Məhkəmə qərarları › İş №2-1(118)-786/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-786/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-786/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501 nömrəli qərarına əsasən iddiaçıya avtomobilə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarının 57-ci maddəsinə əsassən avtomobillə tibbi göstərişin verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501 nömrəli qərarına əsasən iddiaçıya avtomobilə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1994-cü ilin iyun ayından 1995-ci ilin fevral ayınadək Müdafiə Nazirliyinin tərkibində hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. 1995-ci ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır, hal-hazırda 2-ci qrup hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar müddətsiz əlildir, Prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. xx.xx.1995-ci ildə N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirən zaman travma almışdır. Hər iki ayaq barmaqları amputatsiya edilib, hal-hazırda xəstəliyi ilə bağlı çox əziyyət çəkir. Daimi müalicə və müayinələrdə olur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə avtomobilə tibbi göstəriş verilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh ayağında olan problemləri nəzərə almadan avtomobilə tibbi göstəriş verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarının 57-ci maddəsinə əsassən hesab edir ki, səhətində olan aşağıdakı xəstəliklərə əsassən avtomobillə tibbi göstəriş verilməlidir.

3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez:

6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;

7. hər iki aşağı ətrafın fillik xəstəliyi; Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspeliza və Reabilitatsiya Ağentliyi uzun müddətdir əsassız olaraq müraciətinə əsassən avtomobilə tibbi göstəriş verilməsini müdaxilə etdiyi üçün hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir.

2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - travmalar zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T33-T35 - Donvurrna => T34 - Toxumaların nekrozu ilə gedən donvurma -> T34.8 - Aşıq-baldır oynağı nahiyəsi...; Diaqnozun mətni: Hər iki ayagin lll-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasıyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı.distal ucunun amputasiyası.Digər artrozlar, hər iki aşıq baldir ayaq darağı oynaqlarının artrozu.agrı sindromu.Hərəkətin və yerişin pozulmaları.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.212 hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri. İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74. İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9)müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün’ müraciətinə xx.xx.2016-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Hər iki ayagin lll-İV dərəcəli donmasindan sonrakı vəziyyət.Ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı,distal ucunun amputasiyası.Digə a Tozlar hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu.agrı sindromu.Hərəkətin və yerişin pozulmaları., Tsekin əlavə diaqnozu: Hər iki ayagin lll-İV dərəcəli donmasindan sonrakı vəziyyət.Ayağın digər hissələrinin travmatik amputasiyası, sag ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı,distal ucunun amputasiyası.Digər artrozlar, hər iki aşıq baldir ayaq darağı oynaqlarının artrozu.ağrı sindromu.Hərəkətin və yerişin pozulmaları.", 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi iiə mtina edilmişdir. Göründüyü kimi, iddiaçı X8 dair ‘Hər iki ayagin lll-İV dərəcəli donmasından sonrakı vəziyyət. Ayağın digər hissələrinin travmatik amputasiyası. sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası. Diger artrozlar, hər iki aşıq baldir ayaq.dı oynaqlarının artrozu, aqrı sindromu. Hərəkətin və yerişin pozulmaları." diaqnozu göndəriş xx.xx.2016-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq sağ ayaq pəncəsində metatarsal amputasiya. sol ayaq pəncəsində ayaqdarağı sümüklərin distal metafizi səviyyəsində amputasiyası təsbitlənmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasına uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür. - 21 may 2016-cı il tarixli, 469 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən İddiaçı xəsarət və xəstəliklərinin səbəb əlaqəsi haqqında “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANDİ ALİNMİŞDİR” qərara alınmışdır. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx001 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozları ilə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının **********5 saylı, 02 avqust 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsindən imtina edilmişdir. - Məhkəməyə daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 T106/2023 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozu şəxsin əyani müayinəsi zamanı bir daha təsdiq olundu; İddiaçı adına “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞdə tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən ona həmin tarixdə İnstitutda “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, əzələ artrofsiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin diaqnozda ayaq əzələlərində atrofiyadan başqa bütün xəstəliklər əyani müayinədə tam təsdiq olundu.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi dörd hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 02 avqust 2022-ci il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür. Mərkəzi Hərbi Həkim Komissiyasının 21 may 2016-cı il tarixli, 469 nömrəli Qərarı ilə İddiaçı barədə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANDİ ALİNMİŞDİR” qərara alınmışdır. Bundan sonra cavabdeh orqan tərəfindən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozları ilə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı qeyd edilən sənədlərə və ona təyin edilmiş diaqnozlara əsasən ona minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının **********5 saylı, 02 avqust 2022-ci il tarixli qərarı ilə iddiaçıya minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsindən imtina edilmişdir. İddiaçı hal hazırda məhkəmədən iddiaçıya minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsindən imtina edilməsinə dair Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının **********5 saylı, 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, iddiaçıya minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya minik avtomobilinə tibbi göndəriş təyinatının verilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin birinci hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Qanunun 30.2-ci maddəsinə əsasən Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Qanunun 30.3-cü maddəsinə əsasən Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.1-ci maddəsinə əsasən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. Qaydaların 1.2-ci maddəsinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. Qaydaların 1.4-cü maddəsinə əsasən reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbisosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X6 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qaydaların 2.1-ci maddəsinə əsasən bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. Qaydaların 3.1-ci maddəsinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Qaydaların 3.2-ci maddəsinə əsasən şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. Qaydaların 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” barədə əlavənin 57-ci maddəsinə əsasən aşağıdakı tibbi göstərişlər olduğu hallarda minik avtomobili təyin edilir:

1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;

2. ağciyər çatışmazlığı, İİ dərəcəli;

3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez;

5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;

6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;

7. hər iki aşağı ətrafın fillik xəstəliyi;

8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;

9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;

10. hər iki bud-çanaq oyna-ğının ankilozu;

11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;

12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);

13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;

14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;

15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. İnzibati iş materiallarından göründüyü kimi iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının 21 may 2016-cı il tarixli, 469 nömrəli Qərarı ilə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı barədə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANDİ ALİNMİŞDİR” qərara alınmış və bunun əsasında cavabdeh orqan tərəfindən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozları ilə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıya ikinci qrup müddətsiz əlillik “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən təyin edilmişdir. İddiaçıya əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar təyin edildiyindən, o, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.3-cü maddəsinə əsasən cavabdeh orqan tərəfindən avtomobillə təmin edilməli idi. Digər tərəfdən, məhkəmə iddiaçıya 2016-cı ildə əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozdakı xəstəliklərin, ona əlillik müəyyən edilərkən qoyulmuş diaqnozdakı xəstəliklər ilə iddiaçının hazırki vəziyyəti və “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışında müəyyən edilmiş diaqnoz arasında fərqin mövcud olub-olmamasının müəyyən edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 2-1(118)-3270/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 T106/2023 saylı rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” diaqnozu şəxsin əyani müayinəsi zamanı bir daha təsdiq olundu; İddiaçı adına “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən ona həmin tarixdə İnstitutda “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, əzələ artrofsiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin diaqnozda ayaq əzələlərində atrofiyadan başqa bütün xəstəliklər əyani müayinədə tam təsdiq olundu. Göründüyü kimi iddiaçı hal-hazırda ona əlillik təyin edilərkən ona təyin edilmiş “hər iki ayağın İİİ-İV dərəcəli donmasından sonrakı vəziyyət, ayağın digər hissələrinin travmatik amputasiyası, sağ ayaq darağı falanqa səviyyəsində sol ayaq darağı, distal ucunun amputasiyası, digər artrozlar, hər iki aşıq baldır ayaq darağı oynaqlarının artrozu, ağrı sindromu, hərəkətin və yerişin pozulmaları” və “Donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” xəstəliklərindən hələ də əziyyət çəkir. İddiaçının hal-hazırda əziyyət çəkdiyi xəstəliklərdən biri olan “donvurma nəticəsində sağ ayağın bütün falanqalarının daraq sümüyü səviyyəsində amputasiya güdülü, sol ayağın bütün ayaq-daraq sümüklərinin bağları səviyyəsində ağrılı amputasiya güdülləri” xəstəlikləri” “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” barədə əlavənin 57-ci maddəsinin 8-ci bəndində birbaşa olaraq avtomobillə təmin edilməyə əsas olan xəstəliklər sırasında göstərilmişdir. Həmçinin inzibati işin araşdşrılması zamanı, mübahisə predmeti olan Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının **********5 saylı, 02 avqust 2022ci il tarixli qərarının araşdırılması zərurəti yaranmışdır. Qeyd edilən qərara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1999-cu il təvəllüdlü X5 minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması zamanı onda “sol ayaqda baş barmağın amputasiyası, sol baldırın kobud yumşaq toxuma deffekti ilə çapığı, sol baldırın yuxarı 1/3-də osteomielit fistulun xarici dəliyi (ifrazat var) diaqnozları qoyulmuş, nəticədə əlillik təyinatına əsas verən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göndərişin təyinatına əsas vermişdir. Qeyd edilən qərardan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 qoyulmuş əsas diaqnozlardan biri olan “sol ayaqda baş barmağın amputasiyası” cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göndərişin təyinatına əsas verən diaqnozlardan biri kimi qəbul edilmişdir. Lakin cavabdeh orqan hazırki mübahisədə İddiaçı hal-hazırda möcvud olan “ayaqların digər hissələrinin amputasiyası” diaqnozunun “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göndərişin təyinatına əsas verən diaqnozlardan biri kimi qəbul etməmişdir. Belə olan halda isə, bir vətəndaşa avtomobillə təmin edilməyə əsas diaqozlardan biri kimi qəbul edilmiş diaqnozun, digər vətəndaşa münasibətdə avtomobillə təmin edilməyə əsas olmayan diaqnoz kimi qiymətləndirilməsi vətəndaşın birbaşa olaraq hüquqlarının və Konstitusiyada birbaşa olaraq nəzərdə tutulmuş bərabərlik prinsipinin pozulmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda avtomobillə təmin edilməyə əsas olan diqnozdan daha ağır bir xəstəlik mövcuddur, belə ki o, halhazırda özünü sərbəst olaraq idarə etmək iqtidarında deyildir və cavabdeh orqan tərəfindən eyni diqnozun bir vətəndaşa avtomobillə təmin edilməyə əsas olan diaqnoz kimi təsbit edilib, digər vətəndaşa münasibətdə avtomobillə təmin edilməyə əsas olmayan diaqnoz kimi təsbit edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin birinci bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Qeyd olunan maddənin beşinci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildiyindən və ona qoyulmuş diaqnozlar “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” barədə əlavənin 57-ci maddəsinin 8-ci bəndində birbaşa olaraq avtomobillə təmin edilməsinə əsas olan xəstəliklər sırasında göstərildiyindən, eyni zamanda oxşar diqnozlarla digər vətəndaşlara avtomobillə təmin edilməyə görə göstəriş verildiyindən, cavabdeh orqanın 02 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 18 dekabr 501 nömrəli qərarına əsasən iddiaçıya avtomobilə tibbi göstəriş verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501 nömrəli qərarına əsasən avtomobilə tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh 02 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr 501 nömrəli qərarına əsasən avtomobilə tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar