Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-783/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “xx.xx.2021-ci il tarixdən tibbi göndərişə imtina edilməsinin ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iddia qaldıraraq “xx.xx.2021-ci il tarixdən tibbi göndərişə imtina edilməsinin ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixində anadan . olmuşdur. İki il Sovet Ordusunda, 1993-cü 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2011-ci ildən 2-ci qrup əlildir və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir”, qanununa müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilsin. Lakin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir,” qanununa müvafiq olaraq ona qanunsuz olaraq əlillik təyin edilməsindən imtina etmişdir. 2021-ci ilin mart ayınadək hərbi qulluqçuları pensiya ilə təmin edilmişdir, əsassız olaraq pensiyası dayandırılmışdır. Belə ki, iddiaçıya qarşı bu çox haqsız mövqedir, çünki iddiaçı 2011-ci ildən əlildir və xx.xx.2021-ci il ilə kimi pensiya ilə təmin olunmuşdur. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi ona xx.xx.2011-ci ildən etibarən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olmasını, yəni xx.xx.2021-ci ildə 10 ilin tamam olmasını nəzərə almalı və 2-ci qrup müddətsiz əlil olmağını təsdiq etməlidir. Çünki, iddiaçı “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir”, qanununa müvafiq olaraq 10 il fasiləsiz olaraq əlil olmuşdur. İddiaçı xx.xx.2011-ci ildən 2-ci qrup əlildir və hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən tibbi göndərişə imtina edilməsi ləğv edilməli və Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz təyin edilməsi məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu ıl tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S69 - Bilək və əlin digər və dəqiqləşdirilməmiş travmaları -> S69.9...; Diaqnozun mətni: Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət ,sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət ,sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.2 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sağ ağ ciyərin infiltrativ vərəmi dağılması sola səpələnmə mərhələsində VMB(-) mənfi .Sağ çiynin dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət ,sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi.; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişii fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 31,03.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.2 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sağ ağ ciyərin infiltrativ vərəmi dağılma və səpələnmə mərhələsində VMB(-)mənfi.Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət ,sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi.; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişii fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm -> A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.2 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sağ ağ ciyərin infiltrativ vərəmi dağılma və səpələnmə mərhələsində VMB(-)mənfi.Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət ,sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi.Tutma funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişii fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.2 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sağ ağ ciyərin infiltrativ vərəmi dağılma və səpələnmə mərhələsində VMB(-)mənfi.Sağ çiyni dəlib keçən qəlpə yaralanmasından sonrakı vəziyyət ,sağ çiynin qurşağının zədələnməsi sağ əlin parezi.Tutma funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişii fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sağ ağciyərin infiltrativ vərəmi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə xəstənin stasionar müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı var.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə xəstənin stasionar müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə imtina verilsədə, o, 2022-ci ilin oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin oktyabr ayında, yəni təxminən 19 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-İn 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, eitrazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, hazırki iddia tələbi əlillik təyinatından imtina qərarından şikayətlə bağlı olduğu üçün mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericilyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək 19 ay sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin müddət ərzində iddiaçının xəstəliyinin ağırlıq dərəcəsi dəyişə bilər. Məhkəmə hesab edir ki, bu qədər müddətdən sonra məhkəmədə iddia qaldırılması hüquqi müəyyənlik prinsipi ilədə ziddiyət təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, qanunvericiliyə uyğun şəkildə yenidən əllilik təyinatı ilə müvafiq müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-783/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-783/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver