Məhkəmə qərarları › İş №2-1(118)-78/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-78/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-78/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı Şıxəli oğlunun (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 4də yaşayan) iştirakı ilə, İddiaçı Şıxəli oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Bakı-Rostov avtomagistralının Tağıyev qəsəbəsi ünvanından keçən hissəsində ümumi sahəsi 600 kv m olan 264 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Şıxəli oğlu cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Bakı-Rostov avtomagistralının Tağıyev qəsəbəsi ünvanından keçən hissəsində ümumi sahəsi 600 kv m olan 264 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09.07.1973-cü ildən 16.12.2011-ci ilə qədər N saylı hərbi hissədə xidmətdə olmuşdur. 28.02.1989-cu ildə 2”-li Trestin “Çinar” Bağçılıq Yoldaşlığı tərəfindən ona Sumqayıt şəhəri, Bakı-Rostov avtomagistralının Tağıyev qəsəbəsi ünvanından keçən hissəsində ümumi sahəsi 600 kv m olan 264 saylı bağ torpaq sahəsi verilmişdir. Bunu 264 saylı “Bağçılıq üzvlük kitabçası”, sxematik plandan çıxarış və protokoldan çıxarış təsdiq edir. İddiaçı 264 saylı bağ sahəsini özəlləşdirmək üçün sənədlərini DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Cavabdeh özünün 27 avqust 2019-cu il tarixli, **********16 saylı məktubu ilə onun müraciətini təmin etməyərək həmin bağ sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Beləki, cavabdehin qeyd etdiyi X6 özünə məxsus bağ torpaq sahəsində fərdi ev tikərək bir neçə ildir ki, orada yaşayır. H.Mirzəyeva vəfat etmişdir, ona məxsus bağ torpaq sahəsi tamamilə başqa sahədir və onun torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın narmatura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdırmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdıırlarkən torpaq sahəsinin "Çinar" Bağçılıq X10 protokolundan çıxarışla X5 adına rəsmiləşdirimiş torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan : - -“Çinar” Bağçılıq yoldaşlığı üzvlərinin və idarə heyətinin protokolundan çıxaırşdan görünür ki, X11 “Çinar bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir (bağ № 264 sahəsi 600 kv.m) - -Sumqayıt şəhəri “Yaşma” ərazisində “Çinar kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 264 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarışdan görünür ki, həmin plandan çıxarış X8 ayrılmış 264 nömrəli bağ sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” Bağçılıq-Yoldaşlıq Cəmiyyətinə aid 249 saylı bağ torpaq sahəsi ilkin olaraq Sumqayıt şəhər XDS İK-nin 02.08.1988-ci il tatrixli 16 saylı qərarı və “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 02.09.1988-ci il tarixli 01 saylı Protokoluna əsasən X2 adına qeydə alınmışdır. Daha sonra 10.08.2013-cü il tarixdə Sumqayıt şəhər notariusu Cəmaləddin Rüstəmov tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə cavab olaraq onun iddia etdiyi əraziyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə cavabdeh tərəfindən müraciətin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatarını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, bağçılıq cəmiyyəti üzvlərinin 28 fevral 1989-cu il tarixli protokoluna əsasən İddiaçı Şıxəli oğlu bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Sumqayıt şəhəri, Bakı-Rostov avtomagistralının Tağıyev qəsəbəsi ünvanından keçən hissədə ümumi sahəsi 600 kv m olan 264 saylı bağ sahəsi daimi istifadəyə ayrılmış və bu barədə iddiaçıya 264 saylı üzvlük kitabçası verilmişdir. Hazırda iddiaçı həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh hüquqların qeydə alınmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlər ekspertiza edilərkən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri, bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin adlı siyahısının idarəyə təhvil verilməmişdir. Bu səbəbdən Yaşma bağlar ərazisində yerləşən bağ torpaq sahələri üzrənidə hüququların qeydiyyatı prosesi arxiv məlumatlarının ərazi idarəsinə təkvil verilənədək dayandırılmışdır. İddia ərizəsinə etirazında isə cavabdeh qeyd etmişdir ki, iddiaçının 31 iyul 2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, mütəxəssislər tərəfindən torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsinin “Çinar” X1 protokolundan çıxarışla X4 adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ona imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilən Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, qanuna əsasən, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas kimi çıxış edir. Lakin mübahisəli torpaq sahəsinin hüquqi cəhətdən yüklü olması həmin torpaq sahəsi üzərində başqa şəxsin, yəni iddiaçının hüquqlarının qeydə alınmasını mümkünsüz edir. Bununla bağlı mıəhkəmə hesab edir ki, iddiaçı H.Mirzəyevanın hüquqlarının qeydə alınması üçün əsas olmuş sənədləri, o cümlədən torpa sahəsinin plan və ölçü sənədini mübahisələndirilməsinə dair iddia qaldırmalı, daha sonra həmin mübahisənin nəticəsindən asılı olaraq iddiaçı inzibati orqana müraciət etməli və daha sonra cavabdeh onun müraciətini təmin etməkdən imtina etdiyi halda inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar