Məhkəmə qərarları › İş №2-1(118)-789/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-789/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-789/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə NN aprel N0N5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. N7 may N988-ci il tarixli, НЗ seriyalı, ******* nömrəli İddiaçı məxsus “Hərbi bileti”nin surəti.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N yanvar N994-cü il tarixli, 67N nömrəli arayışından görünür ki, sıravi Babayev X3 yaşayış məntəqələrinin və Ermənistan Respublikası ilə həmsərhəd rayonların erməni silahlı birləşmələrindən müdafiəsində iştirak edib və onun ailəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 mart N99N-ci il tarixli, N3N nömrəli qərarı ilə nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 30 may N0N3-cü il tarixli, 4/N-N840 nömrəli məktubundan görünür ki, İddiaçı Xaçmaz RHK-dan çağırılmış, N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N №-li əmrilə (əsas §- NN sıra-N8) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N nömrəli əmrilə (əsas: səh- 8, §-7, sıra-N6) sıravi İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N970-ci il təvəllüdlü sıravi Babayev X5 nazirinin N4 yanvar N996-cı il tarixli əmrinə əsasən N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmrlə (əsas səh-34, §-6, sıra-N9) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-a göndərilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N7 oktyabr N0N3-cü il tarixli, N/N-9687 nömrəli və N9 dekabr N0N3-cü il tarixli, N/N-N555 nömrəli məktublarından görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 6 oktyabr N0N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N yanvar N994-cü il tarixdən sonra xidməti təsdiqlənmədiyinə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NN iyul N0N4-cü il tarixli, 3-N3-NN- N/N-B-N556xx/xx/N0N4 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən, xx xxxxxx N970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 5 avqust N0N4-cü il tarixli, 3-3-NN/N-N40978/N0N4 nömrəli məktubundan görünür ki, xx xxxxxx N970-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və ya məhkumluğu barəsində DİN-in müvafiq uçotlarında məlumat yoxdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin N0 may N0N4-cü il tarixli, 3-43-N7/N-634/N0N4 nömrəli məktubu ilə qoşma şəklində göndərilmiş İddiaçı xidməti kartasının surəti.

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NN iyul N0N4-cü il tarixli, N/N83 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Şəxsi Heyəti Qəbuletmə məntəqəsindən göndərilmiş, NN dekabr N993-cü il tarixdə Xaçmaz RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, N №-li əmrilə (əsas: §-NN, səh-N7, sıra-N8, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, 307 №-li əmrində (əsas: §- N, səh-N8, sıra-5, əmrdə atasının adı “Natik” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi komissarlıqlardan göndərilmiş və 7 ReADN-da ştata qoyulmuş hərbi qulluqçuların siyahısında XN adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N №-li əmrilə (əsas: §-7, səh-3, sıra-N6) sıravi İddiaçı 7 ReADN-ın N0-ci batareyasında sürücü vəzifəsinə təyin olunmuşdur. 7 ReADN-nin N0-ci batareyasının hərbi qulluqçusu, sıravi İddiaçı N6 mart N994-cü il tarixdən döyüş müvqeyini özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N5 aprel N994-cü il tarixli, N №-li əmrilə (əsas: §-N, sıra-5, səh-N0, əmrdə vəzifəsi yazılmamışdır) ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli, 95 №-li əmrilə (əsas: §-N3, sıra-5, səh-3N, əmrdə vəzifəsi yazılmamışdır) N5 mart N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, N0-ci batareyasının hərbi qulluqçusu, sıravi İddiaçı fərarilikdən qayıtmış hesab edilmişdir. 3 ReADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N iyun N995-ci il tarixli, N47 №-li əmrilə (əsas: §-3, sıra-5, səh-33, əmrdə vəzifəsi yazılmamışdır) ştatdan kənar çıxarılmışdır. Səfərbərliklə çağırılmış, yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, N970-ci il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N4 yanvar N996-cı il tarixli, N6 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılmamaqla, N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmrilə (əsas: §-6, səh-33, sıra-N9) N fevral N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Xaçmaz RHKna göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin hallarına (§N-6) istinad edilərək onunla əsaslandırılmışdır ki,iddiaçı N988-ci ilin may ayından N990-cı ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı - N993-cü ildə iddiaçının şəxsi müraciətinə əsasən Xaçmaz rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Qərargahı Tərtər rayonun Seydimli kəndində yerləşən N saylı hərbi hissədə xidmət edərkən Tərtər, Talış, Tapqaraqoyunlu və digər ərazilərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək Murovdağa qədər getmişdir. İddiaçıya veteran statusunun və müvafiq vəsiqənin verilməsi üçün edilən müraciətlərlə həmin statusun əldə olunması mümkün olmamışdır. Halbuki, döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən kifayət qədər sənədlər vardır. Müraciətinə müsbət cavabın verilməməsi əsassız olduğu üçün N0N3-cü ilin noyabr ayında təkrarən sözügedən “Komissiya”ya müraciət edərək, döyüş əməliyyatlarında iştirak etməyi barədə sənədlərə bir daha istinad etmiş, atəşkəsin NN may N994-cü il tarixdən elan olunmasına, iddiaçının isə yalnız N fevral N996-cı il tarixdə şəxsi heyətin siyahısından çıxarılmağına diqqəti cəlb etməklə ona “müharibə veteranı” adının və vəsiqənin verilməsini, imtina olunduğu halda bunun əsasları konkret hüquq normalarına istinad edilməklə müvafiq qərarın çıxarılmasını və bir nüsxəsinin göndərilməsini xahiş etmişdir. Lakin “müharibə veteranı” adının və vəsiqənin verilməsinin mümkünsüz olmuşdur. Qeyd edilmişdir ki, iddiaçının hərbi biletində edilmiş qeydə görə iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N0-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul N007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) N.N.N, 33.N, 33.N, 38.N, 39.N-ci maddələrinə istinad olunmuşdur.

12. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatına əsasən N yanvar N994-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir: - şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; - hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması. Şəxsin bu şərtlərdən hər hansısa birinə cavab verməməsi ona “Müharibə veteranı” adının verilməsi istisna edir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Müdafiə Nazirliyinin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.Hesab edilir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının N yanvar N994-cü il tarixdən sonra xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təstiqini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin N4 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996cı il tarixdən N5 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi N ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin N-ci bəndində qeyd edilmişdir ki, N5 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

16. Etirazın maddi hüquqi əsası kimi “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” NN yanvar N996-cı il tarixli, 433 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N, Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in NN.N, N4.3, 47.N-ci maddələrinə istinad edilmişdir.

Etiraza dair iddiaçı tərəfin yazılı qaydada təqdim etdiyi münasibəti:

17. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Məlumatına əsasən N yanvar N994-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edilməməsi ilə əlaqədar etiraz dəlilinə münasibətdə bildirilmişdir ki, cavabdeh arxivin hansı məlumatına istinad etdiyini göstərmir. Ona görə ki, elə bir mənbə mövcud deyildir. Siyahıdan çıxarılma şərti qanuna ziddir. Buna baxmayaraq, iddiaçı bu şərtə də uyğun gəlir. İddia ərizəsinə etiraz nə faktiki, nə də hüquqi cəhətdən iddia tələbinin qanuni olmasını şübhə altına ala bilmir, əksinə cavabdeh özünün hüquqlardan sui-istifadə etməsini ortaya qoymuş olur. Odur ki, iddiaya cavabdehin verdiyi etiraz məhkəmə tərəfindən hüquqi əhəmiyyət daşıyan sənəd kimi qəbul edilməməlidir. İddiaçının döyüş zonasında xidmət keçməsi də sübut olunur.

c) Tərəflərin iştirakı və izahatları:

18. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, hərbi hissənin özbaşına tərk edilməsi ilə bağlı bildirmişdir ki, müvafiq arayışlarda qeyd edilən zaman hərbi hissədə yararsız vəziyyətdə hərbi avtomobillər mövcud olmuşdur. Hərbi hissənin komandiri bildirmişdir ki, həmin avtomobillər təmir edilməlidir. İddiaçı tapşırığın yerinə yetirilməsi üçün hərbi hissəni tərk etmiş, lakin dediyi tarixdən gec qayıtdığı üçün gizir komandirə iddiaçı barəsində məlumat vermişdir ki, iddiaçı hərbi hissəyə qayıtmayacaq. Buna baxmayaraq iddiaçı iki-üç gün sonra hərbi hissəyə qayıtmışdır. Bu işlə bağlı heç bir cinayət işi açılmamışdır.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, iddiaçının müharibədə iştirak edilməsi təsdiq edilmişdir. Fərarilik halı mövcud olsa idi, cinayət işi hərbi prokurorluğa göndərilərdi. Hazırkı halda cinayət işinin istintaq edilməməsi təsdiq edilir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may N0NN-ci il tarixli, N-N(N0N)-895/N0NN saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

24. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

25. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Məhkəmə proses iştirakçılarının izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

30. İddiaçı N988-ci ilin may ayından N990-cı ilin may ayınadək həqiqi hərbi xidmətdə olduğuna, Birinci Qarabağ müharibəsi zamanı - N993-cü ildə şəxsi müraciətinə əsasən Xaçmaz rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilməsinə, qərargahı Tərtər rayonun Seydimli kəndində yerləşən N saylı hərbi hissədə xidmət edərkən Tərtər, Talış, Tapqaraqoyunlu və digər ərazilərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə müraciətin icrasından imtina etmişdir.

31. Cavabdeh tərəfin mövqeyinə görə isə N yanvar N994-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir.

32. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in NN-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.

33. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Şəxsi Heyəti Qəbuletmə məntəqəsindən göndərilmiş, NN dekabr N993-cü il tarixdə Xaçmaz RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və ona “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, 307 №-li əmrində hərbi komissarlıqlardan göndərilmiş və 7 ReADN-da ştata qoyulmuş hərbi qulluqçuların siyahısında iddiaçının adı (“Natik” olaraq) qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N №-li əmrilə iddiaçı 7 ReADN-ın N0-ci batareyasında sürücü vəzifəsinə təyin olunmuş, N6 mart N994-cü il tarixdən döyüş müvqeyini özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N5 aprel N994-cü il tarixli, N №-li əmrilə ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli, 95 №-li əmrilə N5 mart N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, iddiaçı fərarilikdən qayıtmış hesab edilmiş, hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N iyun N995-ci il tarixli, N47 №-li əmrilə ştatdan kənar çıxarılmış, Azərbaycan Respublikası Müdafiə nazirinin N4 yanvar N996-cı il tarixli, N6 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılmamaqla, N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmrilə N fevral N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Xaçmaz RHK-na göndərilmişdir.

34. Qeyd edilmiş məlumatların həqiqiliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivində mövcud olan sənədlərlə təsdiq olunmuşdur.

35. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, - N6 mart N994-cü il tarixdən döyüş müvqeyini özbaşına tərk etdiyinə görə ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılması barədə N №-li hərbi hissə komandirinin N5 aprel N994-cü il tarixli, N №-li əmri; - hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdan kənar çıxarılması barədə N №-li hərbi hissə komandirinin N iyun N995-ci il tarixli, N47 №-li əmri; - Azərbaycan Respublikası Müdafiə nazirinin N4 yanvar N996-cı il tarixli, N6 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılmamaqla N fevral N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Xaçmaz RHK-na göndərilməsi barədə N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmri iddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırda da qüvvədədir.

36. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təstiqini tapmamışdır.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”

38. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N944-cü il yanvarın N-dən N95N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N94N - N945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N006-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanı: N. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... N.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...

40. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.

41. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar