Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-771/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Bakı şəhəri,F.X.Xoyski prospekti ev 118, mənzil 40-da yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 (Abşeron rayonu Qobu Bələdiyyəsində vergi müfəttişi işləyən, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 1, 8B ünvanında yaşayan) və X1 (ünvan 2ühasib işləyən, ünvan 3 ünvanında yaşayan ) İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı Abşeron rayonu Qobu Bələdiyyəsinin ona məxsus torpaq sahəsi üçün 377.7 manat məbləğində torpaq vergisinin ödənilməsi barədə 02.02.2021-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu Bələdiyyəsinin ona məxsus torpaq sahəsi üçün 377.7 manat məbləğində torpaq vergisinin ödənilməsi barədə 02.02.2021-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ------------qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsi 02.02.2021-ci il tarixdə 07 saylı qərar çıxararaq iddiaçıya məxsus Qobu Bələdiyyəsi ərazisində yerləşən torpaq sahəsinə görə 2018, 2019 və 2020-ci illər üzrə 77 manat 70 qəpik faiz, 300 manat əsas, ümumilikdə 377.70 AZN borcun məcburi qaydada ödənilməsi haqqında qərar çıxarmış və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Qərardan da görünür ki, Qobu bələdiyyəsi iddiaçıya torpaq vergisi hesablayarkən 2018, 2019 və 2020-ci illər üzrə hesablamalar aparmışdır. Halbuki o, həmin 0.50 ha torpaq sahəsini 10.10.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almış və 27.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən **********7 qeydiyyat nömrəli Çıxarış almışdır. Torpsaq sahəsi vergi hesablanan illərdə ona məxsus olmamış, qeyd olunan torpaq sahəsindən indiyə kimi sahibkarlıq fəaliyyəti üçün istifadə etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin çıxarışında qeyd edilmişdir ki, həmin torpaq sahəsinin kateqoriyası-kənd təsərrüfatlı təyinatlı torpaqlardır.Buna baxmayaraq Qobu Bələdiyyəsi tərəfindən torpaq vergisi hesablanarkən qanunlara deyil, şəxsi mülahizələrə əsaslanmış,şişirdilməyə yol verilmiş, digər fəaliyyət üçün nəzərdə tutulmuş torpaq sahəsinə müəyyən edilmiş torpaq vergisi hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1.1-ci maddəsinə əsasən kənd təsərrüfatı üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0.06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2000-ci il tarixli, 230 saylı “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” qərarına əsasən Abşeron rayonu 1-ci keyfiyyət qrupuna aid edilmiş və torpaq vergisinin hesablanması üçün torpagm 1 hektarının şərti balı 85 kimi qeyd edilmişdir. Bununla da iddiaçıya məxsus olan 0.50 ha torpaq sahəsinə 1 illik torpaq vergisi 85 (şərti bal) X 0.06 manat X 0.50 ha qaydası ilə hesablanmalıdır. Bundan əvvəlki illərdə də torpaq vergisi məhz bu mexanizmlə hesablanmış, bundan əvvəlki 2014, 2015 və 2016-cı illərə 5 ha torpaq sahəsinə 76 manat torpaq vergisi hesablanmış və ödənilmişdir. Beleliklə, 0.5 ha topraq sahəsinə 3 ilə 7.60 manat vergi ödənilmişdir. Bundan əlavə Qobu Bələdiyyəsinin qərarında qeyd edilir ki, iddiaçı həmin borcu ödəmək üçün tədiyyə bildirişi təqdim olunmuş, borc öhdəliyi haqqında müxtəlif tarixlərdə xəbərdar olunmuş,’’Bələdiyyə Vergi Xidməti haqqında” əsasnamənin 5.4-cü maddəsinə əsasən ona akt tərtib olunmuş, guya onların gördüyü bütün səylərə baxmayaraq o, torpaq vergisinin ödənilməsindən boyun qaçırmışdır. Halbuki, hesablanmış borc barəsində yalnız icra məmurundan daxil olmuş bildiriş mesajından sonra xəbər tutmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və bildirdi ki, iddiaçının bildirdiyinə görə o , 0.50 ha torpaq sahəsini 10.10.2020 ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda aparılmış alqı-satqı müqaviləsi əsasında almış və 27.11.2020-ci il tarixində Azərbaycan respublikası ƏMDK-si yanında DƏDRX-dən **********7 qeydiyyat nömrəli çıxarış almışdır. Onun qeyd etdiyi kimi, həmin torpaq sahəsi 10.10.2020-ci tarixdə mülkiyyətinə keçmiş vergi hesablanan illərdə həmin torpaq sahəsi ona məxsus olmamış, torpaqdan istifadə etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1.maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir. Qobu bələdiyyəsinin 10 fevral 2021-ci il tarixli 3 saylı aktından göründüyü kimi iddiaçı ona məxsus 0.50 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Bununla da Vergi Məcəlləsinin 206.1.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Ona görə də iddiaçı ona məxsus 0.50 ha torpaq sahəsinə görə 206.1 maddəsinə əsasən hər 100 kvadrat metrinə görə 2 manat ödəməlidir. İddiaçıya məxsus 0.50 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibində X8 tərəfindən yaradılmış BAMS proqramına daxil edilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1 maddəsinə əsasən hər 100 kvadratmetri üçün 2 manat müəyyən edildiyinə görə iddiaçının 0.50 torpaq sahəsinə görə 1 illik torpaq vergisi 100 manat müəyyən edilmişdir. Ona görə də iddiaçıya 2018/2019/2020-ci illər üçün 77 manat 70 qəpik faiz , 300 manat əsas, ümumilikdə isə 377.7 AZN torpaq vergisi hesablanmışdır. İddiaçının tələbi əsassız olduğuna görə rədd edilməlidir. Cavabdehin nümayəndəsi X4 V.Sadaitinin izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəməən xahi etdi. İş materiallarında olan : - AN-İ № ******* nömrəli 12.10.2020-ci iltarilxi alqı-satqı müqaviləsindən görünür ki, 0.5 ha torpaq sahəsi X2 tərəfindən İddiaçı satılmışdır. -**********2 reyestr nömrəli reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0.5 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Abşeron rayon Qobu bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 07 saylı qərarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hilal Nəcəfov tərəfindən verilmiş 04.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə İddiaçı 377.7 manat pul vəsaitinin tutulması barədə icra sənədi üzrə icraata başlanılmışdır. - Abşeron rayon Qobu qəsəbə bələdiyyəsinin 19 yanvar 2021-ci il 01 saylı yığıncağının protokolundan çıxarışından görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının inzibati icraat haqqında qanunun tələblərinə əsasən İddiaçı torpaq və əmlak vergilərinin məcburi alınması üçün protokoldan çıxarış və müvafiq inzibati aktlar (Qərar) qəbul edilərək Abşeron rayon İcra şöbəsinə təqdim edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "Bələdiyyə torpaqlannın idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Həmin Məcəllənin : -208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. -208.5-ci maddəsinə görə torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. 208.6. Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. -206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı zrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, bələdiyyə özü də qərarında sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilmədiyini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaşçı torpaq sahəsindən kənd təsərrüfat təyinatı üzrə istifadə etmədiyindən həmin torpaq sahəsi üçün torpaq vergisi yerli büdcəyə deyil, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Qobu Bələdiyyəsinin 02.02.2021-ci il tarixli 07 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-771/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-771/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver