Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8/2020 03.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “xx xxx 2006-cı il tarixli JN 00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin cizgisinin koordinatlarında inzibati orqan tərəfindən yol verilmiş uyğunsuzluğun aradan qaldırılması və xx xxx 2006-ci il tarixində Quba rayon Dövlət Notariat kontorunda 4-Ə/273 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ №0078823)" və xx xxx 2006-cı il tarixli JN 00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onun mülkiyyətinə verilmiş 1,75 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirdi ki, xx xxx 2006-ci il tarixində Quba rayon Dövlət Notariat Kontorunda 4- Ə/273 nömrəsi ilə reyesterdə qeydiyyata alınmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ №20078823)" əsasında Mədinovlar ailəsindən (İslam Şövlət oğlu, Nabat Əmirbala qızı, Arzu islam qızı, Tural İslam oğlu) Quba rayonu Qrız-Dəhnə kəndində yerləşən, X6 Əliyevin dövlət torpaqlarının özəlləşdirilməsi ilə bağlı həyata keçirdiyi torpaq islahatının nəticəsi olaraq pay torpağı qismində ayrılmış, Quba rayonu Torpaq Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli JN 00xx xxx 30305058 saylı dövlət aktına əsasən satıcılara məxsus olan 17500 kv.m (1,75 ha) torpaq sahəsini mülkiyyətinə almışdır. Elə həmin gün səlahiyyətli orqanların nümayəndələrinin (yerli bələdiyyə, icra hakimiyyəti orqanın və torpaq şöbəsinin yerli nümayəndəsinin) iştirakı ilə aldığı torpağın naturada təhvil-təslimi) aparılmış, hazırda istifadəsində olan torpaq sahəsi ona təhvil verilmişdir. Alqı-satqı əsasında aldığı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət torpaq kadastrında qeydiyyata alınmış və bu barədə ona Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixində Dövlət aktı qeydiyyatı kitabında 1610 nömrəsi ilə qeydiyyata alınmış JN 00xx xxx 30305058 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" verilmişdir.Bundan sonra son 11 (on bir) ildən artıq müddət ərzində aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımı maneəsiz olaraq həyata keçirmişdir. Bu dövr ərzində həyat yoldaşı X3 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə diplomatik xidmət üçün uzunmüddətli ezam edildiyinə görə, ailəliklə ölkəmizin hüdudlarından kənarda diplomatik xidmətdə olmuşdur. İlin müəyən aylarında Azərbaycanda olduğu halda isə mülkiyyətində olan torpaq sahəsindən istifadə etmişdir.Bu müddət ərzində hər hansı şəxs tərəfindən ona qarşı həmin torpaq sahəsinə dair tələb irəli sürülməmişdir.xx xxxxxx 2017-ci il tarixində sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən **********49 saylı, xx xxxxxx 2017-ci il tarixli məktubla imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.Cavabdehin xx xxxxxx 2017-ci il tarixli imtina məktubunda birinci istinadı ondan ibarətdir ki, müraciət zamanı təqdim etdiyi JN-0125 (kod 30305058) saylı "Torpağa müİkiyyət hüququna dair" Dövlət Aktında göstərilən 1,75 ha torpaq sahəsinin cizgiləri cavabdehin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon Şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyata alınmamışdır.Cavabdehin dəlilinin əsassızlığına münasibətdə qeyd etmək istəyir ki, "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktını vermiş inzibati orqan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikası Pezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə ləğv edilmişdir.Həmin Fərmanın 2-ci bəndinin 1-ci yarımbəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası PrezidentininAdministrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək DƏDRX-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. DƏDRX ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olaraq, sonuncunun hüquqları, vəzifələri və öhdəlikləri üzrə bütün hərəkətlərini hal-hazırda bu dövlət qurumu yerinə yetirir.Ləğv edilmiş DTXK-nın Quba rayon Şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında mənim adıma qeydiyyatın olmamasına dair cavabdehin mövqeyini, qeydiyyatdan imtina üçün formal əsas kimi qəbul edir, lakin həqiqliyinə şübhə ilə yanışır. Hətta həmin məlumatın həqiqi olmasını qəbul etsək, buna görə vətəndaş olaraq onun hər hansı təqsiri yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, bənd 1).Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-ü maddəsinə əsasən ızibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu onkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.Göründüyü kimi, konkret halda sübutetmə yükü üzərində olan cavabdeh orqan stinad etdiyi halların mövcud olmasını sübut etməlidir.Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş, “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının (JN; 1xx xxx 30305058) mötəbərliyi heç vaxt şübhə doğurmamış və hazırda qüvvədir. Ona görə də, cavabdehin həmin sənədin mötəbərliyini şübhə altına alması «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən yolverilməzdir. Qeyd olunan maddi hüquq normasının tələbinə görə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı (JN;1xx xxx 30305058) onun Aktda göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Cavabdehin xx xxxxxx 2017-ci il tarixli imtina məktubunda ikinci istinadı ondan ibarətdir ki, daşınmaz əmlakın müayinəsi zamanı müəyyən olunmuşdur ki, dövlət aktında göstərilən torpaq sahəsinin cizgilərinin koordinatları naturada göstərdiyini torpaq sahəsinin cizgilərindən tam fərqlidir. İmtinaya əsasən, dövlət aktında göstərilən torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən meşə zolağı kimi göstərilmişdir. Cavabdehin həmin dəlili də əsasızdır. Ona görə ki, «Torpağa mülkiyyət hüququna dair» JN-007, kod 30305058 olan Dövlət Aktına əsasən Mədinovların (əvvəlki mülkiyyətçi) mülkiyyətində 4,75 ha torpaq sahəsi olduğundan və o alqı-satqı əsasında həmin torpağın yalnız 1,75 ha hissəsini aldığından, hələ alqı-satqı müqaviləsi bağlanmamışdan, əvvəl Quba rayon Torpaq Şöbəsinin əməkdaşları tərəfindən satılan və naturada ona göstərilərək təhvil verilən torpağın koordinatları müəyyən edilmişdir. Həmin koordinatlar sonradan ona Dövlət Aktı verilərkən əgər düzgün göstərilməyibsə, səlahiyyətli dövlət orqanının səhvinə görə o məsuliyyət daşımır. Hər halda, onun naturada istifadəsində olan torpaq sahəsi meşə zolağında yerləşmir, bunu yerində baxış zamanı cavabdehin mütəxəssisləri də müşahidə etmişlər. Mülkiyyətində olan torpaq sahəsindən meşəyədək bir neçə torpaq sahəsi yerləşir. Həmçinin Medinovların onunla alqı-satqı müqaviləsi bağladıqdan sonra mülkiyyətlərində qalan torpaq sahəsi də meşə zolağında ,yerləşməmiş və onda olan məlumata görə, Medinovlarda qalan torpaq sahələrinə artıq mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Beləliklə, onun istifadəsində olan 1,75 ha torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi, guya meşə zolağında yerləşməsinin də heç bir əsası yoxdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri haqqında qanunun 23-cü maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının və Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına Qeydiyyat orqanının vəzifəli şəxsləri cavabdehdirlər və qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Cavabdeh imtinasında həmçinin faktiki istifadədə olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinə aid olması göstərilmişdir. Lakin cavabdeh sözügedən torpaq sahəsinin konkret olaraq hansı hüquqi əsasla, kimin adına mülkiyyət -hüquqları ilə qeydiyyata alınmasını göstərə bilmədiyi üçün, həmin halı da qeydiyyatdan mtina üçün növbəti formal əsası kimi qiymətləndirir. Adına rəsmiləşdirilmiş dövlət Aktında torpaq sahəsinin təyinatının düzgün göstərilməməsinə gəldikdə bildirir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı (JN; 1xx xxx 30305068), əvvəlki mülkiyyətçi ilə bağladığım xx xxx 2006-ci il tarixli alqıt-satqı müqaviləsi əsasında verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Hesab edir ki, onun torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınaraq, adına səlahiyyətli orqan tərəfindən Dövlət Aktı verildiyi üçün, hüquqlarının müdafiəsinə və toxunulmazlığına dövlət təminatı mövcuddur. Lakin Cavabdehin imtinası onun dövlət təminatı olan mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxarır. Cavabdehin xx xxxxxx 2017-ci il tarixli məktubunda inzibati orqan tərəfindən Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara istinad olunmadığı üçün, müvafiq qeydiyyatın aparılmasından imtina əsassızdır.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmədə iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X1 rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən 1.75 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-in 5 saylı Ərazi İdarəsinə xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir.Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə edilmiş JN-01xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair’' Dövlət Aktında göstərilən 1.75 ha torpaq sahəsinin cizgiləri 5 saylı Ərazi idarəsinin məlumat bazasında olan xəritədə özəksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır.Bundan əlavə daşınmaz əmlakın müayinəsi zamanı müəyyən olunmuşdur ki, dövlət aktında göstərilən torpaq sahəsinin cizgilərinin koordinatları naturada göstərilmiş torpaq sahəsinin cizgilərindən tam fərqlidir.Belə ki, dövlət aktında göstərilən torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən meşə zolağı kimi göstərilmişdir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir.Faktiki istifadə olunan torpaq sahəsi isə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinə aiddir.Bundan əlavə JN-0125 (KOD 30305058) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə əsas olmuş müqavilədən müəyyən olunur ki, torpaq sahəsi JN-0007 saylı Dövlət Aktı əsasında alqı-satqı olunub. Sözügedən dövlət aktına əsasən həmin torpaq sahəsi kənd tərəsürrafatı məhsullarının istehsalı məqsədilə verilmişdir.Araşdırma zamanı müəyyən olunmuşdur ki, JN-0125 (KOD 30305058) saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgiləri satın alınmış torpaq sahəsinin cizgilərindən kəskin fərqli olmaqla, tamamilə başqa yerdə yerləşir. Həmçinin torpaq sahəsinin məqsədli istifadə növü dəyişdirilərək fərdi mənzil tikintisi üçün ayrıldığı qeyd olunmuşdur. Bildiririk ki, alqı-satqı müqaviləsində göstərilən JN-0007 saylı Dövlət aktının məlumat bazasındakı xəritədə göstərilən cizgilərinə dövlət reyestrindən çıxarış verilmişdir.“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Danununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir.Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı saydada aparılır:daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması;bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi.Bu səbəbdən də, hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət edilmiş ərizənin erasını təmin etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərzənin icrasından xx.xx.2017-ci il tarixli **********49 nömrəli məktubla imtina olunmuşdur.Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********49 saylı, xx xxxxxx 2017-ci il nömrəli imtina məktubu, xx.xx.2018-ci il tarixli **********29 nömrəli etirazı, JN-0125 (KOD 30305058) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/1939 saylı ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınasını tələb etdiyi müvafiq torpaq sahəsinin təyinatı meşə fondu torpaqlar olduğundan, ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı aid 1.75 ha torpaq sahəsinin naturada mövcud olduğu və faktiki ölçüsünün 0.5 ha təşkil etdiyi, dövlət aktında göstərilən cizgilərlə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin cizgiləri qismən üst-üstə düşür. Həmin dövlət aktında göstərilən torpaq sahəsinin koordinatlarının başqa şəxslərin torpaq sahələrinin koordinatları ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin ekspert rəyinə görə həmin torpaq sahəsinin təyinatı Dövlət mülkiyyətinə aid olmaqla meşə fondu torpaqlarında yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi ekpertiza nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı Dövlət mülkiyyətinə aid olmaqla meşə fondu torpaqlarında olması müəyyən olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “xx xxx 2006-cı il tarixli JN 00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin cizgisinin koordinatlarında inzibati orqan tərəfindən yol verilmiş uyğunsuzluğun aradan qaldırılması və xx xxx 2006-ci il tarixində Quba rayon Dövlət Notariat kontorunda 4-Ə/273 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ №0078823)" və xx xxx 2006-cı il tarixli JN 00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onun mülkiyyətinə verilmiş 1,75 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “xx xxx 2006-cı il tarixli JN 00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin cizgisinin koordinatlarında inzibati orqan tərəfindən yol verilmiş uyğunsuzluğun aradan qaldırılması və xx xxx 2006-ci il tarixində Quba rayon Dövlət Notariat kontorunda 4-Ə/273 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ №0078823)" və xx xxx 2006-cı il tarixli JN 00xx xxx 30305058 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onun mülkiyyətinə verilmiş 1,75 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-8/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver