Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-774/2022 11.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qarşı “Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qarşı iddia qaldıraraq “Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya həmin normaya uyğun olaraq hüquqi yardım olunmuş və ona izah edilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında işə mahiyyəti üzrə baxılması üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hazırki işdə cavabdeh inzibati orqan olmamaqla yanaşı, mübahisələndirilən sənəddə inzibati akt deyil, məktubdur. Məhkəmə iclasında iştirak edən iddiaçı işə iddia tələbində olduğu kimi baxılmasını və qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırki işdə iddiaçı Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə cavabdehlər fiziki şəxslər olduğundan hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia fiziki şəxslərə qarşı deyil, Şamaxı rayonu Peşə liseyinə qarşı qaldırılmış olsa belə, həmin lisey də inzibati orqan olmadığınan və iddia onun inzibati xarakterli fəaliyyəti ilə bağlı olmadığından iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayıla bilməz. Beləliklə iddiaçı hazırki iddianı qaldırmaqla düzgün olmayan hüquqi müdafiə vasitəsini seçmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şamaxı rayonu Peşə liseyinin direktoru Cavabdeh1 və Şamaxı rayonu Peşə liseyində direktor olmuş Cavabdeh2 qarşı “Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzilində yaşama hüququnun yalnız Təranə Mustafayevaya aid olması ilə bağlı aktın qeyri-qanuni olması və onun ləğv edilməsinin cavabdehlərin üzərinə qoyulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-774/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-774/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver