Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-775/2021 16.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Notariat Kontoruna, Cavabdeh1 və Cavabdeh2 qarşı “Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən iş üzrə Cavabdeh1 adına işlənmiş JN-3xx xxx 30107038 nömrəli Torpaqa mülkiyyət hüququna dair dövlət aktının, həmin Dövlət Aktına əsasən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışın və Cavabdeh1 adına olan MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4,04 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və JN - 00xx xxx 30107038 olan xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh1 adına verilmiş JN-3xx xxx 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Notariat Kontoruna, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq “Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən iş üzrə Cavabdeh1 adına işlənmiş JN-3xx xxx 30107038 nömrəli Torpaqa mülkiyyət hüququna dair dövlət aktının, həmin Dövlət Aktına əsasən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışın və Cavabdeh1 adına olan MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4,04 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və JN - 00xx xxx 30107038 olan xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh1 adına verilmiş JN-3xx xxx 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatı keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 15/01 saylı qərarına əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə Qusar rayonunun Gündüzqala kəndi ərazisindən 4,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN: 00xx xxx 30107038 saylı xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin 1,67 ha hissəsi rayonun Gündüzqala kəndi ərazisindən, yerdə qalan 3,11 ha hissəsi isə Gündüzqala kəndinin qışlaq adlı ərazisindən verilmişdir. 2006-2007-ci illərdə rayonun Gündüzqala kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş X3 iddiaçı və onun ailə üzvlərinə bildirmişdir ki, əgər istəsələr mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinin kəndin qışlaq ərazisində yerləşən 3,11 ha hissəsini kənd torpaqları ilə dəyişə bilər. Qışlaq ərazisi Gündüzqala kəndindən xeyli aralıda, Xaçmaz rayonu ilə sərhəddə yerləşdiyinə və həmin sahəyə gedib gəlmək çətin olduğuna görə iddiaçı və onun ailə üzvləri razılaşmış və Mumin Babayev kənd ərazisindən təxminən 03 ha ərazini iddiaçı və onun ailə üzvlərinə göstərərək həmin sahənin qışlaq ərazisində yerləşən pay torpaq sahələrinin 3,11 ha hissəsi ilə dəyişdirilməsi üçün sənədləşmə işləri aparılıb qurtarana kimi orada əkib becərmələrini bildirmişdir. İddiaçı və onun ailə üzvləri də 2007-ci ildən başlayaraq Mumin Babayevin göstərdiyi və Gündüzqala kəndində yerləşən təxminən 03 ha torpaq sahəsindən istifadə etməklə orada əkib becərmə işlərini aparmışdırlar. Bir neçə il həmin sahədə əkib becərmə işləri görüldükdən sonra müəyyən edilmişdir ki, Mumin Babayevin göstərdiyi və Gündüzqala kənd ərazisində yerləşən 03 ha torpaq sahəsi başqa şəxsin mülkiyyətində olan pay torpaq sahəsidir və həmin səbəbdən də iddiaçı və onun ailə üzvləri qeyd olunan torpaq sahəsindən çıxmağa məcbur olmuşdurlar. Bu barədə Mumin Babayevə bildirəndə hər dəfə hələ torpaq sahələrinin dəyişdirilməsi üçün sənədləşmə işlərinin yekunlaşmadığını bildirərək kənd ərazisində başqa-başqa yerlərdən torpaq sahələrini göstərməklə sənədləşmə işləri qurtarana kimi həmin sahələrdə əkib becərmələrini bildirmişdir. İddiaçı və onun ailə üzvləri də hər dəfə Mumin Babayevin verdiyi vədlərə inanaraq onun göstərdiyi ayrı-ayrı sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşdurlar. Son bir neçə ildə iddiaçı və ailə üzvləri eyni sahədən istifadə etdiklərinə görə qeyd olunan torpaq sahəsinə adlarına rəsmi sənəd gələcəyinə əmin olaraq həmin sahədə müxtəlif növ meyvə tinglərini əkmiş, həmin tinglər böyüyərək bar verən vaxtı bilmişdirlər ki, Mumin Babayevin axırıncı dəfə də göstərərək əkib becərmələrini bildirdiyi torpaq sahəsi də başqa bir şəxsin mülkiyyətində olan pay torpaq sahəsidir və həmin şəxs bu barədə adına olan dövlət aktını iddiaçıya göstərərək həmin sahədən çıxmalarını və əkdikləri müxtəlif növ meyvə ağaclarını da kökündən çıxarmaqla sahəsinin təmizlənməsini tələb etmişdir. Bu barədə Mumin Babayevə bildirdikdə müxtəlif bəhanələrlə iddiaçını sakitləşdirməyə çalışmış və gözləmələrini bildirmişdir. Onlar da çarəsiz qalaraq həmin sahədə əkdikləri meyvə ağaclarını çıxarmaqla oranı tərk etmək məcburiyyətində qalmış və kəndin qışlaq ərazisində yerləşən 3,11 ha torpaq sahələrində olsa da müəyyən əkin işlərinin aparılması üçün 2020-ci ilin yaz aylarında getdikdə həmin sahədə başqa şəxs tərəfindən fındıq bağı salındığının şahidi olmuşdurlar. Sonra həmin sahənin kim tərəfindən əkilib-becərildiyi ilə maraqlandıqda məlum olmuşdur ki, mülkiyyətlərində olan və Gündüzqala kəndinin qışlaq sahəsində, Xanarxı deyilən arxın üst hissəsində yerləşən 3,11 ha torpaq sahəsi əslən Bakı şəhərindən olan Cavabdeh1 adlı şəxs tərəfindən fındıq bağı salınmaqla istifadə edilir. Cavabdeh1 adlı şəxsin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində onların xəbəri olmadan hansı əsasla fındıq bağı salmaqla istifadə etməsinin səbəbini öyrənmək istədikləri vaxtı onlara bildirmiişdirlər ki, qeyd olunan torpaq sahəsinə sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış mövcuddur. Bu məsələnin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən maraqlanmışdırlar. 5 saylı Xaçmaz Ərazi İdarəsindən rəsmi olaraq bildirilmişdir ki, iddiaçı və ailə üzvlərinin adına olan JN: 00xx xxx 30107038 saylı xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bir hissəsinə Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2- 158 saylı qətnaməsinə əsasən Cavabdeh1 adına JN-3xx xxx 30107038 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» işlənmiş və həmin dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına xx.xx.2007-ci il tarixli, MH ******* seriyalı çıxarış verilmişdir. Cavabdeh1 adına olan MH ******* seriyalı çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsi Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə- 1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhər sakini Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. İddiaçı mülkiyyətlərində olan pay torpaq sahəsini heç kimə satmadıqlarına görə onun və ailə üzvlərinin adına olan JN 00xx xxx 30107038 saylı xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bir hissəsinə Cavabdeh1 adına JN-3xx xxx 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı qətnaməsindən xəbəri olmadığına görə həmin qətnamənin verilməsi Qusar Rayon Məhkəməsindən xahiş edildikdə məlum olmuşdur ki, Qusar rayon Məhkəməsinin arxivində olan xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı mülki iş başqa şəxslərin arasında olan tələblə əlaqədar olmaqla iddiaçının torpaq sahələrinin alqı-satqısı ilə heç bir əlaqəsi yoxdur və həmin səbəbdən də qeyd olunan qətnamənin surətinin iddiaçıya təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzvlərinin adına olan JN 00xx xxx 30107038 saylı xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3,11 ha hissəsinə Cavabdeh1 adına JN-3xx xxx 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı mövcud olmayan məhkəmə qətnaməsinə əsasən verilmişdir. Ona görə də Cavabdeh1 adına işlənmiş JN-3xx xxx 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı, həmin Dövlət Aktına əsasən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli Çıxarış və MH ******* seriyalı, xx.xx.2007ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 adına işlənmiş və Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4,04 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi də etibarsız hesab edilməli və JN : 00xx xxx 30107038 saylı xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçı və onun ailə üzvlərinə verilmiş 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi üzərində iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqları bərpa edilməlidir. İnsan Hüquqlarının və X5 X2 dair Protokolun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn imumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.” "İzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4nömrəli qərarına əsasən “revestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əadə və va inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş, məhkəmə iclasına iddiaçının nümayəndəsi qismində X4 gəlmiş, lakin məhkəməyə təqdim etdiyi etibarnamədə X1 iddiaçını təmsil etmək səlahiyyəti qeyd olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı tələblərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Notariat Kontoruna, Cavabdeh1 və Cavabdeh2 yönəldərək, məhkəmədən Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən iş üzrə Cavabdeh1 adına işlənmiş JN-3xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının, həmin Dövlət Aktına əsasən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli çıxarışın və Cavabdeh1 adına olan MH ******* seriyalı, xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4,04 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və JN - 00xx xxx 30107038 olan xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh1 adına verilmiş JN-3xx xxx 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Hazırda iş üzrə Cavabdeh1 adına işlənmiş JN-3xx xxx 30107038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktını mübahisələndirilsədə, həmin dövlət aktının ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməsi müəyyən olunmur. İş materiallarından görsənir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsindən müvafiq sənədlərin sürətləri istənmişdir. Eyni zamanda iddiaçı notariat hərəkətlərini də mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Bundan əlavə məhkəmə iddia ərizəsində tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Həminin iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Bundan əlavə iddiaçı müxtəlif şəxsləri cavabdeh göstərərək, müxtəlif tələbləri eyni iddiada tələb etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, subyektiv hüququnun olması şərti ilə digər şəxsə verilmiş mülkiyyət sənədinin ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Notarial hərəkətləri və digər şəxslərlə bağlı mübahisələrlə əlaqədar mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev