Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(118)-7758/2025 24.02.2026 SUMQAYIT İNZIBATI MƏHKƏMƏSI Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və ödənilməmiş mükafatların ödənilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının barəsində intizam tənbeh tədbiri tətbiq edilərək töhmət verilməsi barədə Cavabdeh ##.##.2025-ci il tarixli 3-17/3-4- ***/**** nömrəli əmrinin ləğv edilməsi və iddiaçıya ödənilməmiş mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmri ilə iddiaçının barəsində intizam tənbeh tədbiri tətbiq edilərək töhmət verilmişdir. Lakin iddiaçı hesab edir ki, ona töhmət əsassız verilmişdir, həmçinin şəxsiyyəti, peşəkarlıq səviyyəsi, xətanın xarakteri və dövlət qarşısındakı xidmətləri nəzərə alınmamışdır. İddiaçı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və göndərişi ilə Azərbaycandan kənarda təhsil alan mütəxəssislərdən biridir və 1978-ci ildə imtahanlardan yüksək nəticə əldə edərək, hər il Azərbaycandan Moskva Avtomobil Yollar İnstitutuna ali təhsil almaq üçün seçilmiş iki nəfərdən biri olmuşdur. İnstitutu bitirdikdən sonra iddiaçının 42 il əmək fəaliyyəti olub ki, onun son 22 ilini sosial müdafiə sahəsi üzrə dövlət qulluğunda xidmət keçir. R ixtisas dərəcəsinə malikdir. İddiaçı bildirir ki, o, qazi atasıdır və oğlu Rzayev Emin 2016-cı il aprel döyüşlərinin, 2020-ci il Vətən Müharibəsinin, 2022-ci il antiterror əməliyyatının, 2023-cü il Laçın keçid məntəqəsinin qurulmasının, 2023-cü il antiterror əməliyyatlarının iştirakçısıdır. Vətən torpaqlarının işğaldan azad olunmasında oğlu Eminin çox böyük xidmətləri var. Cənab Prezident tərəfindən onun xidmətləri 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan Bayrağı” ordenləri və 5 medalla o cümlədən “Vətən uğrunda” medalı ilə qiymətləndirilib. X1 Müharibəsi dövründə hərbi hospitalda yaralı hərbçilərlə görüşündə onların valideynlərinin xüsusi hörmətə layiq olduqlarını qeyd etmişdir. Övladın Vətən qarşısındakı xidmətləri, nailiyyətləri təbii ki, elə valideynin Vətənə xidmətidir. İddiaçı düşünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində Vətən Müharibəsindəki tarixi Qələbəmizin əldə olunmasında ondan çox xidməti olan yoxdur. Təəssüf ki, iddiaçıya töhmət verilərkən bunlar nəzərə alınmamışdır. Töhmətin verilməsinə əsas olaraq, “Xırdalan İnşaat Konstruksiyaları” MMC-nin sabiq işçisi Fəttahov İlham Qədirbəxiş oğlunun əmək xəsarəti ilə bağlı müraciətinin araşdırılması olmuşdur. Vətəndaşın müraciəti iddiaçı İddiaçı icraatına ##.##.2024-cü il tarixdə daxil olmuş, 24 təqvim günü ərzində işi tam araşdırmış, aşkarladığı inzibati xətaya görə müvafiq məbləğdə inzibati cərimə tətbiq edərək, Xəzinədarlığa ödənilməsini təmin etdirmişdir. Təhqiqat komissiyasının yaradılması barədə əmr layihəsi və vətəndaşa cavab məktubu hazırlayaraq, elektron sənəd dövriyyəsi alt sisteminə daxil etmişdir. Hansı ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən araşdırma tələb edən müraciətlərin icra müddəti 30 iş günüdür. Yəni icra müddəti ötürülməyib, iddiaçı qısa müddətdə müraciətin sosial tərəfini, həmçinin əməyin mühafizəsi ilə bağlı tərəfini araşdıraraq, aşkarlanmış inzibati xətaya görə icraatı yekunlaşdırmışdır. Nəticədə bu işə görə iddiaçıya töhmət verilmişdir. Səbəb olaraq işəgötürəndən Təhqiqat komissiyasının yaradılması üçün üzvlərin rəsmi məktubla istənilməməsi bildirilir. Hansı ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli Qərarına əsasən hadisə baş verən günü işəgötürən özü Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə X2 Xidmətinə rəsmi məlumat verməlidir. Təcrübədə də heç vaxt Təhqiqat komissiyasının tərkibində iştirak edəcək nümayəndələrin təqdim edilməsi barədə işəgötürənə məktub ünvanlanmayıb. İddiaçı ona töhmət verilməsi ilə bağlı məlumatı ##.##.2025-ci il tarixdə almış və eyni zamanda ailəsinin hazırda üzləşdiyi maddi problemləri qeyd edərək, yəni kiber cinayətkarlar tərəfindən həyat yoldaşının kredit kartından və əmək haqqı katından 18000 manata yaxın vəsaitin oğurlandığını, bank tərəfindən həmin vəsaitin yüksək faizlə tələb edildiyini qeyd edərək töhmətin üzərindən götürülməsi xahişi ilə ##.##.2025-ci il tarixdə inzibati qaydada müraciət etmişdir. İddiaçının müraciəti ##.##.2025-ci il tarixdə qeydiyyata alınmış və Nazirlik yanında X2 Xidmətinin rəis müavini tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli 3-17- 5/2- R-*****/**** nömrəli cavab məktubuna əsasən onun xahişi təmin edilməmişdir. İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və ödənilməmiş mükafatların ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəsatətlə müraciət edərək, iddia müddətini ötürməyi səbəbindən, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Hesab edir ki, iddia müddətini ötürməmiş və ötürülmüş iddia müddəti qənaətinə gəlinsə belə, prosessual müddət bərpa edilməlidir. Belə ki, töhmət verilməsi ilə bağlı əmr rəsmən təqdim edilməyib, ##.##.2025-ci il tarixdə elektron poçt ünvanına məlumat göndərilib və ##.##.2025- ci il tarixdə işlədiyi Nazirlik yanında X2 Xidmətinin yuxarı orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə inzibati qaydada müraciət etmişdir. Müraciəti "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.13-cü maddəsinin tələblərinə zidd olaraq, töhmət verilməsi təşəbbüsü göstərmiş Nazirlik yanında X2 Xidmətinə göndərilmiş, həmçinin müraciətimə cavab məktubunu, həmin qanunun 10.1-ci və 10.3-cü maddələrinin tələblərinə zidd olaraq iki aya yaxın müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə almış və inzibati şikayətinə müsbət cavab verilmədiyi üçün, iddia ərizəsi hazırlayaraq, ##.##.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə iddia müddətini ötürməyi səbəbindən, iddianın mümkün sayılmaması barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətini əsassız hesab edir və ötürülmüş iddia müddəti qənaətinə gəlinsə belə, prosessual müddət bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ## ##### 2015-ci il, * nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Hazırkı işdən görünür ki, iddiaçı mübahisələndirilən ##.##.2025-ci il tarixli əmrdən ##.##.2025-ci il tarixdə məlumatlı olmuşdur. İddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddətini ötürməmiş və ötürülmüş iddia müddəti qənaətinə gəlinsə belə, prosessual müddət bərpa edilməlidir. Belə ki, töhmət verilməsi ilə bağlı əmr rəsmən təqdim edilməyib, ##.##.2025-ci il tarixdə elektron poçt ünvanına məlumat göndərilib və ##.##.2025- ci il tarixdə işlədiyi Nazirlik yanında X2 Xidmətinin yuxarı orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə inzibati qaydada müraciət etmişdir. Müraciəti "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.13-cü maddəsinin tələblərinə zidd olaraq, töhmət verilməsi təşəbbüsü göstərmiş Nazirlik yanında X2 Xidmətinə göndərilmiş, həmçinin müraciətimə cavab məktubunu, həmin qanunun 10.1-ci və 10.3-cü maddələrinin tələblərinə zidd olaraq iki aya yaxın müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə almış və inzibati şikayətinə müsbət cavab verilmədiyi üçün, iddia ərizəsi hazırlayaraq, ##.##.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə iddia müddətini ötürməyi səbəbindən, iddianın mümkün sayılmaması barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətini əsassız hesab edir və ötürülmüş iddia müddəti qənaətinə gəlinsə belə, prosessual müddət bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən əmrdən vaxtında məlumatlı olduğu halda, hazırkı iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin əmrdən ##.##.2025-ci il tarixdə yuxarı inzibati orqana şikayət verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizə mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana verilmiş şikayət deyildir. Həmin ərizənin məzmunundan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndinə əsasən növbəti mükafatlandırma zamanı ona mükafat verilməklə verilmiş intizam tənbehinin (töhmət) vaxtından əvvəl qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi qeyd olunan müraciət iddiaçı tərəfindən yuxarı inzibati orqana verilmiş şikayət olmamışdır. Bundan əlavə iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə səbəb olan digər halları da əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73- cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-7758/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-7758/2025
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver