Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-794/2020 07.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Masazır kəndində yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı soyadının, adını və ata adını İddiaçı X2 dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti 22 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıtİnzibati Məhkəməsinə müraciət edərək, soyadı, adı və ata adının İddiaçı X2 dəyişdirilməsibarədə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1984-cü ildə Gədəbəy rayonu Dəyirmandağ kəndində doğulmuşdur. Onun doğumu xx.xx.1984-cü ildə Gədəbəy rayon Gər-gər kənd icra nümayəndəliyində 37 №li akt ilə qeydə alınmışdır. Gəncə “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə soyadı, adı və ata adı “X3”ndan “İddiaçı”na dəyişmişdir. Belə ki, valideynləri onu zorla evləndirdikləri üçün o, onlardan küsüb bu qərara gəlmişdir. O, xx.xx.2020-ci il tarixdə soyadı, adı, ata adını yenidən X2 dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Lakin oradan bildirilmişdir ki, adı, soyadı və ata adının bir dəfə dəyişdirdiyi üçün yenidən dəyişdirilməsi mümkün deyildir. Bununla bağlı o, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. -Gıədəbəy rayonu Gər-gər kənd İƏD tərəfindən verilmiş xx xxxx 2017-ci il AZ-İİİ № 948825 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuş, valideynləri X4 və X1r. -adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ № 019886 seriyalı şəhadətnamədən görünür ki, xx.xx.1984-cü ildə Gədəbəy rayonunda anadan olmuş X3 adını soyadını və ata adını İddiaçı dəyişdirmişdir. -AZ-İİİ № 948823 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-cı ildə anadan olmuş X5 ata qrafasında İddiaçı, ana qrafasında X8 göstərilmişdir. - AZ-İİİ № 948824 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006cı ildə anadan olmuş X6 ata qrafasında İddiaçı, ana qrafasında X8 göstərilmişdir - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazisində məhkumluğu və axtarışda olub-olmaması barədə məlumat yoxdur. Axtarış uçotları yoxlanılarkən müəyyən olunmuşdur ki,xx.xx.1984-cü il təvəllüdlü X3 barəsində xx.xx.2017-ci il tarixdə Gədəbəy RPŞ, tərəfindən borclu fiziki şəxs kimi № 490081 axtarış işi açılmış və xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. - AZ-İ №237239 seriyalı xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı soyadını «İsmayılov»a, adının «İlqara»a dəyişdirilməsi üçün cavabdeh Abşeron rayonqeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə vətəndaşlara 18 yaşına çatdıqdan sonra öz adlarını, soyadlarını və ata adlarını dəyişməsi huququ verilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarda bununla bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə iddiaçının artıq bir dəfə ad, ata adı və soyadının artıq bir dəfə dəyişdirməsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də iddiaçı həmin öhdəliyin icrasını zəruri edən şərtləri, cavabdeh orqan isə - belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı soyadı, adı və ata adının dəyişdirilməsini zəruri edən şərtləri sübut edə bilmədiyi üçün iddia təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-794/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-794/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver