Məhkəmə qərarları › İş №2-1(118)-7899/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-7899/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7899/2025 15.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-8139/2025 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/1-Q-226146/2024 saylı, xx.xx.2024cü il tarixli qərarının 4130.44 manat artıqvermə hesablandığı hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 regional filialından Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. Cavab məktubunda göstərilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikas Qanununun 7-ci maddəsinin xx.xx.2015-cı ıl tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 614,42 manat məbləğində olmaqla davam etdirilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. xx.xx.2024-cü il tarixli müraciətinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyiniz halda (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz halda) yaşa görə əmək pensiyanız yenidən hesablanaraq ödənilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvəl nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək əmək pensiyanız üzrə artıqödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək aktiv VÖEN hesabınız (**********) mövcud olmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavab məktubundan göründüyü kimi iddiaçının işi ilə əlaqədar qərar qəbul edilmiş və bu qərarın surətini almamışdır.Eləcə də müraciət etmədiyi halda vergi ödəyicisi kimi qeydə almışlar. Adına olan torpaqdan istifadə etmir,bununla əlaqədar heç bir gəlir əldə etməmişdir.Əlavə olaraq işləyib gəlir əladə etsə idi təyin olunan pensiya artırıla bilərdi. Necə ola bilər ki, işləyən pensiyaçıların pensiyası azalsın? Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı ona təyin edilmiş ümumi əsaslarla yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı M.X4 daxıl olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Q-245902/2025 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda) yaşa görə əmək pensiyası yenidən hesablanaraq ödənilmiş, bu səbəbdən xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü ıl tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibatı Məhkəməsinə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin (hakim:Fərid ismayılzadə) 11 aprel 2025-ci il tarixli 2- 1(112)-8139/2025 nömrəli qərardadı ilə həmin inzibati işin iddiaçının qeydiyyat ünvanının ünvan 1ün Sumqayıt İnzibatı Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(103)-2405/2025 nömrəli qərardadı ilə (sədrlik edən:Mirzə Tağızadə) iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 2- 1(112)-8139/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)- 2426/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı “qərarın ləğv edilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025ci il tarixli, 2-1(103)-2405/2025 saylı qərardadından iddiaçının kassasiya şikayətinin geri götürülməsi barədə müraciəti təmin edilmiş, kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı pensiya işinə daxil olan sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixinədək 29 il 10 ay 2 gün sığorta stajı və xx.xx.2006- cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 6495.44 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) 338.26 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına gorə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği ındeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 349.76 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci ıl üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 366.42 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən ındeksləşdirilərək həmin tarixdən 420,29 manata. xx.xx.2024-cü il tarixindən 467,36 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri uzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2016-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 11470,66 manat pensiya kapitalı əsasında İddiaçı əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 614,42 manat müəyyən edilmişdir. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əiavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda) İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanaraq ödənilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) 21,08.2024-cü il tarixinədək əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək aktiv VÖEN hesabı (**********) mövcud olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/1 -Q-226146/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, vətəndaşın aktiv torpaq mülkiyyətçisi olduğu halda ona işdən çıxma hesablanmasının aparılması səbəbindən artıqvermə halı yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 3-17-1/1-Q-3279/2025 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılmış, iddiaçının pensiya məbləği 614,42 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 3-17-1/1-Q-58605/2025 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında" qərardan görünür ki, iddiaçının pensiya məbləği 664,19 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2025-ci il tarixli 3- 21-2-11/2-Q- 6-43/2025 nömrəli “müraciətə baxılması barədə" məktubundan görünür ki, vergi orqanına təqdim etdiyi ərizəsinə əsasən, İddiaçı xx.xx.2019-cu il tanxli qeydiyyatda olduğu Şamaxı rayonu, Məlikçobanlı kəndi ünvanı üzrə torpaq mülkiyyətçisi kimi uçota alınmışdır. “Məşğulluq Haqqında" Qanunun (bundan sonra-Qanun) 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Qanunun 1.1.9-cu maddəsinə əsasən qeyri-formal məşğulluq- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olaraq sahibkarlığ fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında' Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsindən ibarət olan fəaliyyətdir. Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1.muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2.mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3.sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; 4.1.5.Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər; 4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar; 4.1.7.Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; 4.1 9. xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər. Qanunun tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olarag sahibkarlığ fəaliyyəti ilə məşğul olan şəxslər məşğul şəxs sayılırlar və onların fəaliyyəti əmək fəaliyyəti sayılır. Yəni Qanun “işləmək" və “əmək fəaliyyəti'’ anlayışlarını ‘sahibkarlığ fəaliyyəti" anlayışı ilə eyniləşdirir və həmin şəxsləri məşğul şəxs kimi hesab edir. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixində pensiya təyin edilmiş, pensiya təyin edilən zaman aktiv vöeni mövcud olmamışdır. Lakin iddiaçıya yaşa görə pensiya ödənildiyi müddət ərzində xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək aktiv VÖEN hesabı (**********) mövcud olmuş, bu barədə Mərkəzi Filiala heç bir məlumat verməmişdir. Bununla da xx.xx.2020-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələblərinin pozularag işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinə və bu səbəbdən artıqvermənin yaranmasına səbəb olmuşdur. "inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2- cı. 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir Eyni zamanda bildiririk ki, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2- ci. 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında' Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsı. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Deməli İddiaçı yaşa gorə əmək pensiyasının yenidən hesablandığı dövrdə aktiv VOEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hügugunun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirıliməsində bır sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki. sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni lıuquqı vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. xx.xx.2020-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda) İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozulmasına, iddiaçıya əsassız olaraq artıq məbləğin ödənilməsinə və artıqödəmə məbləğinin yaranmasına səbəb olduğundan cavabdeh Mərkəzi Filialın iddiaçı barəsində apardığı inzibati icraat qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q-226146/2024 saylı qərar əsasında X3 əmək pensiyası yenidən hesablanmış, vətəndaş aktiv torpaq mülkiyyətçisi olduğu halda işdən çıxma hesablanması aparıldığı səbəbindən 4130.44 manat artıq vermə halı müəyyən edilmişdir. İnzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) xx.xx.2019-cu il tarixdə torpaq mülkiyyətçisi olaraq uçota alınmışdır. Vergi Məcəlləsinin 33.4-cü maddəsi üzrə sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergi uçotuna alınmaq barədə müraciəti aşkar edilməmişdir. Uçot-baza məlumatlarına əsasən, İddiaçı (VÖEN:**********) aktiv bank hesablarının olması barədə məlumat aşkar edilməmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-ci il tarixədək olan dövrdə gəliri olmamış, fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2099-cu il tarixədək dayandırılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q-226146/2024 saylı qərar əsasında X3 əmək pensiyası yenidən hesablanmış, vətəndaş aktiv torpaq mülkiyyətçisi olduğu halda işdən çıxma hesablanması aparıldığı səbəbindən 4130.44 manat artıq vermə halı müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, müraciət etmədiyi halda vergi ödəyicisi kimi qeydə almışlar. Adına olan torpaqdan istifadə etmir, bununla əlaqədar heç bir gəlir əldə etməmişdir. iddiaçının tələbi xx.xx.2024-cü il tarixli 3-17-1/1-Q-226146/2024 saylı qərarın artıqvermə hissəsində ləğvi ilə bağlıdır. Cavabdeh isə qeyd edir ki, xx.xx.2020-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda) İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozulmasına, iddiaçıya əsassız olaraq artıq məbləğin ödənilməsinə və artıqödəmə məbləğinin yaranmasına səbəb olduğundan cavabdeh Mərkəzi Filialın iddiaçı barəsində apardığı inzibati icraat qanuna uyğun olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, Əmək pensiyaları haqqında Qanuna əsasən: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanunvericiliyin tələbinə görə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması üçün ya əmək pensiyaçısının razılığı olmalıdır, ya da məhkəmə qərarı əsasında tutulma aparıla bilər. Qanunun qeyd edilən normaları cavabdehə iddiaçının razılığı olmadığı halda məhkəmə qaydasında tutulmasının aparılması üçün hüquq verir. İşin hallarından görünür ki, iddiaçının əmək pensiyasından tutulma yoxdur. Qərarın artıqvermə hissəsində mübahisələndirilməsi iddiaçının hüquqi marağının təmin edilməsi baxımından ona görə əhəmiyyətlidir ki, belə bir iddia tələbi cavabdehin gələcək iddiasına preventiv tədbir rolu oynayır. Bu halda hazırki iddia tələbi qabaqlayıcı-preventiv xarakter daşımaqla əmək pensiyasından tutulmaların aparılmasının qarşısını alır. Cavabdehin mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının aktiv vergi ödəyicisi olması halı araşdırılmış, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) xx.xx.2019-cu il tarixdə torpaq mülkiyyətçisi olaraq uçota alınmışdır. Vergi Məcəlləsinin 33.4-cü maddəsi üzrə sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergi uçotuna alınmaq barədə müraciəti aşkar edilməmişdir. Uçot-baza məlumatlarına əsasən, İddiaçı (VÖEN:**********) aktiv bank hesablarının olması barədə məlumat aşkar edilməmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-ci il tarixədək olan dövrdə gəliri olmamış, fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2099-cu il tarixədək dayandırılmışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablanan zaman iddiaçının torpaq mülkiyyətçisi olaraq uçotu artıq mövcud olsa da, cavabden inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixində qeyd edilən hala istinad edərək artıqödəmə hesablamışdır. İnzibati İcraat haqqında Qanuna əsasən: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 69. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Həmçinin işin hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan inzibati icraat haqqında mövcud normaların tələbinə əməl etməyərək inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar artıq vermə hissəsində iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/1-Q-226146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar 4130.44 manat artıq vermə hesablandığı hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar