Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-776/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMCcavabdehAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş xronometraj metodu ilə aparılan müşahiədənin nəticəsi barədə tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli 016303 saylı aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2 saylı X1 xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən anbarında xx.xx.20118-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj vetodu ilə müşahidə aparılması qərara alınmışdır. Həmin müşahidənin nəticəsi olaraq cavabdeh tərəfindən bir sıra qərarlar qəbul edilmiş, lakin qanunsuz olduğu üçün iddiaçının iddialarına əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarlar ilə ləğv edilmişdir. Buna baxmayaraq hazırda da vergi orqanı tərəfindən iddiaçı MMC barəsində əsassız qərarlar qəbul edilir. Bu səbəbdən iddiaçı hesab edir ki, xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə dair akt ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 oölu iddianı qəbul etmədi və izah etdi ki, mübahisələndirilən akt iddiaçı üçün heç bir nəticə yaratmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə iş üzrə materialları araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, həmin tələb mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən akt inzibati akt deyildir və ondan qanunvericilikdə şikayət nəzərdə tutulmamışdır. Həmin akt xronimetraj metodu ilə aparılan müşahidənin nəticələrini özündə əks etdirir. İddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı mübahisələnidirilməsi onun hüquqlarının müdafiəsi üçün yetərlidir. Hüquqi müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Mübahisələndirilən akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisənin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nincavabdehAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən keçirilmiş xronometraj metodu ilə aparılan müşahiədənin nəticəsi barədə tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli 016303 saylı aktın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-776/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-776/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver