Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-792/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “soyad və adının “İddiaçı”-dən “Bəgişov Nəsib”-ə dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı əvvəlki soyadı və adına qayıtmaq üçün soyadın və adın dəyişdirilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin şöbənin 23 yanvar 2021-ci il tarixli, 05/75-23/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1967-ci ildə Yardımlı rayonu, Əngövül kəndində anadan olmuşdur, ərizədə göstərilən ünvanda yaşayır. Əvvəllər soyadı Bəgişov və adı nəsib olmuşdur. soyad və adının dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında daşıdığı soyad və adı “Bəgişov Nəsib”dən “İddiaçı”ə dəyişdirilmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydiyyatı kitabında 18 iyun 1920-ci ildə 83 №li qeyd edilməklə ona Sumqayıt “Asan Xidmət” mərkəzi tərəfindən AZ-İ №025719 saylı şəhadətnamə verilmişdir. şəhadətnamə əsasında ona AA ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Soyad və adını dəyişdirəndən sonra qohumları, tanışları, qonşuları onu tanımaqda çətinliklərlə qarşılaşırlar. Hamı onu soyadı Bəgişov və əvvəlki adı Nəsib kimi tanımaqla müraciət edirlər. Həm də adı Nəsibdəb Ələddin-ə dəyişdirildikdən sonra bilmişdir ki, Niyaməddin adlı qardaşının şəxsiyyət vəsiqəsində rəsmi adı Ələddindir. Eyni adı daşımaları qardaşları fərqləndirməkdə çətinlik yaradır. Qardaşları Bəgişov soyadını daşıyırlar. Bu da iddiaçıda narahatlıq yaradır. Ona görə də o, ata soyadı Bəgişov və əvvəlki Nəsib adını daşımaq istədiyindən bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə soyad və adı İddiaçı-dən Bəgişov Nəsibə dəyişdirilməsi ilə əlaqədar müraciət etmişdir. hərbi biletində də soyadı Bəgişov kimi qeyd edilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi iddiaçının müraciətindən 23 yanvar 2021-ci il tarixli 05/75-23/15 saylı məktubla imtina etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı Qərarın 5.10-cu bəndinə əsasən soyad və adın növbəti dəfə dəyişdirilməsinə yol verilməməsi göstərilmişdir. Həmin imtina əsassız olduğundan soyad və adın dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı Qərarının 5.10-cu bəndində göstərilir ki, qeydiyyat şöbəsi və konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İddia tələbi soyadın sonluğunun yenidən dəyişdirilməsi ilə deyil, soyad və adının dəyişdirilməsi ilə bağlıdır. Qərarın 5.10-cu bəndinin mənasına görə soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190-cı maddəsinə əsasən Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adının, soyadının dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi X4 iştirak etmiş, ad və soyadın təkrar dəyişilməsinə icazə verilmədiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx xxxxxxxx 1967-ci ildə Yardımlı rayonu, Əngövül kəndində anadan olmuşdur. Soyad və adının dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında daşıdığı soyad və adı “Bəgişov Nəsib”dən “İddiaçı”ə dəyişdirilmişdir. İddiaçı əvvəlki ad soyadına qayıtmaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə soyad və adı İddiaçı-dən Bəgişov Nəsibə dəyişdirilməsi ilə əlaqədar müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi iddiaçının müraciətindən 23 yanvar 2021-ci il tarixli 05/75-23/15 saylı məktubla imtina etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndində adın növbəti dəfə dəyişdirilməsi müəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydalarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının və soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının adının və soyadının dəyişilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-792/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-792/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver