Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-798/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. xx.xx.1982ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdə 2 nömrəli Tikinti Material Trestinin "Azneftximmontaj" idarəsində 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsinə işə başlamış və xx.xx.2002-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdən "xxxx" ASC-yə əl ilə elektrik qaz qaynaqçısı peşəsi üzrə işə qəbul olunmuş, xx.xx.2013-cü il tarixdə öz xahişinə əsasən işdən azad olunmuşdur. xx.xx.2014cü il tarixdə "xxxx" MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul edilmiş və hal-hazırda da işləyir. Onun cəmi 30 il 9 ay ümumi, 18 il 11 ay güzəştli iş stajı vardır. Güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixdən qazanılmış əmək pensiyası hüquqları nəzərə alınır. Yəni yaşa görə əmək pensiyası bu Qanunun 7-cı və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Bu Qanun qüvvəyə minənədək ümumi və güzəştli iş stajını toplanmasına baxmayaraq cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (18 il 11 ay 21 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var.İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası, hərbi bilet, "xxxx" ММС- nin xx.xx.2017-ci il tarixli arayışı, həmçinin iddia ərizəsindən də görünür ki, onun xx.xx.2006-cı il tarixədək iş stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrü əhatə etdiyindən qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Əlavə olaraq iddiaçı tərəfindən Mərkəzi Filiala müraciəti zamanı xx.xx.2006-cı il tarixədək güzəştli iş stajına malik olması barədə arayış təqdim edilməmişdir. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. - - xx.xx.1985-ci tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.1985-ci il tarixlərdə Sumqayıt şəhər 7 nömrəli peşə məktəbində təhsil almışdır. - - iddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1985-xx.xx.2002-ci il tarixlərdə 2 nömrəli Tikinti Material Trestində, xx.xx.2007-cixx.xx.2013-cü il tarixlərdə "xxxx" ASC-də, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2015xx.xx.2016-ci il, xx.xx.2016-xx.xx.2016-cı illərdə "xxxx" MMC-də işləmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC müəssisədə xx.xx.2007-xx.xx.2013, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2016 və xx.xx.2016-xx.xx.2016-cı illərdə işləmişdir. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993 il tarixli 320 saylı Qərarında, 2-li Siyahı üzrə XXXİİİ başlığında göstərilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən 5-ci dərəcəli elektrik- qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir, (ƏMR 38-K, 14.07,1999-cu il) xx.xx.2000-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b" bəndinə əsasən {əmək müqaviləsinin müddətinin qurtarması ) işdən azad edilmişdir. ( ƏMR 4-K , 31.012000-ci il) -ATAK Sanayi ve Ticaret LTD Şirketinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli arayışdan görünür ki,İddiaçı xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə X4 Rehabilitasyonu proyektində qaynaqçı işləmişdir. -SMQ-2 MMC tərəfindən təqdim edilmiş 04 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Əhmədəli oğluna ondan ötrü ki, o, həqiqətən 01 avqust 1985-cı il tarixində (əmr 44/k xx.xx.1985-cu il) SMQ-2 MMC-də 3ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmişdir , xx.xx.1987-ci il tarixində 4-cü dərəcəli elektrik qaz qaynaqçısı (əmr 65/k xx.xx.1987-ci il) vəzifəsinə,xx.xx.1991- ci il tarixində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə (əmr 108 xx.xx.1990-ci il) ,xx.xx.1992-ci ildə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı (əmr 39/p xx.xx.1992-cı il) keçirilmişdir. 01 aprel 1996-ci ildən xx.xx.2002-cı il tarixinə qədər ödənişsiz öz hesabına məzuniyyətdə olmuşdur və xx.xx.2002-cı il tarixindən işdən azad edilmişdir, (əmr 09/k xx.xx.2002-cı il)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən 35 sayli koda əsasən rezervuarlarm, baklarm, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları bölməsinə uyğun olaraq rezervuarlarm və metal konstruksiyalarin hazirlanması və quraşdırılması işlərində əl ilə elektrik qaz qaynaqçısı calışmişdir və həmin dövrlərdə zərərli obyeklərdə çalışmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İdida tələbindən görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi stajı cavabdeh tərəfin də qeyd etdiyi kimi 25 ildən azdır. Belə ki, onun xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (06 ay 02 gün) təhsil aldığı, xx.xx.1982-ci il tarixdən xx.xx.1984cü il tarixədək (2 il 1 ay 17 gün) hərbi xidmətdə olduğu və xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək kimi 2 nömrəli Tikinti Material Trestində (16 il 10 ay 4 gün) işlədiyi dövrlər toplandıqda cəmi 19 il 5 ay 23 gün təşkil edir ki, bu hal ona 57 yaşdan əmək pensiyasının təyin edilməsini istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilir, lakin 57 yaşından əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajının xx.xx.2006-cı ilə qədər toplanması tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-798/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-798/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver