Məhkəmə qərarları › İş №2-1(118)-785/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-785/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-785/2024 01.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2009-cu il təvəllüdlü X1 xx.xx.2009-cu il tarixli 1527 saylı doğum haqqında akt qeydində ata qrafasında göstərilən məlumatların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 xx.xx.2009-cu il tarixli 1527 sylı doğum haqqında akt qeydində ata qrafasında göstərilən məlumatların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 qanuni nümayəndəsi X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Əhmədli (Məmmədova) Nərgiz Cahangir qızı arasında bağlanmış nikah Moskva şəhəri Savelovski rayon məhkəməsinin qətnaməsinə əsasən 30 avqust 2002-ci il tarixdə pozulmuşdur. Elə həmin dövrdən X4 Azərbaycan Respublikasına qayıtmış və iddiaçı onunla görüşməmişdir. 2022-ci ilin sentyabr ayında iddiaçı ölkəyə müvəqqəti gəldiyi zaman müxtəlif sənədlərinin bərpası ilə əlaqədar ASAN xidmət mərkəzinə müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, xx.xx.2009-cu il tarixli doğum haqda akt qeydində X5 ata qrafasında iddiaçının adı qeyd edilmişdir. İddiaçı 2002-ci ildən X5 anası X6 görməmiş və heç bir halda ümumi övladları ola bilməz. Bu yanlışlığın aradan qaldırılması üçün tərəfindən doğum haqda akt qeydini aparan Cavabdehnə müraciət etmişdir. Cavabdeh 17 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə yanlışlığın düzəldilməsindən imtina edilmişdir. Halbuki, ata qrafasında şəxsin adının yazılması üçün mütləq qaydada ya qüvvədə olan nigah şəhadətnaməsi və yaxud razılıq ərizəsi olmalıdır. Lakin hazırki halda bunların heç biri olmamışdır. Bu isə cavabdeh təşkilatın əməkdaşlarının vəzifə saxtakarlığı edərək, iddiaçıya aid olmayan uşağın ata qrafasında adını yazmaqlarına birbaşa sübutdur. Hesab edir ki, məhkəmə qərarı ilə doğum haqda akt qeydində müvafiq düzəliş edilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, doğum haqqında akt qeydində ata haqqında qeydin əsası xx.xx.2001-ci il tarixdə 1207 nömrə ilə Moskva şəhəri Dmitrovsk VVAQ şöbəsində qeydə alınmış nikah haqqında akt qeydi göstərilmişdir. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində axtarış aparılarkən məlum olmuşdur ki, İddiaçı ilə X8 arasında olan nikah Moskva şəhəri Dmitrovsk VVAQ şöbəsində qeydə alınmış xx.xx.2002-ci il tarixli 2239 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Nikahın pozulması barədə məlumatlar xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əhalinin Dövlət Reyestrinə daxil edilmişdir. Doğum haqqında akt qeydində ata haqqında məlumatların ləğv edilməsi Cavabdeh tərəfindən mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş: - (Əhmədli) X5 barəsində xx.xx.2009-cu il tarixi, 1527 nömrəli doğum haqqında akt qeydindən görünür ki, ata qrafasında X9 adı qeyd edilmişdir. Həmin akt qeydinin üzərində uşağın soyadının Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən “Məmmədli”-yə dəyişdirilməsi barədə xx.xx.2012-ci il tarixdə qeyd aparılmışdır. Məhkəmənin sorğusuna əsasən Cavabdeh xx.xx.20223-cü il tarixli məktubundan görünür ki, (Əhmədli) X5 barəsində xx.xx.2009-cu il tarixi, 1527 nömrəli doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1853/2023 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X15: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən doğum akt qeydində uşağın ata qrafasında aparılan qeyd iddiaçı ilə X7 arasında Moskva şəhərində xx.xx.2001-ci il tarixdə bağlanmış nikah əsasında aparılmışdır. Halbuki, həmin nikah xx.xx.2002-ci il tarixdə Moskva şəhər Dmitrovsk qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur və beləliklə, iddiaçının yazılı razılığı və ya atalığın müəyyən edilməsi barədə müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan o, X2 uşağının atası kimi qeydə alına bilməzdi. Məhkəmə hesab edir ki, göstərilən qeydin aparılması üçün əsas kimi onların arasında xx.xx.2001-ci il tarixdə nikahın göstərilməsi və həmin nikahın pozulması barədə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində qeydə alınmaması olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5 xx.xx.2009-cu il tarixli 1527 saylı doğum haqqında akt qeydində ata qrafasında göstərilən məlumatların ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar