Məhkəmə qərarları › İş №2-1(118)-796/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-796/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-796/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh doğum haqqında akt qeydində adının “Xalid” olaraq yazılmasından imtinanın qanunsuz hesab edilməsi və doğum haqqında akt qeydində adının “Xalid” olaraq yazılması vəzifəsinin cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilməsi”nə barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, Cavabdeh 16 avqust 2022-ci il tarixli, 05/Q-61/62 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, İddiaçı 13 iyun 1966-cı ildə Azərbaycan Respublikası Qubadlı rayonu, Mərdanlı kəndində anadan olmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə ərizə ilə müraciət edərək cavabdehdən 13 iyun 1966-cı il tarixdə anadan olmağı barədə 27 iyun 1966-cı il tarixli doğum haqqında akt qeydində adının “Xalid” olaraq qeyd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 16 avqust 2022-ci il tarixli, 05/Q-61/62 saylı məktubla doğum haqqında akt qeydində adımın “Xalid” adının yazılmasından imtina olunmuşdur. Cavabdeh vermiş olduğu imtina məktubunda göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə dövlət şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmçinin doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. İşin faktiki hallarına əsasən doğum haqqında akt qeydində adının “Xalid” olaraq yazılması barədə Ədliyyə Nazirliyi Cavabdeh müraciət etmişdir. Doğum haqqında akt qeydində adının “Xalid” olaraq yazılmasının hər hansı qanunvericilik aktnda qadağan edən norma olmaması işin mübahisəsiz halıdır. Cavabdeh vermiş olduğu imtina məktubunda hər hansı bir maddi normaya istinad etməyərək ümumi sözlər yazılmış cümlərlərlə adının “Xalid” olaraq yazılmasından imtina etmişdir, Sadəcə olaraq kifayət qədər əsas olmadığını bəhanə gətirərək doğum haqqında akt qeydində adımın “Xalid” olaraq yazılmasından imtina etmişdir. Kifayət qədər əsasların olmasını aşağıda qeyd edir: 16 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhər icraiyyə komitəsi daxili işlər şöbəsinin 4-cü polis bölməsi tərəfindən verilmiş XXV-ЖГ 590007 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, İddiaçı 13 iyun 1966-ci il tarxidə Azərbaycan Respublikası Qubadlı rayonu Mərdanlı kəndində anadan olmuşdur. 06 fevral 1994-cü il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhər Nikah evi tərəfindən verilmiş Vİ-ЖГ 394143 nömrəli Nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 13 iyun 1966-ci il tarxidə Azərbaycan Respublikası Qubadlı rayonu Mərdanlı kəndində anadan olmuş İddiaçı və 07 sentyabr 1967-ci il tarixdə Azərbaycan Respublikası Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuş X2 06 fevral 1994-cü il tarixdə nigah bağlamışdırlar. 14 sentyabr dekabr 1998-ci il tarixdə Qubadlı RHK tərəfindən verilmiş АО ******* nömrəli hərbi biletdən görünür ki, 13 iyun 1966-ci il tarxidə Azərbaycan Respublikası Qubadlı rayonu Mərdanlı kəndində anadan olmuş İddiaçı vəsiqənin sahibidir və o, Qubadlı və Laçın rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 18 dekabr 1998-ci il tarixdə Qubadlı RHK tərəfindən verilmiş M/V 026938 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, İddiaçı vəsiqənin sahibidir. 01 avqust 2002-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P0989820 nömrəli Pasportdan görünür ki, 13 iyun 1966- ci il tarxidə anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Göründüyü kimi bütün yuxarıda göstərilən rəsmi sənədlərin hamısında adı “Xalid” kimi qeyd olunmuşdur. Lakin sadalanan sübutlara baxmayaraq cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən təqdim olunan məktubda doğum akt qeydində adının “Xalid” olaraq yazılmasının mümkün olmaması qeyd edilmişdir. Ədliyyə Nazirliyi Cavabdeh imtinası subyektivdir və mülahizə xarakterlidir. Belə imtina qanunun məqsədlərinə xidmət etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı doğum haqqında akt qeydində adının “Xalid” olaraq yazılmasını istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; Məhkəmə qeyd edir ki, 16 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhər icraiyyə komitəsi daxili işlər şöbəsinin 4-cü polis bölməsi tərəfindən verilmiş XXV-ЖГ 590007 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunda, 06 fevral 1994-cü il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhər Nikah evi tərəfindən verilmiş Vİ-ЖГ 394143 nömrəli Nigahın bağlanması haqqında şəhadətnamədə, 14 sentyabr 1998-ci il tarixdə Qubadlı RHK tərəfindən verilmiş АО ******* nömrəli hərbi biletdə, 18 dekabr 1998-ci il tarixdə Qubadlı RHK tərəfindən verilmiş M/V 026938 nömrəli müharibə veteranı vəsiqəsində, 01 avqust 2002-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P0989820 nömrəli Pasportda mövcud olan məlumatlar iddiaçının adının “Xalid” olduğunu təsdiq edir. Göründüyü kimi müvafiq dövlət qurumları iddiaçını “Xalid” adı ilə qəbul edərək, yuxarıda qeyd edilən sənədləri vermişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər doğum haqqında akt qeydində düzəliş edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində adının “Xalid” olaraq yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar