Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-787/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşının tamam olduğu tarixdən, yəni 06 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx xxxxxxx 1963-cü ildə anadan olmuşdur. Oktyabr 1981-30 dekabr 1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1984-xx.xx.1985-ci illərdə Quba rayonu N.Nərimanov adma Sovxozda fəhlə işləmişdir. xx.xx.1985-xx.xx.1985-ci ildə Sumqayıt şəhər 7 saylı Peşə məktəbində əl ilə elektrik qaynaqçısı peşəsində təhsil almışdır. xx.xx.1985-xx.xx.1986-cı ildə Sumqayıt Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2001xx.xx.2004-cü illərdə Sumqayıt “Sintez Kauçuk” zavodunda, xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də, xx.xx.2015-xx.xx.2016-ci ildə "xxxx" MMC-də, xx.xx.2016xx.xx.2016-ci ildə “X5” MMC-də. xx.xx.2019-xx.xx.2019-cu ildə "xxxx" ASC-də, xx.xx.2021xx.xx.2021-ci ildə "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işləmişdir. Ümumi iş stajı 26 il 5 ay təşkil edir. Bunu ona məxsus NT- İ seriyalı ******* saylı “Əmək kitabçası” təsdiq edir. Ümumi iş stajının 22 ilini zərərli iş stajı təşkil edir. 57 yaşı tamam olan tarixdə, yəni xx.xx.2020-ci ildə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə 60 yaşı tamam olan tarixdə əmək pensiyası təyini üçün xx.xx.2023-cü ildə Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyinindən imtina etmişdir. Məktubda imtinaya səbəb kimi "ümumi iş stajının 20 il 13 gün olması, təqdim edilən arayışda zərərli iş yerinin hansı sahəyə və koda uyğun olmasının göstərilməməsi, ümumi iş stajının 1 il 2 ayının ödənişsiz məzuniyyətə aid olması, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının cəmi 40320 manat əvəzinə 18002.33 manat olması” qeyd edilmişdir. Cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Beləki ümumi iş stajı yuxarıda qeyd etdiyi kimi 26 il 5 aydan artıqdır. Ümumi iş stajından 1 il 2 ayını çıxsaq belə ümumi iş stajı 25 ildən artıqdır. Belə olan halda “Əmək pensiyaları haqqında"' qanunun 9-cıı maddəsinə əsasən mənim güzəştli şərtlərlə əmək pensiyası almaq hüququm yaranmışdır. Sumqayıt Şüşə zavodunun və “Etilen Polietilen” zavodunun təqdim etdikləri arayışlarla Nazirlər Kabinetinin 320 saylı qərarının bölmələri və kodları göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı 60 yaşının tamam olması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının cavabdeh orqandan tələb etdiyi şəkildə, yəni 60 yaşının tamam olması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının güzəştli və ümumi iş stajı mövcud olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, ümumi iş stajı 25 ildən az (20 il 13 gün (xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-13.01,2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay)) təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışında 1997-ci il üzrə ümumilikdə 3 ay ödənişsiz məzuniyyətdə, “Azərikimya” İB-nin xx.xx.2023- cü il tarixli 270 nömrəli arayışında isə 2002-ci il üzrə 2 ay, 2003-cü il ürə isə 9 ay boş dayanma ilə əlaqədar məcburi məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 14 ay) iddiaçının iş stajına daxil etmək mümkün deyil. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Ümumi peşələr bölməsinin (********) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları (23200000—19905) vəzifəsi nəzərdə tutulub. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışında həmin müəsisənin Buxar-güc sexində xx.xx.1986-xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınlarda məşğul olub-olmadığınız barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də iddiaçının işlədiyi həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18002,33 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Şüşə Zavodu MMC-nin xx.xx.2023-cü il tarixli 11 saylı arayışında qeyd edilmişdir ki, 01 may 1997-ci il tarixdən 01 iyun 1997-ci il tarixədək Əmr №26-K, xx.xx.1997, 02 iyul 1997-ci il tarixdən 02 avqust 1997-ci il tarixədək Əmr №41-K, xx.xx.1997, 04 avqust 1997-ci il tarixdən 04 sentyabr 1997-ci il tarixədək Əmr №52-K, xx.xx.1997 ödənişsiz məzunuyyətdə olmuşdur. Sumqayıt Şüşə Zavodu MMC-nin xx.xx.2023-cü il tarixli 10 saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Sumqayıt Şüşə zavodunun Buxar Güc sexində 06 iyun 1986-cı il tarixdən (Əmr № 96-K, xx.xx.1986) - 08 sentyabr 1997-ci il tarixədək(Əmr № 70-K, xx.xx.1997), 12 yanvar 1998-ci il tarixdən (Əmr № 03-K, xx.xx.1998) - 01 iyun 1998-ci il tarixədək(Əmr № 30-K, xx.xx.1998) zərərli şərait ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi peşə üzrə iş stajı: 11 il, 7 ay, 21 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti: Buxar-Güc sexində elektrik qaynaqçısı peşəsinin əsas vəzifəsi - nasos və kompressor maşınlarının sıradan çıxmış giriş-çıxış hissələrinin elektrik qaynağı, eləcə də zavodun hər bir sahəsində par, su, qaz, hava xətlərinin partlayıb sıradan çıxmış hissələrinin elektrik qaynağı ilə təmiri və yeni boru kəmər xətlərinin çəkilməsində qaynaq işlərinin aparılmasından ibarətdir. Ümumi peşələr - XXXİİİ bölməsinin 23200000-19905 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı il təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. X2 X1 Şöbəsinin xx.xx.2023-cü il tarixli 269 saylı arayışında qeyd edilmişdir ki, 12 fevral 2001-ci il tarixind 30 sentyabr 2002-ci il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun ВТ SH elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarının XXXİİİİ bölməsinin 23200000 - 19906 siyahıda sadalanan (əl qaynaq aparan elektrik qaynaqçıları ) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. X2 X1 Şöbəsinin xx.xx.2023-cü il tarixli 270 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 01 oktyabr 2002-ci il tarixində 13 yanvar 2004-cü il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun B, ST, və К sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarının XXXİİİİ bölməsinin 23200000 - 19906 siyahıda sadalanan (əl ilə qaynaq aparan elektrik qaynaqçıları ) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Sumqayıt Şüşə Zavodu MMC-nin 18 fevral 2025-ci il tarixli 02 saylı arayışında qeyd edilmişdir ki, o Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Sumqayıt Şüşə zavodunun Buxar Güc sexində 06 iyun 1986-cı il tarixdən (Əmr № 96-K, xx.xx.1986) - 08 sentyabr 1997-ci il tarixədək(Əmr № 70-K, xx.xx.1997), 12 yanvar 1998-ci il tarixdən (Əmr № 03-K, xx.xx.1998) - 01 iyun 1998-ci il tarixədək (Əmr № 30-K, xx.xx.1998) zərərli şərait ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Bundan başqa xx.xx.1990-cı il tarixində (Əmr №140-K xx.xx.1990) ikinci sənət olaraq qaz-qaynaqçısı peşəsinə yiyələnmişdir. İşlədiyi peşə üzrə iş stajı: 11 il, 7 ay, 21 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti: Buxar-Güc sexində elektrik qaynaqçısı peşəsinin əsas vəzifəsi - nasos və kompressor maşınlarının sıradan çıxmış giriş-çıxış hissələrinin elektrod ilə elektrik qaynağı, eləcə də zavodun hər bir istilik sahəsində par, su, qaz, hava xətlərinin partlayıb sıradan çıxmış hissələrinin elektrod ilə elektrik qaynağı və karbit ilə qaz qaynağı işlərinin təmiri və yeni boru kəmər xətlərinin çəkilməsində qaynaq işlərinin aparılmasından ibarətdir. Ümumi peşələr - XXXİİİ bölməsinin 23200000-19905 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın 8 may 2025-ci il tarixli, 3-17-1/2- 108377/2025 saylı məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, ümumi iş stajı 25 ildən az (20 il 13 gün (xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay)), güzəştli iş stajı 12 il 6 aydan az (2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xidməti məktubda iddiaçının ümumi iş stajı 23 il 2 ay 11 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 8 ay) olaraq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İlk növbədə ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə prosesinin gedişində ümumi iş stajı kimi xx.xx.2006-cı il tarixinə qədər iddiaçının xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri nəzərə almışdır. Cavabdehin qəbul etmədiyi iddiaçının 1997-ci il üzrə 3 ay ödənişsiz məzuniyyətdə, 2002-ci il üzrə 2 ay, 2003cü il üzrə isə 9 ay boşdayanma ilə əlaqədar məcburi məzuniyyətdə olduğu dövrlər olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər Göründüyü kimi Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Məhkəmə ödənişsiz və ya boşdayanma ilə əlaqədar məcburi məzuniyyətdə olmaqla bağlı məhkəmə təcrübəsinin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayının qanuna uyğun hesab edilməklə əmək stajına aid edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (2-1(102)- 2797/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1967/2023 saylı xx.xx.2023-cü il tarixli) bir sıra qərarları mövcuddur. Bundan əlavə cavabdeh nə etiraz ərizəsində, nə də sonradan təqdim edilmiş xidməti məktubda iddiaçının əmək kitabçasında qeydiyyatı aparılan xx.xx.1984xx.xx.1985-ci il tarixlərində N.Nərimanov adına sovxozun 3№li briqadasına fəhlə işlədiyi dövrləri nəzərə almamış və həmin dövrə münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Beləliklə qeyd edilən dövrləri nəzərə alsaq iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək (xx.xx.1984-xx.xx.1985-ci il tarixlərində N.Nərimanov adına sovxozun 3№li briqadasına fəhlə işlədiyi, 1997-ci ildə 3 ay, 2002-ci ildə 2 ay, 2003-cü ildə isə yalnız 6 ay ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmaqla) 21 il 9 ay 19 gün təşkil edir. xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın 8 may 2025-ci il tarixli məktubu ilə iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir. Sığortaolunanın hesab məlumatlarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən aylar üzrə hesablanmış, ödənilmiş sığorta ödənişləri (məzuniyyət dövrləri nəzərə alınmaqla) 43 ay (3 il 7 ay) təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı (25 il 4 ay 19 gün) tamamlanmış olur. Xüsusi iş stajına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazda nəzərə alınmış dövr 2 il (xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri ) təşkil edir. xx.xx.1986-xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixlərə münasibətdə mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Sumqayıt Şüşə Zavodu MMC-nin 18 fevral 2025-ci il tarixli 02 saylı arayışında qeyd edilmişdir ki, o Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Sumqayıt Şüşə zavodunun Buxar Güc sexində 06 iyun 1986-cı il tarixdən (Əmr № 96-K, xx.xx.1986) - 08 sentyabr 1997-ci il tarixədək(Əmr № 70-K, xx.xx.1997), 12 yanvar 1998-ci il tarixdən (Əmr № 03-K, xx.xx.1998) - 01 iyun 1998-ci il tarixədək (Əmr № 30-K, xx.xx.1998) zərərli şərait ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. Bundan başqa xx.xx.1990-cı il tarixində (Əmr №140-K xx.xx.1990) ikinci sənət olaraq qaz-qaynaqçısı peşəsinə yiyələnmişdir. İşlədiyi peşə üzrə iş stajı: 11 il, 7 ay, 21 gün təşkil edir. Qeyd edilən sorğuya cavab məktubunda iddiaçının işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti olaraq Buxar-Güc sexində elektrik qaynaqçısı peşəsinin əsas vəzifəsi - nasos və kompressor maşınlarının sıradan çıxmış giriş-çıxış hissələrinin elektrod ilə elektrik qaynağı, eləcə də zavodun hər bir istilik sahəsində par, su, qaz, hava xətlərinin partlayıb sıradan çıxmış hissələrinin elektrod ilə elektrik qaynağı və karbit ilə qaz qaynağı işlərinin təmiri və yeni boru kəmər xətlərinin çəkilməsində qaynaq işlərinin aparılmasından ibarət olması göstərilmiş, həmçinin, Ümumi peşələr - XXXİİİ bölməsinin 23200000-19905 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilməsi qeyd edilmişdir. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox (13 il, 7 ay, 21 gün) güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 06 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova