Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7851/2025 05.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: birdəfəlik pul müavinətinin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik pul müavinətinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçıya, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060) 110/2025 saylı. xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Appelyasiya Məhkəməsinin 1(105)-408/2025 saylı 17 iyul 2025-ci il tarixli qərarına əsasən, Sumqayıt şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 1(060)-110/2025 nömrəli hökmü ləğv edilmişdir. Daha sonra iddiaçı cəzaçəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından Azərbaycan Respublikası Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına mürciət etmişdir. Lakin həmin qurum imtina məktubu vermişdir. İddiaçı məhkəmə tərəfindən həbs olunmuşdur. Daha sonra azad olunsa da hələki özünə iş tapa bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1,0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik, pul müavinəti verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ləğv edilmiş, O. Allahverdiyev cinayət məsuliyyətindən azad olunmuş və barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüşdür. Cinayət Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən, qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla tətbiq edilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsinə əsasən isə həbs-qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılaraq istintaq təcridxanasında saxlanılmasıdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məcəllənin 83.1 -ci maddəsinə əsasən, şəxs məhkumluq haqqında hökm qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci İİ15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə aşağıdakılara görə fərqlənirlər: cinayət mühakimə icraatının mərhələlərinə görə; bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür. Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və ya müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir. Beləliklə, cinayət məsuliyyətindən azad etmə dedikdə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və barəsində ittihamedici hökm çıxarılmaqdan, habelə cəzanın tətbiq edilməsindən imtina etməklə azad edilməsi nəzərdə tutulur. Cinayət məsuliyyətindən azad etmənin cinayət-hüquqi əsasları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində təsbit olunmuşdur. Bu əsaslara görə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda və ya zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, həmçinin, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə cinayət məsuliyyətindən azad edilə bilərlər. Bundan başqa, cəzadan azad etmə dedikdə dövləti təmsii edən səlahiyyətli orqan tərəfindən cinayət törətməkdə təqsirli olan və məhkum edilən şəxsə cəzanın tətbiq edilməməsinə, habelə məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilməsinə dair qərarın verilməsi nəzərdə tutulur. Qüvvədə olan cinayət qanunvericiliyində cəzadan azad etmənin aşağıdakı növləri nəzərdə tutulur: cəzadan şərti olaraq yaxından əvvəl azad etmə; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə; xəstəliyə görə cəzam çəkməkdən azad etmə; hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması; ittiham hökümünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə; amnistiya; əfv etmə. Yuxarıda göstərilən hüquqi normalara əsasən müəyyən edilir ki, O. Allahverdiyevin penitensiar müəssisədə cəza çəkməsi barədə qüvvəyə minmiş məhkəmə hökmü mövcud olmadığından, o, Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq “penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər” kateqoriyasına aid edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-110/2025 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(105)-408/2025 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 1(060)-110/2025 nömrəli hökmü ləğv edilmiş, İddiaçı CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən CMnin 306.1-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 xx.xx.2025-ci il tarixli forma B arayışında qeyd edilmişdir ki, İddiaçı Qobustan Penitensiar müəssisəsində 03 may 2025-ci il tarixdən 24 iyun 2025-ci il tarixədək cəza çəkib, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli hökmü ləğv edilmiş, cinayət məsuliyyətindən azad edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik, pul müavinəti verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ləğv edilmiş, O. Allahverdiyev cinayət məsuliyyətindən azad olunmuş və barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüşdür. İddiaçı penitensiar müəssisədə cəza çəkməsi barədə qüvvəyə minmiş məhkəmə hökmü mövcud olmadığından, o, Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq “penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər” kateqoriyasına aid edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən : 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsi; 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərqanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər; 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-110/2025 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbs edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(105)-408/2025 saylı qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 1(060)-110/2025 nömrəli hökmü ləğv edilmiş, İddiaçı CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən CMnin 306.1-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 xx.xx.2025-ci il tarixli forma B arayışında qeyd edilmişdir ki, İddiaçı Qobustan Penitensiar müəssisəsində 03 may 2025-ci il tarixdən 24 iyun 2025-ci il tarixədək cəza çəkib, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli hökmü ləğv edilmiş, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının penitensiar müəssisədə cəza çəkməsi barədə qüvvəyə minmiş məhkəmə hökmü mövcud olmadığından, o, Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq “penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər” kateqoriyasına aid edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-7851/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7851/2025
05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver