Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-777/2024 06.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Zəngilan rayonu Məmmədbəyli İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 14 mart 1955-ci il tarixli, 16 saylı doğum akt qeydində ata haqqında məlumatın “X3”ndan “X1”na dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “İddiaçı doğum haqqında akt qeydinin ata adının “Əli adından Məhərrəm adına” düzəliş edilərək doğum haqqında akt qeydində Məhərrəm olması barədə faktın təsdiq edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Zəngilan rayonu Məmmədbəyli İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 14 mart 1955-ci il tarixli, 16 saylı doğum akt qeydində ata haqqında məlumatın “X3”ndan “X1”na dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Zəngilan rayonu, Zərnəli kəndində anadan olmuşdur. O, doğum haqqında akt qeydində ata adının “Əli adından Məhərrəm adına düzəliş edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair Cavabdehnə müraciət etmişəm. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Ona məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, hərbi biletində, nikahın bağlanması haqqında şəhadətnamədə, köçkün vəsiqəsində adı soyadı və ata adı İddiaçı kimi göstərilmişdir. Ona məxsus Zəngilan rayonu Məmmədbəyli İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 14 mart 1955-ci il tarixli, 16 saylı doğum akt qeydində isə ata haqqında məlumat qrafasında “X1” əvəzinə, “X3” qeyd edilmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AZE04220037 saylı şəxsiyyət vəsiqəsinin, НЗ№1997137 saylı hərbi biletin, AA № 121957 saylı vəsiqənin, AЗ № 276909 saylı şəhadətnamənin surətlərindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Zəngilan rayonu Məmmədbəyli İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 14 mart 1955-ci il tarixli, 16 saylı doğum akt qeydindən görünür ki, iddiaçının ata qrafasında atasının adı, soyadı və ata adı “X3” kimi qeyd edilmişdir. - İddiaçının qardaşına məxsus AЗ № ******* saylı “Doğum haqqında şəhadətnamənin” və AZE 08850350 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənədlərdə ata adı “Məhərrəm” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 31 may 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə ona məxsus digər sənədlər arasında (hərbi bilet, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə) arasında uyğunsuzluq mövcuddur (iddiaçının atasının adı bir sənəddə “Əli Şirin”, digərlərində “Məhərrəm” kimi qeyd edilmişdir) və iddiaçı doğum haqqında akt qeydində ata haqqında məlumatın “X3”ndan “X1”na düzəliş edilməsi ilə bağlı qeydiyyat yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (ata haqqında məlumatın “X3”ndan “X1”na düzəliş edilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının ata adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının ata haqqında məlumatın “X3”ndan “X1”na düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçıya məxsus akt qeydində düzəliş edilməsinə münasibətdə qanunvericiliklə soyadın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının soyadı ilə bağlı doğum haqqında akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun soyadının doğum haqqında akt qeydində ata haqqında məlumatın “X3”ndan “X1”na dəyişiklik edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində ata haqqında məlumat “X4” qeyd olunsa da, ona məxsus digər sənədlərdə - AZE04220037 saylı şəxsiyyət vəsiqəsi, НЗ№1997137 saylı hərbi biletin, AA № 121957 saylı vəsiqə, AЗ № 276909 saylı şəhadətnamədə onun ata adı “Məhərrəm” kimi qeyd edilmişdir. Bir sənəddə ata adının “Əli Şirin”, digərlərində isə “Məhərrəm” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus Zəngilan rayonu Məmmədbəyli İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 14 mart 1955-ci il tarixli, 16 saylı doğum akt qeydində ata haqqında məlumatın “X3”ndan “X1”na dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıya məxsus Zəngilan rayonu Məmmədbəyli İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 14 mart 1955-ci il tarixli, 16 saylı doğum akt qeydində ata haqqında məlumatın “X3”ndan “X1”na dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva