Məhkəmə qərarları › İş №2-1(118)-795/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-795/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-795/2024 07.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********27 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı,xx.xx.1962-cı ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olmuşdur.

2. 1979-1980-ci illərdə Gədəbəy rayonunun Əzizbəyov kolxozunda işləmişdir. 3..20 noyabr 1980-cıi ildən 21 dekabr 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 4.. xx.xx.1983-cü ildən 01.111996-cı illər ərzində "xxxx" İstehsalat Təmir Müəssisəsində çilingər peşəsi üzrə işləmişdir.

5. xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt Trikotaj Fabrikinin Buxar Gücləndirici sexində çilingər peşəsi üzrə işləmişdir. 6.. xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilə qədər “Xəzərdənizneftsosialtikinti" trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində rəngsaz, daşyonan, betonçu, çilingər peşəsi üzrə işləmişdir.

7. xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər "xxxx" ASC-də fəhlə peşəsi üzrə işləmişdir. 8...Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında “Xətai Tikinti Mexanizasiya" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

9. 29 noyabr 2022-ci ildə 60 yaşının tamam olmasını və 25 ildən çox iş stajı və 12 il 06 aydan çox güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yarandığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə güzəştli şətlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 müraciət etmişdir. 10..Həmin idarədən verilən xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubla güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. 11.. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çaLİŞANLARA YAŞA, QOCALİĞA GÖRƏ GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ PENSİYA HÜQUQU VERƏN İSTEHSALATLARİN, İŞLƏRİN, PEŞƏLƏRİN, VƏZİFƏLƏRİN, və Göstəricilərin" 2 saylı Siyahısının Xİİİ fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxarbuxar güc təsərrüfatının əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə və 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə ÇİLİNGƏR və bütün adlardan olan elektrik çilingərləri kodlarına tam uyğundur və güzəştlə şərtlərləpensiya hüququna malikdirlər, edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Güzəşt hüququ verən iş stajı 13 il (on üç), 06 ay (altı), 06 gün (altı) təşkil edir. “Əmək pensiyası haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarm: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 İl sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosiaf sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan İş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftsosialtikinti” trestinin Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1997-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə iddiaçının əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı ümumi iş stajı 25 ildən az yəni, 17 il 9 ay 3 gün təşkil edir (Sığorta alt sistemindən çıxarış məhkəməyə təqdim olunmuşdur). Cavabdeh tərəfindən iddiaçının mübahisəsiz qəbul edilən sosial sığorta stajı aşağıdakılardan ibarətdir: xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr, xx.xx.1983-xx.xx.1996-cı il tarixləri arasındakı dövr, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2012 və 2018-ci illər üzrə cəmi 2 il 2 ay. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15035,66 manat təşkil edir. Əlavə olaraq iddiaçı eyni tələblə 2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4405/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçıya verdiyi imtinanın əsaslı olduğu qərara alınmışdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət gədər sığorta stajı olmadığından və pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məkhəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 və Nümayəndə1 iştirak etmiş, etiraız müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftsosialtikinti” trestinin Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1997-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə iddiaçının əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı ümumi iş stajı 25 ildən az yəni, 17 il 9 ay 3 gün təşkil edir (Sığorta alt sistemindən çıxarış məhkəməyə təqdim olunmuşdur). Cavabdeh tərəfindən iddiaçının mübahisəsiz qəbul edilən sosial sığorta stajı aşağıdakılardan ibarətdir: xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr, xx.xx.1983-xx.xx.1996-cı il tarixləri arasındakı dövr, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2012 və 2018-ci illər üzrə cəmi 2 il 2 ay. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15035,66 manat təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından və pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının xüsusi iş stajı cavabdeh tərəfindən mübahisə olunmur. Cavabdeh tərəfindən nəzərə alınmayan mübahisəli dövrlər xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövrdür. Cavabdeh imtinasını həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması ilə əsaslandırır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Qaydaların 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında öz təsdiqini tapır. Və qanunvericiliyin tələbi üzrə əmək kitabçası sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir. Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan qanunvericiliyin şərtləri üzrə iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı yaranmış olur. Bu halda iddiaçının 60 yaşının tamam olduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görsənir ki, iddiaçı 2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Göründüyü kimi iddiaçı onun pensiya hüququnun yarandığı tarixdən üç il keçməmiş inzibati orqana müraciət etmişdir. Bundan əlavə cavabdeh inzibati orqanın iddiaçının pensiya kapitalı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya tələbinə hazırda qüvvədə olan qanunvericilik tətbiq edilməklə ondan pensiya kapitalı tələbi istisna edilir. (13 may 2022-ci il tarixli dəyişiklik). “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar