Məhkəmə qərarları › İş №2-1(118)-778/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-778/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-778/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdeh təşkilatın nümayəndəsi X2 iştrakalrı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi filialına qarşı xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi, buna uyğun olaraq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, əmək pensiyasının Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla yenidən hesablanması, pensiya miqdarında pensiyaya çıxdığı xx.xx.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona əmək pensiyası təyin edilərkən xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi qeyd edilən vəzifənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş siyahıya daxil edilmədiyi göstərilmişdir.Bununla əlaqədar iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Bundan narazı qalan tərəflər Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri ilə müraciət etmişdirlər və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X3 Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün geri qaytarılmışdır. Qeyd olunan qərarın ləğv edilməsinə əsas kimi iddiaçı tərəfindən verilən tələblərə birinci instansiya məhkəməsi tərəfindən tam olaraq qiymət verilməməsi olmuşdur. İnzibati iş məhkəməyə qeri qaytarıldıqdan sonra cavabdeh təşkilatın vəsatətinə əsasən DSMF-nin Qobustan rayon şöbəsi DSMF-nun X1 üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o xx.xx.1952-ci il tarixdə Şamaxı rayonunun (indiki Qobustan rayonunun) Nərimankənd kəndində anadan olmuşdur və həmin ünvanda yaşayır. Ali təhsillidir. xx.xx.2015-ci ildən pensiyaya çıxmışdır. xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işləməsi barədə əmək kitabçasında qeyd olsa da, pensiyaya çıxarkən DSMF-nin Qobustan rayon şöbəsi həmin dövr üçün iş stajını dövlət qulluğu kimi qəbul etməmişdir. O, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2007-ci il tarixli 77 nömrəli Qərarını cavabdehə təqdim etmişdir. Qeyd olunan qərarla təsdiq edilmiş Siyahının 3-cü bəndində göstərilir ki, Azərbaycan Kommunist Partiyasının MK-nin, şəhər (rayon) komitələrinin nomenklaturalarına daxil olan və müxtəlif təşkilatların yerli komitələrində katib vəzifəsində işləmiş şəxs dövlət qulluğunda olmuş hesab edilməlidir (Qərar və siyahı əlavə olunur). O, Şamaxı rayon partiya komitəsindən əmək haqqı aldığından həmin komitənin nomenklaturasına daxil idi. Lakin DSMF-nin Qobustan rayon şöbəsi NK-nin Qərarı ilə təsdiq olunmuş Siyahını nəzərə almamış və ona verdikləri 27.03.201-cu il tarixli **********1 saylı məktubda partiya təşkilatı katibi işlədiyi dövrün dövlət qulluğuna aid olmasını nəzərə almayaraq imtina etmişdir. xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilə kimi Qobustan rayon Statistika İdarəsində rəis vəzifəsində işləmişdir. Ümumilikdə onun dövlət qulluğunda iş stajı 12 il 03 ay 20 gün təşkil edir. Ona görə ona pensiya hesablanarkən idarə rəisinin son 24 ayının əmək haqqısı əsasında hesablanmalı, rəis vəzifəsinin icrasına görə əmək haqqına edilən 15% əlavə nəzərə alınmalı, rayon miqyaslı idarə rəisləri 1-ci dərəcəli dövlət qulluqçuları olduğundan pensiyaya çıxdığı xx.xx.2015-ci il tarixdən yaranmış fərq ona ödənilməli idi. Lakin cavabdeh azad partiya komitəsi katibi işlədiyi dövrü dövlət qulluğu kimi qəbul etməkdən imtina etdiyi üçün yuxarıda qeyd etdiyi əlavə pensiya ödənişlərini ala bilmir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla), dövlət qulluğu vəzifəsində azı 15 il qulluq stajı olduqda malikdirlər. İddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajı 15 ildən az təşkil etdiyi üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrin təyin olunması mümkün hesab olunmur. Əlavə olaraq, iddiaçının əmək kitabçasında qeyd edilmiş sovxozda azad partiya komitəsinin katibi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısf’nda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısının 1.3-cü bəndində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin sözügedən siyahıya əsasən uyğunlaşdırılınası üçün əsas şərt kimi onun müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı alması müəyyən edilmişdir. Lakin iş materiallarına iddiaçının qeyd olunan əmək haqqını alması faktını təsdiq edən hər hansı arayış əlavə olunmadığından uyğunlaşdırmanın aparılması mümkün hesab edilmir.Əlavə olaraq, iddiaçının ərizəsində qeyd etdiyi vəzifə səlahiyyətlərinin icrasına görə əmək haqqına 15 faiz əlavə haqqın nəzərə alınması məsələsinə münasibətdə isə qeyd edirik ki, iddiaçı Statistika İdarəsində rəis vəzifəsində xx.xx.1990-xx.xx.1995-ci illərdə işləmişdir. İddiaçının iddia etdiyi hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı işlədiyi dövrdə həmin əlavəni almamış və buna görə sosial sığorta ödəmələri etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə tərəflər sənədlər təqdim etmiş və məhkəmə tərəfindən iddia tələbi araşdırılarkən həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddiaçı iddia tələbində bir neçə müstəqil tələb irəli sürmüşdür: 1) xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi 2) Şamaxı rayonu K.Mark adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması 3) əmək pensiyasının Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15 % nəzərə alınmaqla yenidən hesablanması 4) pensiya miqdarında pensiyaya çıxdığı xx.xx.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərgin birdəfəik ödənilməsi. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddia tələbinin 1-ci hissəsinə dair qeyd olunur ki, iddiaçıya əmək pensiyası hesablanarkən onun xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi vəzifənin müvafiq dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmamışdır. İşə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçası ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin X5 Sənədlər Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 214 saylı arxiv arayışı ilə iddiaçının xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi və əmək haqqı aldığı təsdiq olunur. Qeyd olunan hal cavabdeh tərəfindən də mübahisələndirilmir. İşin mübahisələndirilən halı iddiaçının məhz xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilib-edilməməsi və həmin dövrlərin əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu kimi nəzərə alınması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2015-ci ildə iddiaçıya əmək pensiyası hesablanarkən qeyd edilən dövrlər dövlət qulluğu kimi nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin dövrdə qeyd olunan vəzifənin dövlət qulluğundakı vəzifəyə bərabər tutulmaması qanuni olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı təsdiq edilmişdir. İddiçıya əmək pensiyası hesablanan zaman həmin siyahıda partiya komitələrinin katibi vəzifəsi qeyd olunan siyahıda öz əksini tapmamışdır. Lakin sonradan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində: katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən qeyd olunan vəzifənin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmaması qanuni olsa da, sonradan, yəni 2019-cu ildə iddiaçı cavabdehə müraciət edərkən artıq həmin vəzifə qeyd edilən siyahıda təsbit edildiyindən həmin dövrlər müvafiq dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılaraq iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməli idi. Belə ki, artıq 2019-cu ildə iddiaçı müraciət edərkən yerli partiya komitələrində katib vəzifəsi Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında öz əksini tapmışdır. Lakin məhkəmə hesab edr ki, iddiaçının hüququnun yaranmasına əsas olmuş qanunvericiliyə əlavə xx xxxxx 2017-ci il tarixdən qüvvəyə mindiyinə görə pensiyanın hesablanıb ödənilməsidə həmin tarixdən həyata keçirilməlidir. Çünki, həmin tarixə qədər iddiaçının dövlət qulluqçusu kimi pensiya alması üçün hüquqi əsas olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqanlara qanunvericilikdə müəyyən məsələlərlə bağlı diskresion səlahiyyətlər verilsə də, pensiya təyinatı ilə bağlı məsələlər qanunvericilikdə əsasən imperativ olaraq müəyyən olunur, pensiya təyini və hesablanması qaydası bir qayda olaraq konkret normalarla tənzimlənir. İddiaçının xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi işlədiyi vəzifədə konkret olaraq yuxarıda qeyd edilən siyahı ilə İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd olunanlara əsasən hesab olunur ki, iddiaçı tərəfindən iddia tələbinin 2-ci hissəsidə təmin edilmə və iddiaçının K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyası dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanmalıdır. İddia tələbini 3-cü hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli fərmanı ilə təstiq edilmiş “Siyahı” yalnız əmək pensiyalarının təyin edilməsi üçün vəzifələrin uyğunlaşdırılması ilə əlaqədar olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara verilən aylıq pul ödənişidir. Həmin Qanunun 19 və 20-ci maddələrinə əsasən əmək pensiyasına sığorta hissəsinə və qulluq stajına görə əlavələr nəzərdə tutulur.Qeyd olunan maddələrin tərifindən bəlli olur ki, əmək pensiyası ilə əmək pensiyasına əlavələr fərqli anlayışlardır. Vəzifələrin uyğunlaşdırılması barədə “Siyahının” tərtib edilməsi şəxlərin əmək pensiyası (əlavələr ilə əlaqədar deyil) ilə təmin edilməsi məqsədi daşıyır. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçularının statusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin Qanuna görə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər öz həllini tapır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. İş materiallarına əlavə edilmiş İddiaçı əmək kitabcasının surətindən görünür ki, o xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi və xx xxxx 1990-cı ildən xx.xx.1995-ci ilə kimi Qobustan rayon statistika idarəsinin rəisi işləmişdir. Belə olduğu tədqirdə onun dövlət qulluğunda olan iş stajı 15 il təşkil etmir. Bundan başqa nəzərə alınmalıdır ki, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 776 nömrəsi ilə xx xxxx 2008-ci ildə imzalanmışdır. İddiaçı isə xx.xx.1990-ci ildə dövlət qulluğuna uyğunlaşdırılmasını tələb edən K.Marks adına sovxozda azad partiya komitəsinin katibi vəzifəsindən azad edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 776 saylı xx xxxx 2008-ci il tarixli Fərman imzalandığı vaxt İddiaçı dövlət qulluğuna eyniləşdirilmiş vəzifəsində işləmirdi. Ona görədə hesab olunur ki, tələb edilən 15% əlavələr iddiaçıya şamil oluna bilməz. Ona görədə hesab olunur ki, İddiaçıəmək pensiyasının Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısının və ona əlavə olunan 15 % nəzərə alınmaqla yenidən hesablanmasına zərurət yoxdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddia tələbinin 4-cü hissəsinə dair isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd edilən “uyöunlaşdırma Siyahısına” dəyişiklik qüvvəyə mindiyi tarixdən, yəni xx xxxxx 2017ci ildən iddiaçının işlədiyi vəzifə hazırda mövcud olan müvafiq vəzifəyə uyğunlaşdırılmaqla ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməli və yaranan fərq ona ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx xxxxxxx 1983-cü ildən xx xxxx 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğuna uyğunlaşdırılması, Şamaxı rayonu K.Mark adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, xx xxxxx 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin ona birdəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar