Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-780/2022 03.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı X1 ünvan 3 evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 ünvan 3 evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, X8 küçəsi 50 saylı ünvanda yerləşən ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sözügedən mənzilə görə xx.xx.2013-cü ildə ona DODRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən RX seriyalı № ******* saylı çıxarış verilmişdir. Həmin evdə iddiaçının oğlu X2 qeyri-rəsmi nikaha girdiyi X5 pasport qeydiyyatındadır. X1 qeydiyyatı formal xarakter daşıyır, iddiaçının mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur və əlavə xərclər çəkilməsinə səbəb olur. X1 qeydiyyatı formal xarakter daşıyır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1150/2021 saylı qərardadı ilə V.Mahudovanın həmin evdən istifadə hüququnun mövcud olmaması müəyyən edilmişdir. İddiaçı mülkiyyətçi kimi V.Mahmudovanm istifadəsinə yazılı razılıq verməmiş, o, yalnız mübahisəli evdə qeydiyyatda olmuşdur. Qeyd edilənlərə əsasən o, X1 evdən qeydiyyatdan çıxarılması xahişi ilə Şamaxı rayon Polis İdarəsinə müraciət etmiş, Şamaxı rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. Tərəflər və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs V.Mahmudova məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, qaynanası İddiaçı ona qarşı iddia qaldıraraq gəlin köçdüyü və azyaşlı övladı ilə qeydiyyatda olduğu Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 50-dən qeydiyyatdan çıxarılmasını tələb etmişdir. O, iddianı qəbul etmir. Belə ki, həmin evdə 2011-ci ildən yaşayır və bu evdən başqa yaşayış yeri yoxdur. Aralarında münaqişə yarandığına görə iddiaçı evdən qeydiyyatdan çıxarılmağını tələb edir. İddiaçı onu və övladını evdən zorla çıxarıb qardaşıgilə qovmuşdur. Həmin evdə onun cehiz əşyaları vardır. Eləcə də İddiaçı ona pul borcludur. İddiaçı evdə cehiz əmlakının olmasını və borclu olmasını danır, onu qeydiyyatdan çıxarmaqla əmlakını və pulunmu mənimsəmək istəyir. Bununla bağlı üçüncü şəxs iddanın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan : - -RX ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, X8 küçəsi , ev 50 İddiaçı xüsusi mülkiyyətindədir. -Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarilxi qərardadından görünür ki, ididaçı İddiaçı cavabdeh X3 qarşı evdə yaşayış hüququnun itirilmiş hesab olunması və evdən qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-3999-1222 saylı məktubundan görünür ki, xx.xx.1982-ci il təvəlüdlü X5 xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Şamaxı rayon Polis Şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 İddiaçı mülkiyyətində olan ünvan 3 evdən qeydiyyatından çıxarılması öhdəliyii cavabdeh Şamaxı rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 İddiaçı mülkiyyətində olan ünvan 3 evdən qeydiyyatından çıxarılması öhdəliyii cavabdeh Şamaxı rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-780/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-780/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver