Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-790/2023 05.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinə qarşı “Şabran rayonu Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarının ləğv edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçının babası X3 Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndində 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi olmuşdur. Babası vəfat edəndən sonra iddiası əsasında Şabran rayon məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndində babası X2 miras qalmış 0.04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə onun vərəsəlik hüququ müəyyən edilərək tanınmışdır. Təxminən bir ilə yaxın olar ki, X11 ona məxsus 0.04 ha həyətyanı torpaq sahəsini və yaşayış evini özbaşına olaraq zəbt edərək torpaq sahəsini setka çəpərə almış və oğlanları ilə birlikdə ona məxsus 2 mərtəbəli yaşayış evini özbaşına olaraq sökərək tikinti materiallarını da özü üçün aparmışdır. Bununla da X11 iddiaçıya məxsus əmlakı zəbt etməklə yanaşı, maddi zərər də vurmuşdur. Hal-hazırda həmin torpaq sahəsində onun tərəfindən yaşayış evi inşa edilir. İddiaçıya məxsus qeyd olunan 0.04 ha torpaq sahəsi hal-hazırda X8 qanunsuz sahibliyindədir. İddiaçı X8 qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, ona vurduğu maddi zərəri ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də X8 qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və maddi zərər tələbinə dair iddia ilə Şabran rayon məhkəməsinə müraciət etmişdir. Tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Şabran rayon məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının vərəsəlik hüququ müəyyən edilərək tanınmış Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndində babası X2 miras qalmış 0.04 ha həyətyanı torpaq sahəsi X10 Şabran rayon Dəvəçi bələdiyyəsinin 12-fevral 2019-cu il tarixli 03/01 saylı qərarı ilə satılmışdır və bu barədə 14-fevral tarixlərində Şabran rayon Notariat ofisində alqı-satqı həyata keçirilmişdir. Həmin toprpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X8 adına Hüquqların Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10-aprel 2019-cu il tarixdə **********nömrəsi ilə qeydə alınmış Çıxarış və Texniki Pasport verilmişdir. Hesab edir ki, Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarı qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, İddiaçı Şabran rayon məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayon Qələgah kəndində babası X2 miras qalmış 0.04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə vərəsəlik hüququ müəyyən edilərək tanındığını qeyd edir. Bu barədə İddiaçı və Şabran rayon Məhkəməsi tərəfindən bələdiyyəyə məlumatlandırıcı heç bir sənəd daxil olmamışdır. Şabran rayon Qələgah kəndində iddia olunan həmin 0.04 hektar torpaq sahəsi faktiki olaraq bələdiyyə xəritəsində 0.12 hektardır. Həmin ərazi Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 26 sentyabr 1997-ci il tarixli qərarı ilə bələdiyyə mülkiyyətinə ayrılmışdır və hüquqverici sənədlərlə həmin torpaq sahəsi üzərində bələdiyyənin hüquqları tanınmışdır. X11 bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsi və həmin torpaq sahəsində olan qəzalı vəziyyətdə olan yaşayış evi onun ata- baba yurdu olduğundan həmin torpaq sahəsini ona satılmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi üzərində bələdiyyənin hüquqları tanındıqdan sonra bələdiyyənin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarı ilə X8 mülkiyyətinə satılmışdır. Bələdiyyənin qərarı ‘‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” əsasnamənin tələblərinə uyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, məhkəmə araşdırması zamanl müəyyən olundu ki, Şabran rayon Dəvəçi Bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli iclas protokolunun 03/01 saylı qərarı ilə X4 kənd yaşayış məntəqəsi torpaqlarından 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 barədə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında” Əsasnamənin 13.1.1 bəndinin tələblərinə müvafiq olaraq Dəvəçi bələdiyyəsi 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başa çatmışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamənin 13.1.1 bəndinin tələblərinə müvafiq olaraq X4 kənd yaşayış məntəqəsi torpaqlarından 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olmuş milli qəhrəman X7 ailə üzvü X8 mülkiyyətinə pulsuz verilməsi qərara alınmışdır. İddiaçı Şabran rayonu Dəvəçi bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli 03/01 saylı qərarının ləğv edilməsini istəyir. Göründüyü kimi iddiaçı bələdiyyə qərarı əsasında torpaq sahəsinin üçüncü şəxsə satılmasını mübahisələndirir. Məhkəmə ilkin olaraq qeyd edir ki, bələdiyyə torpağının alğı-satqısının mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İş materiallarından görünür ki, Şabran rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(031)-1751/2017 saylı qətnaməsi ilə Dəvəçi (indiki Şabran) rayonu Qələgah kəndinə babası X2 miras qalmış 0.04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə İddiaçı vərəsəlik hüququ müəyyən edilərək tanınmışdır. Şabran rayon Dəvəçi Bələdiyyəsinin 12 fevral 2019-cu il tarixli iclas protokolunun 03/01 saylı qərarından çıxarışa əsasən X4 kənd yaşayış məntəqəsi torpaqlarından 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 barədə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında” Əsasnamənin 13.1.1 bəndinin tələblərinə müvafiq olaraq Dəvəçi bələdiyyəsi 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başa çatmışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamənin 13.1.1 bəndinin tələblərinə müvafiq olaraq X4 kənd yaşayış məntəqəsi torpaqlarından 0.12 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə həlak olmuş milli qəhrəman X7 ailə üzvü X8 mülkiyyətinə pulsuz verilməsi qərara alınmışdır. Reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran rayonu, Qalagah kəndində yerləşən 0.12 ha torpaq sahəsi Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xüsusi mülkiyyətində olmuşdur. Reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şabran rayonu, Qalagah kəndində yerləşən 0.12 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir. Göründüyü kimi 0.12 ha torpaq sahəsi Şabran rayon Dəvəçi bələdiyyəsinin mülkiyyətində olması dövlət qeydiyyatına alınmış, Bələdiyyə qərarı əsasında torpaq sahəsinə X10 mülkiyyət hüququ əldə etmişdir. İddiaçı qeyd edir ki, iddiaçıya məxsus qeyd olunan 0.04 ha torpaq sahəsi halhazırda X8 qanunsuz sahibliyindədir. İddiaçı Şabran rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(031)-1751/2017 saylı qətnaməsinə əsaslanaraq 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğunu iddia edir. Lakin nə qərarın icrası, nə də 0.04 ha torpaq sahəsinin koordinatları ilə bağlı hərhansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığına görə iddiaçı 0.04 ha torpaq sahəsi üzərində subyektiv hüququnu sübut edərək 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasını mübahisələdirə bilər. Bunun üçün isə ilkin olaraq bələdiyyənin mülkiyyət hüququnu qanunsuz qeydə almış orqana müraciət edilməli, həmin qeydin ləğvini tələb etməli, istədiyi nəticəni əldə etmədikdə isə həmin orqana qarşı iddia qaldıraraq, inzibati məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitəsindən istifadə edilə bilər. İddiaçiaya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə vasitəsindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-790/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-790/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver