Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-782/2020 31.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, Cavabdehin nümayəndə və vəkili X3 iştrakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt şəhər Poliklinikasına qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt şəhər Poliklinikasına qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X2 xx xxxxxx 2019–cu il tarixdə Gəncə şəhərində dünyasını dəyişmişdir. Gəncə şəhər TTTYS–sı hadisə yerinə gəlmiş və ölüm səbəbi olaraq “ani ölüm“ diaqnozu qoyulmuşdur. Bu barədə Gəncə şəhər TTTYSsının baş həkimi tərəfindən arayış verilmişdir. Mərhum dünyasım dəyişənə qədər ünvan 1 daimi qeydiyyatda olmuş və həmin ünvanda da yaşamışdır. xx.xx.2019-cu il tarixdə həmin arayış əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kolleqiyasının xx xxxxxx 2018–ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 4.3-cü bəndini rəhbər tutaraq rəhmətlik atasının ölüm tarixinə qədər daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə ambulator səhiyyə müəssəsi olaraq aidiyyatı üzrə cavabdeh 1 saylı Sumqayıt şəhər Poliklinikasma VVAQadan ölüm haqqında şəhadətnamə almaqdan ötrü AZS Forma–106-nın, yəni ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün tərəfindən müraciət edilmişdir. Lakin müraciəti üzrə Poliklinika tərəfindən həmin sənədin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. İmtinanın əsası kimi ondan həmin sənədin verilməsi üçün müxtəlif bəhanələr, o cümlədən atasının dünyasnı dəyişməsi ilə əlaqədar cinayət işini olub-olmaması barədə Gəncə şəhər və ya Respublika Prokurorluğundan arayış təqdim edilməsi tələb olunmuşdur. O, isə bu kimi tələblərə müraciət etdiyi inzibati orqan özü sorğu əsasında müəyyən edə bilər, onun sərəncamında olmadığından ondan tələb edilə bilməz şəklində etiraz etsə də cavabdeh inzibati orqan tərəfindən bu etirazı qəbul edilmədi və “İnzibati icraat haqqında” Qanununun tələblərinə müvafiq qaydada müraciəti üzrə heç bir inzibati araşdırma aparmadan müraciətindən sonrakı gün ona imtina məktubu təqdim edildi. Beləliklə iddiaçı Poliklinikanın məlum imtinasından sonra pozulmuş hüquqlarının müdafiəsi üçün Sumqayıt İnzibati-İqtisad məhkəməsinə müraciət etmiş və bir il davam edən məhkəmə çəkişmələrindən sonra cavabdeh tibbi müəssisəsi tərəfindən müvafıq sənəd ona yalnız 2019–cu il dekabr ayının sonlarında verilmişdir. Bundan sonra da iddiasının baxılmasını tələb etsə də məhkəmədə ona izah olundu ki, bu cür vəziyyətdə mənəvi təzminatın ödənilməsi barədə ayrıca cavabdehə müraciət olunmalı və əgər imtina və ya hərəkətsizlik olarsa inzibati icraat qaydasında ınübahisələndiımək mümkündür. Beləliklə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiası həmin hissədə mükün sayılmamışdır. Onu da qeyd etdi ki, cavabdeh müəssisə həmin sənədi ilin sonunda Gəncə şəhər Prokurorluğundan atasının ölümü ilə əlaqədar cinayət işinin olmadığı barədə məlumat məhkəməyə daxil olduqdan sonra ona təqdim etməyə məcbur oldu. Halbuki, "İnzibati İcraat Haqqında" Qanunun 32.2-1-ci madəsinə əsasən ondan o cür tələb edilə bilməzdi. Həmin normada da açıq-aydın qeyd olunur ki, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icaat üçün zəruri olan və digər inzibati orqanın (burada Gəncə şəhər prokurorluğu və ya Respublika Prokurorluğu başa düşülə bilər) sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi inzibati icraat haqqında qanunvericiliyin tələbi uzun müddət kobud sürətdə pozmuş cavabdeh onun və ailəsinin bu müddət ərzində inzibati orqana olan etimad hüququ tamamilə heçə sayaraq psixoloji gərginlik, sarsıntı və stress ilə müraciət olunan mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən o qeyd edilən məsələ ilə əlaqədar inzibati orqanın qanunsuz hərəkətsizliyi nəticəsində məruz qaldığı mənəvi zərərin kompensasiya edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciə etdim. Ərizəmdə cavabdehdən mənə vurduğu mənəvi zərərə görə 10.000 manat komepnsasiya ödənişinin edilməsi tələb olunmuşdu. Vətəndaşların müraciətlərinə baxılması və inzibati icraat haqqında qanunvericiliyin də tələblərini nəzərə alaraq indyədək 30 gündən artıqdır ki, cavabdehdən həmin ərizmə dair heç bir məlumat və ya rəsmi cavab almamışdır. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın qanunsuz və əsassız hərəkətsizliyi nəticəsində ona vurulmuş mənəvi zərər görə kompensasiya ödənilməlidir: Belə ki, Poliklinika tərəfindən sözügedən sənəd vaxtında, heç bir süründürməçiliyə yol verilmədən dərhal verilsəydi, həmin sənəd əsasında yerli VVAQ İdarəsindən ölüm haqqında şəhadətnaməni qısa müddətdə əldə etdikdən sonra sosial müavinətlər haqqında qanunvericiliyə uyğun olaraq dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanın yerli şöbəsinə müraciət edib nəzərdə tutulan məbləği vaxtında ala bilərdi. Belə ki, dövlət tərəfindən rəhmətə gedən üçün nəzərdə tutulmuş qeyd olunan vəsaiti vaxtında alsaydı ailəsi adından həmin pulu rəhmətlik atasının dini adətlərimizə uyğun olaraq üç və yeddi mərasimlərinin təşkilində və ya artıq ailəsi tərəfindən borc pul ilə çəkilmiş dəfn xərclərini yaxud da qırx mərasiminə qədər qəbir üstü abidəsinin hazırlanmasında maddi və mənəvi sıxıntılar çəkmədən istifadə edə bilərdi. Nəticə etibarı ilə 2019-cu il boyunca bir il müddətində Poliklinika tərəfindən əsassız süründürməçiliyə, bürokratik əngəllərə məruz qalmağım atamın dünyasını dəyişməsindən sonra yaşadığımız acını, sarsıntını, sözlə ifadə edilməyən ağır psixoloji vəziyyətimizi daha da ağırlaşdırmış, o və onun timsalımda bütün ailə üzvləri üçün əlavə iztirab, sarsıntı və mənəvi ziyanın vurulmasına səbəb olmuşdur. Bir daha vurğulayır ki, atasının ölümü ərəfəsində ailədə ciddi maddi sıxıntılar yaşandığından dövlətin nəzərdə tutduğu dəfn üçün birdəfəlik pul müavinətini ən qısa zamanda müvafıq sənədlərlə əldə ediləcəyinə arxayın olaraq dəfn, yas və digər mərasimlər, həmçinin qəbirüstü abidənin hazırlanması dost və qohumlarından aldığı borc pul ilə qarşılanmışdır. Lakin Poliklinika həmin sənədi yalnız bir ildən sonra verdiyinə görə o da aldığı borcları gec qaytarmaq məcburiyyətində qalaraq mənəvi sıxıntılar yaşamalı olmuşdur. Eyni zamanda hər dəfə məhkəmə proseslərinə gəlmək üçün iş yerimdən icazə alarkən sərf etdiyi zaman və keçirdiyi əsəb gərginliyi, dövlət qurumunun heç bir araşdırma aparmadan laqeyidliyi və qeyri-peşəkarlığı nəticəsində yaşadıqları aşkar məsələdir ki, ona “zövq” deyil, mənəvi iztirab və sarsıntılar formasında ziyan vurmuşdur. Hesab edir ki, bununla da inzibati orqan olan Poliklinikanın uzunmüddətli hərəkətsizliyi nəticəsində vurulmuş mənəvi sarsıntı və iztirabın əvəzi olaraq rəhbərlik etdiyi tibb müəssisəsi tərəfindən ona kompensasiya ödənilməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmışdır. Cavabdeh 1 saylı Sumqayıt şəhər Poliklinikası iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq olunmuş inzibati orqanların təsnifatına əsasən, poliklinikalar inzibati orqan kimi göstərilmədiyi üçün iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndə və vəkili X6 eyni məzmunlu izahat verərək, iddianın mümükün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarında Səhiyyə Nazirliyinin nəznində olan poliklinikalar inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla tənzimlənmir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Sumqayıt şəhər 1 saylı Poliklinikasının hərəkət və ya hərəkətsizliyi inzibati akt mahiyyətində deyil, ünvanlandlığı şəxslər üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından Poliklinikalara qarşı irəli sürülən iddalara inzibati deyil mülki mühakimə qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçının Sumqayıt şəhər 1 saylı Poliklinikasına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35, 62 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-782/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-782/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver