Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-7922/2025 24.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: istismara icazənin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “istismara icazə sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli fərmanının icrası ilə əlaqədar ünvan 3 ünvanındakı qeyri-yaşayış obyektinin istismarına icazə aktının verilməsini məhkəmədən xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, 2004-cü ildən ünvan 1 ünvanında kommersiya obyekti inşa etdirmişdir. Həmən dövründən obyektinin sənədləri natamam idi. Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icarə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 14 iyun 2181 nömrəli fərmanın icrası ilə bağlı 2024-cü ilin may ayında Azərbaycan Respublikası FHN-nin tikintidə X1 Agentliyinə müraciət etmişdir. Həmin dövrdən başlayaraq dövlət qurumlarının tərəfindən yoxlamalardan keçib, hamsından müsbət rəy almışdır. Lakin Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsi əsaslı və tutarlı səbəblər olmadan istismar aktı verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Qeyri yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar portalda qeydiyyata düşmüş vətəndaş İddiaçı məxsus olan ünvan 3 ünvanındakı qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi idarəsində yerquruluşu planı hazırlanmışdır. ünvan 3 ünvanındakı qeyri-yaşayış obyekti üçün istismara icazə ilə bağlı müraciətə Şəhər İcra Hakimiyyətində baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin təhlil məlumatlarında da göstərildiyi kimi obyekt ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Bu səbəbdən Fərmanın icrası ilə əlaqədar sözügedən qeyri-yaşayış obyektinə istismara icazə sənədinin verilməsi məqsədəuyğun hesab edilməyərək vətəndaşa bu barədə imtina bildirişi verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.0085 ha torpaq sahəsi İddiaçı xeyrinə xx.xx.2025-ci ildən xx.xx.2027-ci ilədək yüklü edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 22 iyul 2024-cü il tarixli 05807 saylı rəyində qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci mikrorayon ərazisində inşa olunmuş İddiaçı məxsus birmərtəbəli qeyri-yaşayış obyektində yanğın texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsi, eləcə də təxliyə yolları yanğın təhlükəsizliyinin normativ tələblərinə uyğundur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və Dağ X9 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-3/2-5608/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı - Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış obyektinin istismara hazırlığına dair rəy verilməsi barədə qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə daxil olmuş müraciətə Sənayedə X2 və X7 Agentliyində baxılmış, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndinə və Fərmanın icrası barədə Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli, 087 nömrəli əmrinin 3-cü bəndinə əsasən aparılmış müayinələr zamanı bu obyektlərdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı müəyyən edilmişdir. Azəriqaz İB-nin Sumqayıt QİS-in 14 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyindən elektron qaydada daxil olmuş müraciətlə əlaqədar, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən İddiaçı məxsus 1 mərtəbəli (71,83 kv.m) qeyri-yaşayış sahəsi (koordinat:40.586103 49.682974) "Azəriqaz” istehsalat Birliyinin Sumqayıt QİS-nə məxsus qaz kəmərlərinin və qurğularının mühafizə zonasında yerləşmir.—13 may 2024-cü il tarixli baxış aktı iş materiallarına əlavə edilmişdir. Azərsu ASC-nin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, istismara qadağanedici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilir. Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 13-13/2-1/01-3-6510/2024 nömrə ilə verilmiş rəydə göstərilən qüsurlar aradan qaldırılmışdır. xx.xx.2025-ci il tarixli 050062 saylı rəydə qeyd edilmişdir ki, Rəy, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.1.3-cü bəndinə uyğun olaraq: tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyi; yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin rəyi; qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X7 Agentliyinin rəyi; mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və qeyri-yaşayiş təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə bağlı məlumatlarda qeyd edilmişdir: Tikinti obyektinin sifarişçisi: İddiaçı Tikinti obyektinin ünvanı: ünvan 2n koordinatları: 1, X-388522.3943, Y-4493644.1675; 2. X-388533.4233, Y-4493650.3620; 3. X- 388536.7279, Y- 4493644.4763; 4, X-388525.6996, Y-4493638.2822 Tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X-388522.3943, Y-4493644.1675; 2. X-388533.4233, Y-4493650.3620; 3. X- 388536.7279, Y- 4493644.4763; 4. X-388525.6996, Y-4493638.2822 Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi: memar X6, Qubadlı rayonu, Qubadlı şəhəri, İN/L-1244/2016, xx.xx.2016 Tikinti obyektinin istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi: 05062, 11,02,2025 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerquruluşu planı: xx.xx.2024 Tikintini obyektinin yerləşdiyi torpaq sahəsinə dair məlumat(torpaq sahəsinin mülkiyyət növü, mülkiyyətçisi (istifadəçisi, icarəçisi), sahəsi); Dövlət, İddiaçı, 0,0085 ha Torpaq sahəsinin təyinatı (kateqoriyası); Yaşayış məntəqələrinin torpaqları Tikinti obyektinin mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərdə yerləşib-yerləşmədiyi barədə məlumat; Heç bir mühafizə zolağında yerləşmir Ərazi planlaşdırılması sənədlərinə (baş plan və ya müfəssəl plana) uyğunluğu barədə məlumat; Çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının məhəllə əraziləri (hesabat dövrü) zonasında yerləşir. Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının istismarına icazə verilməsi üçün ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə dair Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən təhlil edilmiş məlumatlar: Ümumi istifadədə yerləşir. Şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri- yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin qüvvədə olan və hazırlanmaqda olan ərazi planlaşdırması sənədlərinə uyğun olub-olmaması barədə məlumat: Tikinti obyektinə dair Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxiv məlumatları: Tikinti obyektinin texniki-iqtisadi göstəriciləri (Fövqəladə Hallar Nazirliyinin məlumatlarına əsasən) 1 Obyektin təyinatı Xidmət obyekti 2 Obyektinin tikinti sahəsi 85.38 m2 3 Obyektinin ümumi sahəsi 69.08 m2 4 Obyektinin tikinti həcmi 303.09 m3 5 Obyektin divar hündürlüyü (yer 3.95 m 6 səthindən) Obyektinin mərtəbəliliyi 1 mərtəbəli
Qeyri-yaşayış obyektinin Memarlıq-Planlaşdırma Bölməsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi X3 X10 və İddiaçı arasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 saylı Fərmanı ilə bağlı ünvan 3 ünvanında tikintisinə icazə tələb olunan qeyri-yaşayış (xidmət) obyektinin tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğununun yoxlanılması xidmətinin göstərilməsinə dair müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin 04 noyabr 2025-ci il tarixli 5-6/2-2704/2025 saylı və 15 dekabr 2025-ci il tarixli 5-6/2-3039/2025 saylı məktubu ilə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin arxivində olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-31/2-5184/2025 saylı məktubu ilə ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən **********01 reyestr torpaq sahəsinə dair sənədlərin surəti göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-31/2-546/2026 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş **********01 reyestr nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən 0,0085 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla dövlət mülkiyyətindədir. Sözügedən daşınmaz əmlaka dair tərtib edilmiş ortofoto və koordinatlar qoşma faylda təqdim olunur.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli fərmanının icrası ilə əlaqədar ünvan 3 ünvanındakı qeyri-yaşayış obyektinin istismarına icazənin verilməsini istəyir. Cavabdeh qeyd edir ki, ünvan 3 ünvanındakı qeyri-yaşayış obyekti üçün istismara icazə ilə bağlı müraciətə Şəhər İcra Hakimiyyətində baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin təhlil məlumatlarında da göstərildiyi kimi obyekt ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Bu səbəbdən Fərmanın icrası ilə əlaqədar sözügedən qeyri-yaşayış obyektinə istismara icazə sənədinin verilməsi məqsədəuyğun hesab edilməyərək vətəndaşa bu barədə imtina bildirişi verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazəni əlavə edir. 102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə məlumatı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu məlumat sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. 102.4-2. Sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə göndərilir. 102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə göndərir. 102.5. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə ilə bağlı sənədləri tikinti obyekti sökülənədək və ya müvafiq sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun arxivə təhvil verilənədək saxlamağa borcludur. 102.6. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir. 102.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 102.7-1.Tikinti obyektinin istismarına icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. 102.8. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 102.9. Tikinti obyektinin istismarına icazə icraatı üzrə bu Məcəllənin 102.1-102.4-3cü, 102.6-cı və 102.7-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli, 2181 nömrəli fərmanına əsasən: 1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-31/2-546/2026 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş **********01 reyestr nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən 0,0085 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla dövlət mülkiyyətindədir. Sözügedən daşınmaz əmlaka dair tərtib edilmiş ortofoto və koordinatlar qoşma faylda təqdim olunmuşdur. Göründüyü kimi Fərmanın qeyd edilən tələbinə əsasən iddiaçıya məxsus qeyriyaşayış obyektinin yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 5-6/2-1008/2025 saylı bildirişində torpaq sahəsinin İddiaçı ayrılması məqsədəuyğun hesab edilsə də xx.xx.2025-ci il tarixli 5-6/2-2095/2025 saylı bildirişdə qeyri-yaşayış obyektinə istismara icazə sənədinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Göründüyü kimi iki bildiriş arasında ziddiyyət mövcuddur. Cavabdeh tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə sənədinin verilməsinin məqsədəuyğun hesab edilməməsi əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli fərmanının icrası ilə əlaqədar İddiaçı məxsus ünvan 3 ünvanındakı tikilinin (qeyri-yaşayış obyektinin) istismarına icazənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova