Zəngilan xəstənasında müalicə almışdır. Müalicə bitdikdən sonra yenidən hərbi xidmətə qayıtmışdır. N8.N0.N992-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyəti sıralarına daxil edilərək, Qubadlı rayonuna ezam olunmuşdur. 04.N994-cü il tarixdə N saylı hərbi hissənin şəxsi heyəti sıralarına daxil edilərək, həmin ilin oktyabr ayınadək hərbi xidmətdə olmuşdur. N994-cü il tarixdə qanuni əsaslarla şəxsi heyəti sıralarından çıxarılmışdır. Göstərilən dövrlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında qeyd etdiyi faktlar öz əksini tapsa da, N994-cü ilin oktyabr ayında şəxsi heyəti sıralarından çıxarılağı barədə heç bir məlumat qeyd olunmamışdır. Hərbi bileti hərbi hissədə itirildiyindən hərbi bilet əvəzi arayış verilmişdir. Azərbaycan Respublikası Müdəfiə Nazirliyinə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Müdəfiə Nazirliyi müraciətindən imtina etmişdir. Azərbaycan Respublikası Müdəfiə Nazirliyinin iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsini verməkdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun N-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırdıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəsisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi büövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd hissəsində göstərilir ki, «Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının "aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə «Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteram adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir». Azərbaycan Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci maddəsinə əsasən “Müharibə Veteranı" adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və bu Əsasnamənin Silahlı qüvvələrə tətbiqinə dair dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar N998-ci il tarixli əmri ilə təsdiq edilmiş “Təlimat”m tələblərinə uyğun olaraq verilir. “Təlimat”ın N.6-cı bəndinə əsasən 09 oktyabr N99N-ci ildən N0 may N994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurda gedən əməliyyatları aparan hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını və hərbi xidmətdən qanuni əsasla ehtiyata buraxılmasını (və ya tərxis olunmasını) sübut edən nizami hissə üzrə komandirin əmrindən çıxarışları əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən, N99N-ci ilin oktyabrın 9-dan N994-cü ilin mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları il əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, dövlət sərhəd xidməti və hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təqtif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqıda arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarna əsasən, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetiriliməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası əsassız hesab olunmalı və mənə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının N2-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 7N-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.N-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisad mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq Fizuli Hərbi Prokurorluğunun 22 fevral 2006-cı il tarixli cinayət işinin icraatına hissəvi xitam verilməsi və qətimkan tədbiri ləğv edilməsi barədə qərarının sürətini təqdim edərək, bildirmişdir ki, onun barəsində Fizuli rayon Hərbi Prokurorluğunda olan cinayət işinə xitam verilmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, N9.05.N992-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına bütün növ təminatlara daxil edilmiş, N992-ci ilin sentyabr ayında yaralanaraq Zəngilan xəstəxanasında müalicə almış, müalicə bitdikdən sonra hərbi xidmətini davam etdirmək üçün N8.N0.N992-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək Qubadlı rayonuna ezam olunmuş, N994-cü ilin aprel ayından oktyabr ayinədək N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədən tərxis edilmişdir. SHXÇÜDX-nin Zəngilan rayon bölməsinin 23.07.20N2-ci il tarixli 22 nömrəli hərbi bilet əvəzi arayışda İddiaçı N9.05.N992-ci il tarixdən 27.N0.N993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi qeyd edilmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 Ns- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək cavabdeh qeyd edir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçı tərəfindən müvafiq qaydada şəxsiyyətini təsdiq edən və s. sənədlərini, eləcə də döyüşlərdə iştirakı ilə bağlı müvafiq sənədlərin notarial qaydada təsdiq edilmiş formada Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya təqdim edilməsi məqsədəuyğun hesab edilir. Bu hal komissiya tərəfindən iddiaçıya məktubla bildirilmişdir. İddiaçı tərəfindən Komissiyada işin obyektiv araşdırılaraq müvafiq qərar qəbul edilməsi üçün tələb edilən sənədlərin təqdim etməməsi nəticəsində komissiya tərəfindən “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq aralıq inzibati akt qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 7N.3-cü maddəsinin tələbinə əsasən şəxsin aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra—şikayət instansiyası) şikayət vermə hüquqi nəzərdə tutulmuşdur. ‘İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun əliliyinə nail olmaqdan ibarətdir. Həmin qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Həmin qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətdir. Həmin qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 33.N və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Bu məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir, buna baxmaq səlahiyyəti məhkəmələrə aiddir. Mövcud qanunvericiliyin tələblərinə əsasən sözügedən iddia mümkün iddia deyildir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı müvafiq məktub təqdim edərək, ətraflı ərizə ilə müəyyən sənədlərin (məktubda şadlanmışdır) notarial qaydada təsdiq edilmiş formada komissiyaya təqdim edilməsi xahiş edilmişdir. Komissiya tərəfindən iddiaçıya imtina məktubu təqdim edilməmişdir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəinfən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət etməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel 20N5-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqnunun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu halda hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlqrınınm və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətlərin etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Komissiya tərəfindən iddiaçıya izah edilmişdir ki, qeyd edilən tələblə bağlı cavabdeh tərəfindən tələb olunan sənədlər ərizəyə əlavə olunaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” müraciət etməlidir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Rsepublikası İşlər İdarəsi Mərkəzi Arxivinin NN.06.2020-ci il tarixli, 9/2- 6445 saylı Arxiv Arayışında qeyd edilmişdir ki, Zəngilan RHK-dan çağırılmış X2 N №-li hərbi hissə komandirinin N9.05.N992- ci il tarixli N7N №-li əmrilə (əsas: §9, sıra-7, əmrdə adı Əlzamin yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N9.06.N992-ci il tarixli N99 Ns-li əmrində (əsas: 5, sıra-23, əmrdə adı Əlzamin yazılmış, atasının adı isə yazılmamışdır) Əlzamin Atakişiyevin “Göyəli” postuna ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissənin 6-cı batalyon komandirinin N8.N0.N992-ci il tarixli 3N5 Ns-li əmrində (əsas: N №-li hərbi hissə komandirinin N2.N0.N992-30.NN.N992-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlər kitabında, §N, sıra-4, səh-5, əmrdə adı Əlzamin yazılmış, atasının adı isə yazılmamışdır) Əlzamin Atakişiyevin kömək məqsədi ilə Qubadlı rayonuna ezam olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 05.N2.N992-ci il tarixli 4 Ns-li əmrilə (əsas: §N5, sıra-97, səh-20, əmrdə adı Əlzamin yazılmışdır) sıravi X2 İİ taburun şəxsi heyətinin siyahısına salınaraq pulemyotçu vəzifəsinə təyin olunmuşdur. Yaranmış vəziyyətlə əlaqədar olaraq operator X2 N Ns-li hərbi hissə komandirinin 09.0N.N993-cü ıl tarixli 8 №-li əmrilə (əsas: §2, sıra-5, sən- 8, əmrdə adı Əlzamin yazılmışdır) İİ taburdan Əksi tank bölüyünə keçirilmişdir N №-li hərbi hissə komandirinin 22.02.N993-cü il tarixli 46 №-li əmrində (əsas: §N5, sıra-20, səh-50, əmrdə adı Əlzamin yazılmış, atasının adı isə yazılmamışdır) minaatan batareyasının şəxsi heyətinin siyahısında sıravi Əlzamin Atakişiyevin adı qeyd olunmuşdur. Fərarilikdən qayıtmış, N №-li hərbi hissədən göndərilmiş, N973-cü il təvəllüdlü, sıravi X2 N №-li hərbi hissə komandirinin N yanvar N994- cü il tarixli 4 №-li əmrilə (əsas: §3, sıra-9, səh-N4, əmrdə adı Əlzamin yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 35 №-li əmrində (əsas: §6, sıra-56, səh-N79, əmrdə atasının adı yazılmamışdır) İddiaçı xidmətini davam etdirmək üçün İV MAT-a keçirilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin may N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması və N №- li hərbi hissə komandirinin oktyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində isə xidməti barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı müharibə veteranı adının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 22.0N 202N-ci il tarixli məktubu ilə müraciət təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməlidir. Beləliklə iddiaçının qanuni əsaslarla hərbi xidmətdən təxris olunması müəyyən olunmur. İddiaçı məhkəməyə Fizuli Hərbi Prokurorluğunun 22 fevral 2006-cı il tarixli “cinayət işinin icraatına hissəvi xitam verilməsi və qətimkan tədbiri ləğv edilməsi haqqında” qərarının sürətini təqdim edərək, bildirmişdir ki, onun barəsində Fizuli rayon Hərbi Prokurorluğunda olan cinayət işinə xitam verilmişdir. Məhkəməyə təqdim edilən həmin sənədin sürətindən görsənir ki, cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməmişdir. Məhkəmə hesab edir ki, iddianın təmini üçün əsaslar mövcud olmadığı üçün iddia əsaslı hesab edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-770/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-770/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver