Məhkəmə qərarları › İş №2-1(118)-779/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-779/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-779/2021 01.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Xaçmaz rayon, Gödəkli kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddiaçının 2018-ci ilə qədər istifadə etmədiyi veteran kompensasiyasının 1800 manat məbləğdə hesablanaraq onun pensiyasına əlavə olunması vəzifəsinin cavabdehin üzətinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə qarşı iddiaçının 2018-ci ilə qədər istifadə etmədiyi veteran kompensasiyasının 1800 manat məbləğdə hesablanaraq onun pensiyasına əlavə olunması vəzifəsinin cavabdehin üzətinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin 2 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, İ Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. 1993-cü ildə ciddi zədələndiyim üçün tərxis olunaraq müalicəyə göndəriləndən sonra uzun müddət reabilitasiya keçmiş, stasionarda qalmışdır. 2018-ci ildə veteran vəsiqəsi ilə təmin olunmuşdur. Buna qədər dövlət imtiyazlarından və veteranlara verilən kompensasiyadan yararlanmamışdır. DSMF-nun Xaçmaz şöbəsinə ən azı son üç ilin pulunun ödənilməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 04 iyun 2018-ci il tarixdə veteran vəsiqəsi verilmişdir.Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi İddiaçı veteran statusunu aldığı vaxtdan, yəni 04 iyun 2018-ci il tarixdən sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə haqlı olaraq imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 11-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. İddiaçı 29.01.2007-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, İddiaçı əmək pensiyası hüququ olduğundan və 29.01.2007-ci il tarixdən əlilliyə görə əmək pensiyası aldığından onun müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti almaq hüququ istisna edilir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 04.07.2018-ci il tarixli MV 084465 saylı vəsiqədən görünür ki, Aslanov X4 veteranıdır. .-DSMFnin sistemindən çıxarışdan görünür ki, 29.01.2007-ci il tarixdən İddiaçı əmək pensiyası təyin edilmişdir. -DSMF PHŞ-in Xaçmaz rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş **********0 saylı 14.01.2021-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ ci qrup əlilliyə görə Prezident təqaüdü ödənilir. 01.01.2019-cıı il tarixdən müharibə iştirakçılarına ayda 80 manat Prezident təqaüdü təsis olunmuşdur. Lakin iddiaçının müharibə əlili olduğuna görə 80 manat Prezident təqaüdü ona şamil olunmur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya 2007-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, 2018-ci ildə müharivbə veteranı statusunu əldə etmişdir və bundan sonra son üç il üçün müharibə veteranları üçün təyin edilmiş müavinətin ödənilməsi xshişi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçının əlilliyə görə əmək pensiyası alması ilə bağlı ona imtina cavabı vermişdir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər təyin edilirdi, o cümlədən əvvəlki üç il üçün ödəmələrin aparılması təmin edilirdi. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyasl hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanl tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu lmaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Məhkəmə hesab edir ki, İddiaçı əmək pensiyası hüququ olduğundan və 29.01.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası aldığından onun mülaribə veteramları üçün nəzərdə tutulmuş sosial müavinətləri almaq barədə iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar