Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-778/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X9 oğlunun katibliyi ilə, İddiaçı vəkili X2, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X5 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 06 avqust 2013-cü il tarixli çıxarışının ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Quba rayonu Aşağı Atuc bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında 0,07 ha torpaq sahəsi almış, bələdiyyə ilə aralarında qanunvericiliyə uyğun olaraq müvafiq sənədləşmə aparılmış və torpaq sahəsi naturada ona təhkim olunmuşdur. Qeyd olunan tarixdən etibarən həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Bir müddət sonra bu torpaq sahəsinin özünün mülkiyyətində olmasını iddia edən cavabdeh torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, Quba rayon Dövlət Notariat Kontorunda 15 mart 2006-cı il tarixli, 4-Ə- 523 nömrəli alqısatqı müqaviləsinə əsasən Quba rayonu Aşağı Atuc kəndi ərazisindən satın aldığı göstərilən 0,12 ha torpaq sahəsi barədə X4 adına JN-571A saylı, kodu 30308018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. Bu şəhadətnamə əsasında X6 daşınmaz əmlakın dövlət reyestrindən Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 06 avqust 2013-cü il tarixli çıxarış almışdır. Halbuki həmin çıxarışı almağa nail olmuş cavabdehin çıxarışda göstərilən torpaq sahəsini kimdən alması məlum deyildir. Belə əsassız əldə olunmuş şəhadətnamə və çıxarış ləğv edilməlidir. Quba rayonu Aşağı Atuc bələdiyyəsinin 22.02.2016-cı il tarixli, 31 saylı arayışdan görünür ki, Quba rayonu, Aşağı Altuc kənd sakini İddiaçı ayrılıb verilən 0,07 ha torpaq sahəsi kəndin perspektivinə uyğundur və bələdiyyə torpağına aiddir. Quba rayonu Aşağı Atuc bələdiyyəsinin 14.06.2019-cu il tarixli, 16 saylı arayışından görünür ki, X4 adına Quba rayonu Aşağı Atuc kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi mövcuddur, lakin həmin torpaq sahəsinə aid şəxsi təsərrüfat kitabında qeydiyyat yoxdur, torpaq sahəsinin verilməsi barədə sənədlərin surətləri öz əksini tapmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, quba rayonu, Aşağı Atuc kəndində 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə X4 adına 06 avqust 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba rayonu, Aşağı Atuc bələdiyyəsinin 05 oktyabr 2005-ci il tarixli, 14 saylı qərarının kserosurətindən görünür ki, Quba rayonu, Aşağı Atuc kənd sakini İddiaçı ev tikmək məqsədi ilə 0,07 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında Quba rayonu, Aşağı Atuc bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqısatqısına dair akt tərtib edilmiş, akt Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində 30 dekabr 2005-ci il tarixdə 1464 nömrə ilə qeydiyyata alınmışdır. JN-571A saylı, kodu 30308018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Quba rayonu, Aşağı Atuc kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi Quba rayon dövlət notariat kontorunun 15 mart 2006-cı il tarixli, 4-Ə-523 saylı alqısatqı müqaviləsi əsasında X4 adına qeydə alınmış, sonradan həmin şəhadətnamə əsasında qeyd edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 06 avqust 2013cü il tarixdə 63 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin Quba rayon dövlət notariat kontorunda 15 mart 2006-cı il tarixdə təsdiq edilərək 4-Ə-523 saylı reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi ümumiyyətlə olmamışdır. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında İddiaçı vəkili X2, iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı Quba rayonu, Aşağı Atuc kəndi ərazisində yerləşən torpaq sahəsinə dair X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06.08.2013-cü il tarixli, RX ******* seriyalı, **********48 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 17.11.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət etmişdir. Müraciətə 19.11.2020-ci il tarixli **********73 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin, Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair vətəndaş X4 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə 17.11.2020-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmişhüqiqların dövlət qeydiyyatı üçün əsas olan hüquq müəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmələr qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Aşağı Atuc kəndində yerləşən X4 adına hazırlanmış 0.12 ha torpaq sahəsinə dair çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkündür. ” X4 adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-571A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5.-Cİ maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bunadan əlavə cavabdeh qeyd edir ki, X4 adına verilmiş 06.08.2013-cü il tarixli, RX ******* seriyalı, **********48 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən torpaq sahəsi “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X6 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X5 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 06 avqust 2013-cü il tarixli çıxarışının ləğv edilməsi”ni xahiş edir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən mübahisələndirilən X4 adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-571A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında hazırlanmışdır. JN-571A, KOD 30308018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 15 mart 2006-cı il tarixli 4-Ə-523 saylı alqı-satqı müqaviləsi əsasında 0.12 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İddiaçı isə ərizəsində RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 06 avqust 2013-cü il tarixli çıxarışının ləğv edilməsi istəsədə, həmin sənədin verilməsinə əsas olmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-571A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”ni mübahisələndirməmiş, bununla bağlı inzibati orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, Quba rayon Dövlət Notariat Kontorunun 15 mart 2006-cı il tarixli 4-Ə-523 saylı alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”
Hazırkı işdə iddiaçı X4 adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışı mübahisələndirsədə, həmin çıxarış DT və XK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-571A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında hazırlanmışdır. İddiaçı ərizəsində qeyd edir ki, Quba rayon Dövlət Notariat Kontorunda 15 mart 2006-cı il tarixli, 4-Ə- 523 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Aşağı Atuc kəndi ərazisindən satın aldığı göstərilən 0,12 ha torpaq sahəsi barədə X4 adına JN-571A saylı, kodu 30308018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. Bu şəhadətnamə əsasında X6 daşınmaz əmlakın dövlət reyestrindən Hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 06 avqust 2013cü il tarixli çıxarış almışdır. Halbuki həmin çıxarışı almağa nail olmuş cavabdehin çıxarışda göstərilən torpaq sahəsini kimdən alması məlum deyildir. Belə əsassız əldə olunmuş şəhadətnamə və çıxarış ləğv edilməlidir. Lakin iddiaçı qeyd edilən X4 adına JN-571A saylı, kodu 30308018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni mübahisələndirməmişdir. Həmin şəhadətnamənin inzibati orqan tərəfindən qanunsuz verildiyi halda isə şəhadətnamənin ləğv edilməsi ilə bağlı inibati orqana müraciət edilməli, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, həmin şəhadətnamə və onun əsasında verilmiş çıxarış inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, X4 adına JN-571A saylı, kodu 30308018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin verilmə əsası bu iddianın uğurluluq əsasını müəyyən edir. Əgər qeydiyyat aparan orqan qanunsuz hərəkətə yol vermişdirsə, inzibati orqanın hrəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Lakin aparılmış alğı-satqı zamanı qanunsuzluğa yol verilmişdirsə, alğı-satqı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər, həmin iddia ilə alğı-satqı əsasında verilmiş mülkiyyət sənədləridə mübahisələndirilə bilər. Lakin bu iddiaların qaldırılmasında uğurluluğun olması üçün ilkin şərt subyektiv hüququn olmasıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, subyektiv hüququnun olduğu halda X4 adına JN-571A saylı, kodu 30308018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin inzibati orqan tərəfindən qanunsuz verildiyini hesab edirsə, inzibati orqana həmin şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğvi ilə bağlı müraciət edə bilər, inzibati imtina vəya hərəkətsizlik edərsə, həmin şəhadətnamə və onun əsasında verilmiş çıxarış inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Lakin aparılmış alğısatqı zamanı qanunsuzluğa yol verilmişdirsə, alğı-satqı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər, həmin iddia ilə alğı-satqı əsasında verilmiş mülkiyyət sənədləridə mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev