Məhkəmə qərarları › İş №2-1(118)-784/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-784/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-784/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivi ünvanında yerləşən, yaşayış sahəsi 84 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət 18 saylı evə və sahəsi 0.12 ha torpaq sahəsinə dair iddiaçının hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Ağayeva X11 rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivi ünvanında yerləşən, yaşayış sahəsi 84 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət 18 saylı evə və sahəsi 0.12 ha torpaq sahəsinə dair iddiaçının hüquqlarının qeydə alınması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 15 yanvar 2002-ci il tarixdə Məhəmmədli kənd Bələdiyyə Şurasının 08 saylı qərarı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 18 saylı həyətyanı torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında verilmişdir. Faktiki olaraq o həmin torpaq sahəsinin və onun üzərində tikilmiş 3 otaqlı evin mülkiyyətçisi kimi çıxış edir. Ətrafında yaşayan qonşular da, iddiaçını mülkiyyətçi kimi qəbul edirlər. Bu torpaq sahəsi iddiaçının istifadəsində və mülkiyyətində olmaqla iddiaçı və ailəsi burada yaşamaqla ümumi təsərrüfatlarını bu günə kimi həyata keçirirlər. İddiaçıya 22.04.2002-ci il tarixdə, 24171 nömrə ilə reyestr kitabında yazılmış, 46 nömrəli inventar işi kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi də verilmişdir. “Torpaq islahatı Haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyəıı olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı Haqqında” Qanuna müvafiq olaraq torpaq üzərində mülkiyyət hüququmun qeydə alınması üçün ilkin olaraq Sumqayıt Bələdiyyəsinə müraciət edib həmin torpaq sahəsinə dair müvafiq sənədi aldıqdan sonra növbəti mərhələ olaraq qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə birlikdə, iddiaçıya verilmiş Qeydiyyat vəsiqəsini və sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etmişdir. DƏDRX-dən bağ torpaq sahəsinə dair həm 3 otaqlı evə, həm də torpaq sahəsinə yeni Çıxarışın verilməsini xahiş etmişdir. Həmin İdarənin 24.09.2020-ci il tarixli, **********66 saylı cavab məktubunda bildirilmişdir ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, alqı- satqı aktının, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyini ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir, iddiaçının adına sənədləşmə qanuna uyğun qaydada həyat keçirilməmişdir. Bundan başqa, fərdi yaşayış evə dair texniki pasportda 1 saylı otaq göstərilsə də, baxış keçirilmiş ərazidə aşkar edilməmişdir. Bu səbəbdən “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinad edərək, ərizənin icrasından imtina edilmişdir. İnzibati orqanın rədd cavabının əsası həmin hüquqların qeydə alınmaması ilə bağlıdır. Lakin yuxarıda sadaladığı qanunlara əsasən inzibati orqan iddiaçının hüquqlarını qeydiyyatdan keçirməli idi. İnzibati orqan formal mülahizələrə əsasən iddiaçıya rədd cavabı vermişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi Kürdəxanı qəsəbə sakini X6 1989-cu ildə ayrılmışdır. 2002-ci ildə torpaq sahəsini həmin şəxsdən almışlar. 15 yanvar 2002-ci il tarixdə Məhəmmədli kənd Bələdiyyə Şurasının 08 saylı qərarı əsasında onlara mülkiyyət sənədi verilmişdir. X4 onlara qarşı hər hansı bir tələbi yoxdur.Torpaq sahəsindən maneəsiz istifadə edirlər. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin cavabdeh tərəfindən araşdırılması zamanı, Abşeron rayon X1 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı verilmiş 24171 reyestr və 46 inventar nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş qərarın arxiv əsaslarında saxlanılan Məmmədli Bələdiyyəsi tərəfindən sonuncuya 0.12 ha torpaq sahəsinin 15 yanvar 2002-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı adına rəsmiləşdirilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yasayış evinə dair Abşeron rayon X1 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı verilmiş 24171 reyestr və 46 inventar nömrəli texniki pasportda 1 saylı otaq göstərilsə də, baxış keçirilmiş ərazidə aşkar edilməmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edirlər ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt" çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111 -ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivində ev № 18- yaşayış sahəsi 84,0 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Məhəmmədli kənd Bələdiyyə Şurasının 08 №li qərarı əsasında 15 yanvar 2002-ci ildə qeydə alınmışdır. X3 15 yanvar 2002-ci il tarixli 8 №li Sərəncamında qeyd olunur ki, Kürdəxanı qəsəbə sakini X7 Məhəmmədi südçülük sovxozunun 09 noyabr 1989-cu il tarixli 31 №-li əmri ilə 0,12 hektar torpaq sahəsi verilmişdir, X10 ərizə verərək həmin torpaq sahəsini onun adından çıxarılıb, qohumu X8 adına keçirilməsini xahiş etmişdir. X5 ərizəsi nəzərə alınaraq X5 adına olan 0,12 hektar torpaq sahəsinin onun adından çıxarılaraq həmin torpaq sahəsinin qohumu X8 adına keçirilməsinə dair sərəncam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı iddiasını onunla əsaslandırır ki, 15 yanvar 2002-ci il tarixdə Məhəmmədli kənd Bələdiyyə Şurasının 08 saylı qərarı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 18 saylı həyətyanı torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında verilmişdir. Faktiki olaraq o həmin torpaq sahəsinin və onun üzərində tikilmiş 3 otaqlı evin mülkiyyətçisi kimi çıxış edir. Ətrafında yaşayan qonşular da, iddiaçını mülkiyyətçi kimi qəbul edirlər. Bu torpaq sahəsi iddiaçının istifadəsində və mülkiyyətində olmaqla iddiaçı və ailəsi burada yaşamaqla ümumi təsərrüfatlarını bu günə kimi həyata keçirirlər. İddiaçıya 22.04.2002-ci il tarixdə, 24171 nömrə ilə reyestr kitabında yazılmış, 46 nömrəli inventar işi kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi də verilmişdir. Hazırda iddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivi ünvanında yerləşən, yaşayış sahəsi 84 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət 18 saylı evə və sahəsi 0.12 ha torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasını istəyir. Məhkəmə hesab edir ki, Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivində ev № 18- yaşayış sahəsi 84,0 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Məhəmmədli kənd Bələdiyyə Şurasının 08 №li qərarı əsasında 15 yanvar 2002-ci ildə qeydə alındığına görə həmin 3 otaqdan ibarət ev üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Qeyd edilən sənəd hazırda qüvvədə olan qanunvericilyə əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunur. Lakin iddiaçıya məxsus həmin evin texniki pasportunda qeyd edilən 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün isə hüquqi əsas mövcud deyil. Cavabdeh inzibati orqanın imtina edərək göstərir ki, araşdırma zamanı Abşeron rayon X1 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı verilmiş 24171 reyestr və 46 inventar nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş qərarın arxiv əsaslarında saxlanılan Məmmədli Bələdiyyəsi tərəfindən sonuncuya 0.12 ha torpaq sahəsinin 15 yanvar 2002-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin bələdiyyə tərəfindən İddiaçı adına rəsmiləşdirilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin plan (çizgisini )təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus evin texniki posportunda torpaq sahəsi ilə bağlı məlumat vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin sıyahısına əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Göründüyq kimi Siyahıda üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş evinin texniki pasportu isə 2002-ci il tarixində tərtib edilmişdir. Bu isə yuxarıda qeyd edilən əsalada torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydi əsasını istisna edir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır, iddiaçının hazırda seçdiyi hüquq müdafiə vasitəsi əsaslı hesab oluna bilməz. Lakin məhkəmə bir neçə məqama münasibət bildirməyi vacib hesab edir. İddiaçı tərəfin izahatından və iş materialarından görsənir ki, iddiaçı 2002-ci il tarixdən Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivində ev № 18- yaşayış sahəsi 84,0 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət yaşayış evinə mülkiyyət hüququ əsasında sahiblik edir və ondan istifadə edir. Onun bu hüququ dövlət tərəfindən tanınmış hüquqdur. İddiaçı eyni zamanda həmin evin yerləşdiyi 0,12 hektar torpaq sahəsindəndə istifadə edir. X3 15 yanvar 2002-ci il tarixli 8 №li Sərəncamında qeyd olunur ki, Kürdəxanı qəsəbə sakini X7 Məhəmmədi südçülük sovxozunun 09 noyabr 1989-cu il tarixli 31 №-li əmri ilə 0,12 hektar torpaq sahəsi verilmişdir, X10 ərizə verərək həmin torpaq sahəsini onun adından çıxarılıb, qohumu X8 adına keçirilməsini xahiş etmişdir. X5 ərizəsi nəzərə alınaraq X5 adına olan 0,12 hektar torpaq sahəsinin onun adından çıxarılaraq həmin torpaq sahəsinin qohumu X8 adına keçirilməsinə dair sərəncam verilmişdir. Halbu ki, həmin dövrdə torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanlar olsada, bunlardan düzgün istifadə edilməmiş, hazırda isə təqdim edilən sənədlər torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün kifayət etmir. İddiaçıya izah olunsun ki, Abşeron rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Təzə yaşayış massivində ev № 18- yaşayış sahəsi 84,0 kv.m, köməkçi sahəsi 53.2 kv.m olan 3 otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ ilə ona məxsus olduğu üçün həmin evin dövlət reystrində hazırda qüvvədə olan qanunvericiliyə uyğun yenidən qeydə alınmasını cavabdeh inzibati orqandan tələb edə bilər. 0,12 hektar torpaq sahəsi ilə bağlı isə qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar