Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-774/2020 01.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1963-cü il tarixdə Quba rayonunun Zərdabi kəndində anadan olmuşdur. 1981-1983–cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1988–ci ildə Azərbaycan Neft Kimya institunu və institun nəzdində Hərbi kafedranı bitirmiş, 1987-ci ildə ona, zabit–leytenant hərbi rütbəsi verilib. 1990-cı ildə isə baş leytenant hərbi rütbəsi verilmişdir. xx xxxxxxx 1993-cü il tarixdə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış və Xaçmaz batalyonunun tərkibində, Milli Ordunun N saylı hərbi hissəsinin tərkibində Qarabağ uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. Həmin vaxtı N saylı hərbi hissənin komandiri Mehdiyev, qərargah rəisi isə Əliyev olublar. Həmin vaxtı Xaçmaz Batalyonunun komandiri Yaşar Muradov olub.Onunla birlikdə Xaçmaz Batalyonunun tərkibində döyüş yoldaşları Xaçmaz rayonunun Bay–oba kəndindən olan, hal–hazırda həmin kənddə Məktəb direktoru işləyən X1 tel. OSO–689-48–25, 055-723=97-15, Xaçmaz şəhərində yaşayan və Xaçmaz rayonu Təhsil şöbəsində inspektor işləyən, hərbi rütbəsi kapitan olan Əkbərov Mövlan Babaş oğlu, tel. 050436-64–29, Xaçmaz Melorasiya və su təsərrüfatı idarəsində mühəndis işləyən Xaləddin, tel. 050-474-81–11. Xaçmaz şəhərində yaşayan, çavuş Ələddin 051-919-20–00 və başqalarını qeyd edə bilər. 1986–cı ildə onun oğlu talasemiyya xəstəliyindən əməliyyat olunması ilə bağlı komandirlərin rəsmi razılığı ilə bağlı, icazə ilə evə qayıtmış və uşağın müalicəsi ilə məşğul olmuşdur. Əməliyyat və etdiyimiz müalicələrə baxmayaraq uşağı 2001-ci ildə vəfat etdi və o bununla bağlı cəbhə bölgəsinə qayıda bilməmiş, bu barədə komandirləri də məlumatlı olmuş, onların da razılıqları olub. Onu da qeyd etdi ki, həmin ildə ona məxsus hərbi bileti naməlum şəraitdə itib. Həmin hərbi biletində Qarabağ uğrunda döyüşlərində iştirak etməyi barədə qeyd də var idi və üstündə möhürü də var idi. Həmin qeyd rus dilində olub “Uçastvoval v boyax protiv armyanskix formirovaniy.” İtmiş hərbi biletin əvəzinə ona verilmiş “dublikat” hərbi biletində isə bu qeyd olunmamışdır. Müharibə veteranı statusunun alınması ilə bağlı o aidiyyəti orqanlara da ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsindən aldığı cavab məktubunda göstərilir ki, N saylı hərbi hissənin əmrlər kitabında xx.xx.1993-cü il tarixdə 339 N-li əmrdə Xaçmaz RHK–dan çağırılmış şəxsi həyətin ümumi sayı göstərilmişdir. Əmrə əlavə edilmiş adlı siyahıda 1963– cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24–cü Xaçmaz batalyonunda qeyd edilmişdir. Qeyd edirik ki, N N-li hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyat kitabında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, Mərkəzi Arxivə ünvanladığınız ərizədə xidmət dövrünüz 1995-ci il tarixi(aylarla) göstərilmədiyi üçün xidmətiniz barədə araşdırma apara bilmirik. Əlavə olaraq bildiririk ki, Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Bütün yuxarıda qeyd etdikləri rəsmi sənədlərlə təsdiq olunur. Komandirləri, döyüş yoldaşları da dediklərini təsdiq edə bilərlər. Onu da qeyd etdi ki, o, Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin də üzvüdür və üzvülük bileti də var. Onunla birlikdə döyüşlərdə iştirak etmiş cəbhə yoldaşlarının demək olar ki, hamısı müharibə veteranı vəsiqəsi almış və veteran kimi imtiyazlardan istifadə edir. O isə kiminsə səhvinə görə, Müdafiə Nazirliyinin arxivinə məlumat verilməməsinə görə veteran vəsiqəsi ala bilmir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.1991 -ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.İddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən xx.xx.2017-ci il tarixli 9/2-12469 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixli 339 nömrəli əmrdə (adlı siyahısı sıra-185) Xaçmaz RHK-dan çağırılmış şəxsi heyətin ümumi sayı göstərilmişdir, Əmrə əlavə edilmiş adlı siyahıda 1963-cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24-cü Xaçmaz batalyonunda qeyd edilmişdir.Qeyd edlir ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba kitablarında N.Ə.Mirzəyevin sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən)sənədlər təqdim olunmalıdır.Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər”sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)”sözləri əlavə edilmişdir.Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi, döyüş əməliyyatlarda iştirak etməsi və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə hec bir təsdiqedici sənədi yoxdur.Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-İqtisadi kolleqiyasının xx xxxx 2018-ci il tarixli 2-1(102)-1224/18 nömrəli iş üzrə Qərarında göstərilmişdir ki, “Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hal hazırda hərbi xidmət keçdiyinə (qulluq etdiyinə) və ya hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefayaburaxıldığınadair sübut yoxdur.”Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-İqtisadi kolleqiyasının xx xxxx 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə Qərarındada göstərilmişdir ki, "hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməlivatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barəsində cavabdeh inzibati orqan lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan prosesə baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, Müdafiə Nazirliyinin İşlər X2 İdarəsinin xx.xx.2017-ci il tarixli məktubları və ZE ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X2inin məlumatlarında İddiaçı N saylı hərbi hissənin əmrlər kitabında xx.xx.1993-cü il tarixdə 339 N-li əmrdə Xaçmaz RHK–dan çağırılmış şəxsi həyətin ümumi sayı göstərilmişdir. Əmrə əlavə edilmiş adlı siyahıda 1963–cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24–cü Xaçmaz batalyonunda qeyd edilmişdir. Qeyd edirik ki, N N-li hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyat kitabında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə həmin hərbi hissədən tərxis olması ilə əlaqədar hərbi biletində müvafiq qeyd aparılmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-774/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-774/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver