Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-771/2025 26.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X13 Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o Silahlı Qüvvələrin istefasında olan kapitanı olmaqla, xx xxxxxx 1955-ci üdə Kürdəmir rayonunun Qocalı kəndində kolxozçu ailəsində anadan olmuş, Ali və ali siyasi təhsillidir. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetini, 1994-cü üdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İstefada olan zabit, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.Əmək fəaliyyətinə 1973-cü ilin sentyabr ayının 18də Kürdəmir rayon 15 saylı X9 Qovşağında radio montyoru vəzifəsində başlamış və 1974cü ilin may ayının 8-dək işləmiş, 1974-cü ilin may ayından 1976-cı ilin may ayınadək X8 Qrupunda 2-ci Ordunun 16-cı Diviziyasının 66-cı Zenit-Artilleriya Alayında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1976-cı ilin avqust ayının 13-dən 1980-ci ilin noyabr ayının 1dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər 7 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində yanğm söndürən vəzifəsində xidmət etmiş, 1981-ci ilin fevral ayının 19-dan 1985-ci ilin sentyabr ayının 2-dək Sumqayıt X3 5 nömrəli Xlor və Kaustik Soda istehsalatında fəhlə işləmiş, eyni zamanda ictimai əsaslarla istehsalat komsomol təşkilatının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin sentyabr ayının 4-dən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Sumqayıt X2 Etilen- Propilen 300 (EP-300) zavoduna usta vəzifəsinə işə qəbul olunmaqla ictimai əsaslarla Zərbəçi Komsomol Tikintisinə rəis vəzifəsinə təyin olunmuş, 1986-cı ilin iyul aymm 16-dan Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Kürdəmir Rayon Mədəniyyət şöbəsinin X1 böyük redaktor vəzifəsinə təyin olunmuş, 1987ci ilin iyul ayının 2-dən 1992-ci ilin aprel aypının 30-dək Kürdəmir rayonu Qocalı kəndi X10 İcraiyyə Komitəsinin sədri, 1992-ci ilin aprel ayının 30-dan sentyabr ayın 5-dək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Qocalı kəndi inzibati ərazisi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə zabit qismində həqiqi hərbi xidmətə çağırılaraq, 1992-ci ilin sentyabr ayının 5-dən 1996-cı ilin noyabr ayının 16-dək Kürdəmir rayon Hərbi Komissarlığında Səfərbərlik və Qeydiyyat şöbə rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1997-ci ilin may aymm 19-dan 1997-ci ilin dekabr aymm 11-dək Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayında səfərbərlik qrupunun rəisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1998-ci ilin fevral ayınm 14-dən 2000-ci ilin fevral ayının 10-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili X4 siyasi şöbədə təlimatçı vəzifəsində kapitan hərbi rütbəsində Füzuli- Cəbrayıl istiqamətində ön mövqedə döyüş şəraitində həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2000-ci ilin aprel ayının 7-dən 2001-ci ilin aprel ayının 2-dək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında Azərbaycan Ordusunun qulluqçusu, bölmə rəisinin köməkçisi vəzifəsində mülki işçi kimi işləmiş, 2000-ci ilin fevral ayının 11-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmışdır. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Hazırda ağır xəstəliklərdən ürək çatışmazlığı, ÜİX-yi, stenokardiya, İİ tip, şəkərli diabet İİ tip, orta ağır və digər xəstəliklərdən əziyyət çəkir.“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 3-cü bəndinə əsasən “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Belə ki, axırıncı iş yeri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi olduğu üçün qanuna müvafiq olaraq aidiyyəti üzrə cavabdehə rəsmi qaydada, müvafiq sənədlərini əlavə etməklə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Veteranlar haqqında’’ Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:-iqtisadiyyatın bütün sahələrində:-istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və diger əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;-keçmiş Sovet respublikaların X11 Fərmanları ilə təltif olunanlar;- Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X12 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;- Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;-uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı’’ adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin əmək veteranı hesab edilməsi üçün göstərilən qanunvericilik aktının tələblərinə cavab verməlidir.İddiaçı keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülməmiş, keçmiş Sovet respublikaların X11 Fərmanları ilə təltif olunmamış və müvafiq medal və ordenlərlə təltif olunmamış, habelə Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməmiş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmamış və əmək stajı 40 ildən az müddət təşkil etdiyi üçün hesab edir ki, cavabdeh tərəfindən yuxarıda adıçəkilən qanunvericilik aktlarına uyğun olaraq iddiaçıya əmək veteranı adı və vəsiqəsinin verilməsinə imtina etməkdə düzgün qərar qəbul etmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-43-93/2-145/1/2023 nömrəli imtina məktubunun surəti, iddiaçıya aid hərbi biletin, əmək kitabçasının surəti, cavabdehin etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Daxili Qoşunların, Səfərbərlik xidmətinin əməkdaşı olmuş, daxili qoşunlardan güzəştli şərtlərlə əmək pensiyasına çıxmış və ona əmək veteranı adının verilməsi Nazirlər Kabinetinin 1995-ci il tarixli 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə ziddir. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən uzun illər ictimai əməklə məşğul olanlara (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda) əmək veteranı adı verilir. Məhkəmə hesab edir ki, qeyd olunan əmək stajı anlayışı işçinin əmək müqaviləsi əsasında əldə etdiyi sığorta stajı və ya 2006-cı ilə qədər olan iş stajı anlayışından fərqlidir. Belə ki, həm sığorta stajı, həm də 2006-cı ilin yanvar ayına qədər olan iş stajı işçi ilə işəgötürün arasında bağlanmış müqavilə əsasında yaranmış olur. Qeyd olunan Əsasnamənin 3-cü hissəsindən bəlli olur ki, şəxsin uzun illər ictimai əməklə məşğul olması zəruridir. Başqa sözlə desək ictima əmək şəxsin əmək müqaviləsi əsasında işləməsi deyil, onun ictimai əsasla olan fəaliyyətindən ibarətdir. Əks tədqirdə hər 40 il sığorta stajı və ya iş stajı olan təqaüdçü əmək veteranı adının verilməsini tələb etmiş olar. Həmçinin, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Göründüyü kimi qanunverici şəxsə o halda əmək veteranı verilməsini zəruri edir ki, şəxsin dövlət qarşısında xüsusi xidmətləri olmalı, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməli, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanmalı, uzun illər ictimai əməklə məşğul olmalıdır. Yəni göstərilənlərdən ən azı birinin olması şəxsə müvafiq statusun verilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı bunula bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də cavabdehin imtinası qanuni hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №2-1(118)-771/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-771/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver