Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-793/2020 02.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkilləri X4, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı X2rşı “ İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyi və 3 saylı X6 üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, Dövlət X11 Quba rayon şöbəsi onlara qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “İddiaçı’' xx.xx.2015-ci il tarixdən xx.xx.2017-cı il tarixinə sığorta haqqını ödəmədiyini, sonradan əmələ gəlmiş borcun ödənilməsini həyat keçirmədiyini, nəticədə 43.103 manat 93 qəpik əsas borc, tətbiq olunmuş maliyyə sanksiyası üzrə 14.893 manat 63 qəpik, ümumilikdə 57.997 manat 56 qəpik məbləğində borcu yarandığı halda, cavabdeh tərəfindən borcun ödənilməsinin təmin edilmədiyini bidirərək, xx xxxxxx 2017-cı il tarixinə yaranmış 57997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun əmlakın satılması yolu ilə Quba rayon şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2- 1(85)2319/2017 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin iddia tələbi təmin edilmişdir.Həmin qərarla razı olmadıqları üçün apelyasiya şikayəti vermişlər, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarı ilə onun apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017- ci il tarixli qərarı cavabdehdən xx xxxxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24.439 manat 33 qəpik məbləğində borc pul onun əmlakının satılması yolu ilə Quba rayon şöbəsinin xeyrinə tutulması hissəsində dəyişdirilərək, ondan xx xxxxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pul əmlakın satılması yolu ilə iddiaçının xeyrinə tutulmuş, qərar qalan hissədə dəyişdilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından iddiaçı Dövlət X11 Quba rayon şöbəsi kassasiya şikayəti verərək məhkəmə qərarını dəyişdirərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1456/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-1 (105)-28/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.Bundan sonra qərar icra edilməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-l(85)-2319/2017 nömrəli, xx xxxxx 2019-cu il tarixli icra vərəsinə əsasən cavabdeh “xxxxx" Kiçik Müəssisəsindən xx xxxxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pul cavabdehin əmlakın satılması yolu ilə iddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin xeyrinə tutulmalıdır.Qeyd edilən icra vərəqəsi üzrə icraata başlanılmışdır. Lakin buna baxmayaraq xx xxxxxx 2017- ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24.439 manat 33 qəpik məbləğində borc pul müəssisənin şəxsi hesab vərəqəsində qalmış və silinməmişdir. Həmin borcun silinməsi üçün 3 saylı X10 müraciət edilsə də, xx xxxxxxx 2019-cu il tarixdə araşdırmada iştirak edilməsi haqqında bildiriş göndərilmişdir. Həmin borcun silinməsi ilə bağlı araşdırmada iştirak edilsə də, 3 saylı X6 xx xxxxxx 2019-cu il taixli məktubu ilə borcun silinməsindən imtina edilmişdir.Bundan sonra həmin borcun məhkəmə qərarına əsasən təmin edilmədiyi əsas gətirilərək silinməsi üçün ətraflı Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmişdir.Vergilər Nazirliyinin katibliyin baş direktoru Nigar Alimovanın müraciətə cavabında qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi ilə əlaqədar olmadığı üçün həmin qərar borcun silinməsi üçün əsas olmaması göstərilmişdir.Lakin hesab edir ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsi ona qarşı 57.997 manat 56 qəpik məbləğində borc tələb etsə də, məhkəmə həmin borcun 24.439 manat 33 qəpik məbləğində hissəsini təmin etməmişdir. Təmin edilməyən hissədə borcun yenidən tələb olunması isə absurdur. Bundan başqa 3 saylı X12 müraciətimizə cavabda borcla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarını əsas gətirmiş, lakin məhkəmə qərarı qəbul edilən zaman yəni xx xxxxx 2018- ci il tarixdə həmin qərar olmadığı üçün qərar bizə tətbiq edilə bilməz.Ona ünvanlanmış məktubda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etməsi, həmin qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilməməsi qeyd edilmişdir. Ona ünvanlanmış məktubda mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətə məhdudlaşdırılması qeyd edilmiş, Konstutusiya Məhkəməsinin sözgedən qərarına istinad olunaraq dolayısı ilə ondan məhkəmə qərarı ilə silinmiş borc tələb edilmişdir.Bildirdi ki, onunla Dövlət X11 Quba rayon şöbəsi arasında məcburi dövlət sosial sığorta haqları üzrə borcun onun əmlakın satılması yolu ilə tutulması tələbinə dair məhkəmə qərarları X3 Məhkəməsinin 2-1(85)-2319/2017 saylı qərarı, xx xxxx 2017-ci il tarixdə, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-28/2018 saylı qərarı, xx xxxxx 2018-ci il tarixdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1456/2018 saylı qərarı, xx xxxxxxx 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərar dərhal qüvvəyə minmişdir.Hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə xx xxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.Yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən vaxt artıq xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvəyə minmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.Bundan başqa Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanunun 7.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar - qərarın özündə göstərilən vaxtdan qüvvəyə minir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Beləliklə yuxarıda qeyd edilənlərə əsasən barəsində çıxarılmış və dərhal qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1456/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarından sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinin şərh edilməsinə dair qərarına istinad olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarında tutulması göstərilməmiş borcun ondan tələb olunması Azərbaycan Respublikası Konstutisiyasına ziddir. Belə hal onun vəziyyətinin pisləşməsinə gətirib çıxarır və bununla razı deyildir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X6 qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə qərarına əsasən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranan borcların silinməsi barədə xx.xx.2019-cu il tarixində daxil olmuş müraciətinizə 3 saylı X8 baxılmşdır.Bildiririk ki, eyni məzmunlu müraciətiniz 3 saylı X6 xx.xx.2019-cu il tarixli **********609700 nömrəli məktubla cavablandırılmışdır.Bir daha nəzərinizə çatdırırıq ki, iddiaçı Əmək və X7 Nazirliyi Yanında Dövlət X11 Quba rayon şöbəsi cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2017-ci il tarixə yaranmış 57997,56 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2017ci il tarixli 2-1 (85)-2319/2017 nömrəli qərarı ilə Dövlət X11 Quba rayon şöbəsinin iddiasını 57997,56 manat məbləğində tam təmin etmişdir.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(105)-28/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-2319/2Q17 nömrəli qərarını, cavabdeh İddiaçı MMC-dən xx.xx.2017-ci il tarixə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 24439,33 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmiş, 33558,23 manat manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasını təmin etmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (105)- 28/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)- 1456/2018 nömrəli qərarı ilə təmin etməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.Məhkəmə qərarlarında İddiaçı MMC-dən xx.xx.2017ci il tarixə yaranmış məcburi dövlət sosial sğorta haqları üzrə 33558,23 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qət etmiş, 24439,33 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmə qərarlarında iddianın təmin edilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinə və Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanununa istinad etmişdir.Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (xx.xx.2019-cu il tarixdə “Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir).Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur.Başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmır.Həmçinin, araşdırma zamanı Əmək və X7 Nazirliyi Yanında Dövlət X11 Quba rayon şöbəsindən alınmış məlumata əsasən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-yə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarına Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanununun tətbiq edildiyi və eyni zamanda borcların bir qisminin silindiyi müəyyən olunmuşdur.Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.1 -ci və 8.2-ci maddələrinə əsasən icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir.Həmin qanunun 8.3-cü maddəsinə görə icraata başlamaq haqqında qərar onu qəbul etdiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilməlidir.Yuxarda qeyd edilən məhkəmə qərarlarında “İddiaçı" MMC-nin şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların silinməsi nəzərdə tutulmadığına görə, həmin borcların silinməsi barədə 3 saylı X10 icra sənədi daxil olmamışdır.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın müraciətə cavab məktubun surəti, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarın surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1456/2018 saylı qərarın surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. İnzibati işdə olan dövlət qeydiyyatı haqqında xx xxxx 1995-ci il tarixli, 24/65 saylı şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı "'hüquqi şəxs kimi xx xxxx 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(102)-1456/2018 saylı xx.xx.2018-ci iıl tarixli qərarının surətindən görünür ki, DSMF-nun Quba rayon şöbəsi tərəfindən İddiaçı MMC-dən tələb edilən məcburi dövlət sosila sığorta haqları üzrə 57997,56 manat borcdan 33.558,23 manat pulun tutlmasına dair qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 24.439,33 manat borcun tutulmasını məqsəd müvafiq hesab etməmiş və nəticədə DSMF-nin Quba rayon şöbəsinin iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş fəaliyyət göstərə bilərlər.Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hisəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir.Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1952-ci ildə qəbul edilmiş 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasını istisna edən haldır. Göründüyü kimi, qeyd edilən normativ-hüquqi aktların təhlilindən görünür ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir, həmçinin şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasının əsası kimi onun təqsirinin olması çıxış edir. Beləki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin iddiaçı Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 Quba rayon şöbəsi cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət X11 Quba rayon şöbəsinin xeyrinə tutulması tələbinə dair apelyasiya şikayəti təmin edilmiş və İddiaçı MMC-dən xx.xx.2017-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc Dövlət X11 Quba rayon şöbəsinin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı Dövlət X11 Quba rayon şöbəsi qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1456/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə qalmışdır. Yəni DSMF tərəfindən hesablanmış İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ümumi borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borcun silinməsi nəzərdə tutulmuşdur. Müvafiq qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir, lakin İddiaçı MMC-nin şəxsi hesab vərəqələrində 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc vergi orqanı tərəfindən silinməmişdir. İddiaçı haqlı olaraq həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsini cavabdehdən tələb edir. Cavabdeh təşkilat isə etirazını onunla əsaslndırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarının nəticə hissəsində 24.439,33 manat pulun silinməsi göstərilməmiş və həmin qərarın əsaslandırıcı hissəsində 24.439,33 manat pulun tutulmasının məqsədəuyğun olmaması belə anlama gəlir ki, sonradan həmin məbləğin iddiaçıdan tutulması ilə bağlı vergi orqanı yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə vergi orqanın gətirdiyi arqument ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, X3 Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə DSMF Quba rayon şöbəsinin iddia tələbi təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarı X9 Məhkəməsinin qərarı dəyişdirilmiş və yuxarı instansiya məhkəməsi 24.439,33 manat əsassız olması səbəbindən İddiaçı MMC-ən tutulmasını məqsədə müvafiq hesab etməmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icraaya yönəldilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarının icrası vergi orqanı tərəfindən qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən vergi orqanı tərəfindən şərtsiz icra olunmalı olduğu tədqirdə Vergilə Nazirliyinin 3 saylı X12 müxtəlif bəhanələr gətirərək həmin borcun şəxsi hesab vərəqəsindən çıxarılmasından imtina edir. Məhkəmə hesab edir ki, vergi orqanı şəxsi hesab vərəqəsində mövcud olmayan borcun saxlanılmasında haqlı deyil. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinəəsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübütlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X12 tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc və həmin borca hesablanmış faizlər silinsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-793/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-793/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver