Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-783/2020 31.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “07.08.2009-cu il tarixdən 05.12.2004-cü il təvəllüdlü oğlu X4 ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: ` İddiaçının mərhum həyat yoldaşı X7 07.08.2009-cu il tarixində vəfat etmişdir. O, mərhum həyat yoldaşı ilə 23.06.2003-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 05.12.2004-cü il təvəllüdlü X8 adlı bir övladları olmuşdur. Həyat yoldaşı vəfat edərkən övladıın 5 yaşı olmuşdur.Cavabdeh təşkilat imtina məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən "Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və ya əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin başçısı itirməyə görə əmək pensiyası hüququ vardır."Əmək pensiyaları haqqında" Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.Həmçinin imtina məktubunda göstərilir ki, həyat yoldaşı xx.xx.1972-ci il təvəllüdlüdür.Bildirdi ki, həyat yoldaşı 24.06.1969-cu ildə anadan olmuşdur. Həqiqi hərbi xidmətdən sonra əmək fəaliyyətinə 01.06.1990-cu il tarixdən başlamış və ölən gününə qədər fasiləsiz işləmişdir. Belə olan halda imtina məktubu qanunsuz və əsassızdır. Övladının pensiya hüququ kobud şəkildə pozulmuşdur.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi vətəndaşın 29.01.2020-ci il tarixli İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəsinə əsasən bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaşın şöbəyə təqdim etdiyi mərhum həyat yoldaşının əmək kitabçasının surətindən görünür ki, mərhum həyat yoldaşı X5 24.07.1969-cı il təvəllüdlüdür, ABİ-ə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 8 il 4 ay sığorta stajına qarşı 1 il 5 ay sığorta stajı olması səbəbindən, vətəndaşın himayəsində olan övladına əmək pensiyasının təyin edilməsi qanuna ziddir. X1 əmək kitabçasında qeyd olunan 01.06.1990-cı ildən 01.01.2006-cı ilədək sığorta stajının arxiv sənədləri olmaması səbəbindən qeyd olunan illərin sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DSMF-nun Sumqayıt şəhər şöbəsinin 20.02.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubu və 31.05.2020-ci il tarixli, **********1 nömrəli etiraz ərizəsi, İddiaçının həyat yoldaşına məxsus ИТ- № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, ailə tərkibi haqqında arayış, nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, iddiaçının övladı X4 aid şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 20.02.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının həyat yoldaşnın tələb olunan sosial sığorta stajının az olması səbəbindən ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarıına uyğun olaraq təmsil olunurlar.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.Hesab olunur ki, qeyd olunan normanın tələbləri baxımından 05.12.2004-cü il təvəllüdlü X3 məhkəmədə qanuni mənafeyinin müdafiəsinin anası İddiaçı Hükmulla qızı tərəfindən həyata keçirilməsi qanuna uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarıvə.s. Həmin qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olamamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı 23.06.2003-cü il tarixində X7 ilə rəsmi nikaha daxil olmuşdur. Az-İ № 417290 qeydiyyat nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X7 07.08.2009-cu il tarixində vəfat etmişdir. Az-İİ № 685617 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05.12.2004-cü il təvəllüdlü X3 atası X7, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş iddiaçının həyat yoldaşına məxsus ИТ- № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 01.06.1990-cı il tarixindən vəfat etdiyi 07.08.2009-cu il tarixinə kimi ümumilikdə 13 ildən çox sosial sığorta stajı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə X7 əmək stajı 13 ildən çox təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 8 il 4 aydan az olamamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduğu üçün, hesab olunur ki, iddiaçının 05.12.2004-cü il təvəllüdlü oğlu X4 ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Həmçinin məhkəmə onu zəruri hesab edir ki, iddiaçının həyat yoldaşı X7 vəfat etdiyi 07.08.2009-cu il tarixindən övladına ailə başçısını itirdiyinə görə əmək pensiya təyin edilməsini tələb etməsinə baxmayaraq, ona həmin tarixlərdən deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçı övladına pensiya təyin edilməsi üçün müraciət etdiyi 11.02.2020-ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçının övladına pensiya təyin edilməsi üçün müraciət etdiyi 11.02.2020-ci tarixdən 3 il əvvəlki tarixdən, yəni 11.02.2017-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilərək ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilərək iddiaçının övladına pensiya təyin edilməsi üçün müraciət etdiyi 11.02.2020-ci il tarixdən 3 il əvvəlki tarixdən, yəni 11.02.2017-ci il tarixdən 05.12.2004-cü il təvəllüdlü oğlu X4 ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. 11.02.2017-ci il tarixdən 05.12.2004-cü il təvəllüdlü oğlu X4 ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-783/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-783/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver