Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-771/2022 03.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X1, Üçüncü şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal X2 nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev28/23) saylı evin onun adına özəlləşdirilməsi ilə bağlı sənədlərin qəbulu və adına çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev28/23) saylı evin onun adına özəlləşdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 10 dekabr 2021-ci il tarixli, **********17 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti, X6, X3, X5, Xankişiyev Elçin Ələkbər oğlu və X7 və Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Mənzil İdarəsinin xx.xx.1969cu il tarixli qərarına əsasən iddiaçının mərhum həyat yoldaşı Xankişiyev Ələkbər Xeyrulla oğlunun 5 nəfər ailə üzvləri ilə yaşaması üçün xx.xx.1969-cu il tarixli 04/69 saylı order verilmiş və həmin vaxt yaşadıqları və qeydiyyatda olduqları ünvan «Sumqayıt şəhəri,M.Qorki küç.,23-cü məhəllə,ev 28/23» olmuş və sonradan həmin ünvan dəyişdirilərək «Sumqayıt şəhəri,Kotec qəsəbəsi,M.Qorki küçəsi,22-ci məhəllə,ev 37/28» kimi qeyd olunmuşdur. İddiaçının həyat yoldaşı 18 iyul 2013-cü ildə dünyasını dəyişmişdir. O və ailə üzvləri uzun illər istifadəsində olan bu mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh mənzili adına özəlləşdirməkdən imtina edərək bu barədə xx.xx.2021-ci il tarixdə imtina məktubu vermişdir. İddiaçının xahişini təmin etməyən cavabdeh mənzilin orderində qeyd edilmiş ünvanla ərazi üzrə 1 saylı Mənzil İstismar sahəsinin vermiş olduğu 2 saylı forma arayışda göstərilən ünvan arasındakı uyğunsuzluğa və həmin mənzilin Xankişiyev Ələkbər Xeyrulla oğluna verilməsi və dəyişdirilməsi ilə bağlı arxivdə məlumatın aşkar edilməməsinə əsaslanmışdır. İddiaçı bu imtina ilə razı deyil, belə ki, qeyd edilən mənzilin 1969-cu ildə-mənzil ayrılan vaxt ünvanı Sumqayıt şəhəri,M.Qorki küç.,23-cü məhəllə,ev 28/23 olmuş və həmin ünvanın sonradan dəyişdirilərək «Sumqayıt şəhəri,Kotec qəsəbəsi,M.Qorki küçəsi,22-ci məhəllə,ev 37/28» olması ərazi üzrə Sumqayıt şəhər 1 saylı MİS-nin verdiyi rəsmi arayışla da təsdiq olunur. Bundan başqa iddiaçı tərəfdən cavabdeh təşkilata orderin əsli təqdim edilmişdir, əgər orderin əsli mövcuddursa, bu barədə arxiv arayışının tələb olunması əsassızdır. Belə ki, «Mənzil fondunun özəlləşdirilməsi barədə» AR Qanununda konkret olaraq mənzil sahəsinin özəlləşdirilməsi ilə bağlı təqdim edilməli olan sənədlərin siyahısı sadalanmış və həmin siyahıda arxiv arayışının yalnız orderin özü olmadığı təqdirdə təqdim edilməsi qeyd olunmuşdur. Həmin Qanunun 1-ci maddəsində göstərilir ki,dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərinə mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması, mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması, yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması вя с.аид едилмишдир. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir, (maddə 4) Qanunun 5-ci maddəsində göstərilir ki,mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir.Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir.Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi mənzilə dair orderin əsli təqdim edildiyi üçün cavabdehin məndən arxiv arayışı tələb etməsi yolverilməzdir. Bundan başqa qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.Tərəfindən cavabdeh təşkilata düzgün sənədlər təqdim olunmuş,hətta dövlət rüsumları da köçürülmüş,lakin sonradan cavabdeh mənzili özəlləşdirməkdən imtina edərək ödənilmiş rüsumları da geri qaytarmışdır.Halbuki ünvan dəyişikliyinin aparılması iddiaçının təqsiri üzündən olmamış və orderdə olan ünvanla 2 saylı forma arayışda göstərilən ünvanın eyni ünvan olmasını həmin ərazi üzrə 2 saylı MİSsi də təsdiq etmiş və bu barədə rəsmi arayış da vermişdir.Cavabdeh təşkilat ona imtina verməmişdən qabaq bunu özü araşdırmaq əvəzinə, iddiaçıya bu əsassız imtinanı təqdim etmişdir.Onu da qeyd edir ki,iddiaçı bütün sənədləri cavabdeh təşkilata təqdim etdikdən sonra onun nümayəndəsi Nurlan müəllim həmin ünvanda olmuş və əlavə tikililərin olmadığını görmüş və hər hansı bir nöqsan tapmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı Xankişiyevə Rəfiqə Həbib qızı ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı sözügedən mənzilin ünvanına dair uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Belə ki, Sumqayıt şəhər Mənzil idarəsinin xx.xx.1969-cu il tarixli, 04/69 nömrəli orderində ünvan “23-cü məhəllə, ev 28/23", Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 1 saylı Mənzil Kommunal Sahəsinin 2№-li forma arayışında isə “22-ci məhəllə, ev 37/28’’ kimi qeyd edilmişdir. Bundan əlavə, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 656 nömrəli arxiv çıxarışında mərhum Xankişiyev Ələkbər Xeyrula oğlunun adına mənzil verilməsi və dəyişdirilməsi barədə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasınını Qanununun 6-cı maddəsinin müddəalarına əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yekun olaraq bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 iştirak etmiş, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal X2 nümayəndəsi X8 iştirak etmiş, ünvanda uyğunsuzluq olmadığını, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev28/23) saylı evin onun adına özəlləşdirilməsini istəyir. Cavabdeh isə sözügedən yaşayış sahəsinə dair arxiv sənədlərinin olmamasını və ünvanda uyğunsuzluq olmasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, notarial qaydada təsdiq olunmuş **********126; **********124; **********125; **********123; **********183 saylı ərizələrə müvafiq olaraq X5 (X6 əvəzinə), X3, X7, X5, Xankişiyev Elçin Ələkbər oğlu ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. xx.xx.1969-cı il tarixli 04/69 nömrəli orderə ilə iddiaçının ailə üzvlərinə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev28/23) saylı evdə yaşamağa icazə verilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X2 1 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 153 saylı arayışda qeyd edilir ki, 23-cü məhəllə, ev28/23 ilə 22-ci məhəllə, ev 28/37 eyni ünvandır və eyni şəxsə məxsusdur. Order verilən zaman məsuliyyətsizlik üzündən səhv ünvan qeyd edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil- Kommunal X2 nümayəndəsi X8 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya mənzilin üzərində mülkiyyət hüququ verən order hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Bundan əlavə, həmin tarixdən mənzilin iddiaçının və onun ailə üzvlərinin istifadəsində olması və mənzillə bağlı digər şəxslərlə hər hansı bir mübahisənin olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi, onun mülkiyyət hüququnu pozur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırkı işdə də, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsada mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev28/23) saylı evin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı sənədlərin qəbulu və adına çıxarışın, texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 37/28 (köhnə ünvanı 23-cü məhəllə, ev28/23) saylı evin İddiaçı adına özəlləşdirilməsi ilə bağlı sənədlərin qəbulu və adına çıxarışın, texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-771/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-771/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver