Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı “21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi İddiaçı "Vergilərin hesablanması barədə" 16.01.2018-ci il tarixli **********881500 nömrəli Qərara əsasən 2016-cı ilin fevral ayına ƏDV üzrə 6836,79 manat, 05.09.2016-cı il tarixli **********775600 nömrəli Qərara əsasən 2016-cı ilin may ayına ƏDV üzrə 3940,09 manat 11.01.2018-ci il tarixli **********199600 nömrəli Qərara əsasən 2016-cı ilin iyun ayına ƏDV üzrə 22017,24 manat 12.12.2017-ci il tarixli **********287600 nömrəli Qərara əsasən 2016-cı ilin iyul ayına ƏDV üzrə 11189,28 manat 19.12.2017-ci il tarixli **********859800 nömrəli Qərara əsasən 2017-cı ilin iyul ayına ƏDV üzrə 66482,01 manat 21.12.2017-ci il tarixli **********182000 nömrəli Qərara əsasən 2017-cı ilin Gəlir vergisi üzrə 23380,93 manat əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ƏDV üzrə 110 465,41 manat, gəlir vergisi üzrə isə 23 380,93 manat, ümumilikdə 133 846,34 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017- d il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli "Vergilərin hesablanması barədə" Qərarları qanunsuz və əsassız hesab etmişdirlər:
1. 2016-cı ilin may ayı üzrə iddiaçı tərəfindən 06.07.2016-cı il tarixdə ƏDV bəyannaməsi təqdim edilmiş və həmin bəyannamənin 1 nömrəli əlavəsində 31.05.2016-cı il tarixli **********9311 nömrəli yük gömrük bəyannaməsi (bundan sonra YGB) barədə məlumatlar daxil edilərək 4792,0 manat ƏDV məbləği hesabat dövrü üzrə əvəzləşdirilmişdir. Bununla bağlı cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə ünvanlanmış 28.07.2016-cı il tarixli **********677200 nömrəli məktubda ƏDV bəyannaməsində YGB məlumatlarının düzgün daxil edilmədiyi, yəni Dövlət Gömrük Komitəsindən əldə edilmiş məlumatlara əsasən əvəzləşdiriməli olan ƏDV məbləğinin 4792 manat deyil, 3940,09 manat olduğu qeyd edilmişdir. Bundan sonra iddiaçı tərəfindən 11.08.2016-cı il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək əvəzləşdirilməli olan ƏDV-nin məbləği 3940,09 manat bəyan edilmişdir. Lakin bundan sonra cavabdeh vergi orqanı 15.08.2018-ci il tarixli məktubla yenidən iddiaçıya müraciət edərək bu dəfə ƏDV bəyannaməsində YGBnin tarixinin düzgün qeyd edilmədiyini əsas gətirmiş və 05.09.2016-cı il tarixli **********775600 nömrəli "Vergilərin hesablanması barədə" Qərara əsasən bəyannamədə əks olunan 3940,09 manat əvəzləşdirməni etibarsız hesab etmişdir. Halbuki, bir əvvəlki 28.07.2016-cı il tarixli məktubda vergi orqanı DGK-dən əldə edilmiş məlumatlara əsasən iddiaçının sadəcə əvəzləşdirilməli ƏDV məbləğini 851 manat artıq bəyan etdiyini qeyd etmişdir. Göründüyü kimi, vergi orqanının özündə Dövlət Gömrük Komitəsinin cəmiyyətə məxsus YGB-ləri barədə məlumatları olduğu və 28.07.2016-cı il tarixli məktubda YGB-ni və əvəzləşdirilməli ƏDV məbləğini etiraf etdiyi halda, daha sonra cəmiyyətin ƏDV bəyannaməsində bəyan edilən 3940,09 manat əvəzləşdirməni əsassız olaraq etibarsız hesab etmişdir.
2. 2016-cı ilin fevral ayı üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyə 61897,0 manat (o cümlədən hesablanmış ƏDV 11141,46 manat), idxal edilmiş malların dəyəri 83232,66 manat (o cümlədən ödənilmiş və əvəzləşdirilməli olan ƏDV 14981,88 manat) bəyan edildiyi halda, vergi orqanı 2016-cı ilin yanvar-mart aylarında idxal edilmiş malların dəyərini əsas götürərək, cəmiyyətə 6836,79 manat əlavə vergi məbləği hesablamışdır. Belə ki, cavabdeh hesab etmişdir ki, cəmiyyət yanvar-mart aylarında idxal etdiyi malları həmin dövrdə tam şəkildə təqdim etmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2016-cı ilin iyun-iyul və 2017-ci ilin iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə də yuxarıda qeyd olunan əsaslarla, 01.01.2016-31.07.2017-ci il tarixləri ərzində idxal edilmiş (və vergi orqanı tərəfindən 2016-cı ilin iyun-iyul və 2017-ci ilin iyul aylarında tam şəkildə satıldığı iddia edilən) malların dəyərini əsas götürərək, kameral vergi yoxlaması həyata keçirmiş və cəmiyyətə "Vergilərin hesablanması barədə" 11.01.2018-ci il tarixli **********199600 nömrəli Qərara əsasən 2016-cı ilin iyun ayı üzrə 22017,24 manat, 12.12.2017-ci il tarixli **********287600 nömrəli Qərara əsasən 2016-cı ilin iyul ayı üzrə 11189,28 manat və 19.12.2017-ci il tarixli **********859800 nömrəli Qərara əsasən 2017- ci ilin iyul ayı üzrə 66482,01 manat əlavə vergi məbləği hesablamışdır. Halbuki, cəmiyyət 2016-cı ilin fevral, iyun-iyul və 2017-ci ilin iyul aylarında təqdim etdiyi malların dəyərini ƏDV bəyannaməsində tam şəkildə bəyan etmiş, satılmamış və mal qalığı qismində saxlanılmış digər malları isə satıldığı sonrakı aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bəyan etmişdir. Belə ki, Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sadalananlardan aydın olduğu kimi, ƏDV üzrə hesabat dövrü aydır və təqdim edilən bəyannamədə həmin təqvim ayı ərzində vergi tutulan əməliyyatların ümumi dəyəri, başqa sözlə desək vergi ödəyicisinin müştərilərdən və ya hər hansı digər şəxslərdən aldığı, yaxud almağa hüququ olduğu haqqların ƏDV nəzərə alınmadan məbləği əks etdirilir. İş materiallarından aydın olduğu kimi, iddiaçı 2016-cı ilin fevral, iyun-iyul və 2017-ci ilin iyul ayları üzrə təqdim etdiyi bəyannamələrdə həmin hesabat dövründə aldığı haqqların dəyərini (2016-cı ilin fevral ayı üzrə 61897,0 manat, iyun ayı üzrə 144082,0 manat, iyul ayı üzrə 66504,0 manat) bəyan etdiyi halda, vergi orqanı cəmiyyətin mal qalığını araşdırmadan, həmin mallara yerində baxış keçirmədən və əlində heç bir əsas və sübut olmadan idxal edilmiş bütün malları satılmış kimi qəbul edərək, fərziyyə əsasında cəmiyyətə əlavə vergi məbləği hesablamışdır. Halbuki, cəmiyyət yanvar-mart ayları ərzində idxal etdiyi bütün malların satışını fevral ayı ərzində, yanvar-iyun ayları ərzində idxal etdiyi bütün malların satışını iyun ayı ərzində, yanvar-iyul ayları ərzində idxal etdiyi bütün malların satışını isə iyul ayı ərzində deyil, sonrakı aylar ərzində həyata keçirmiş və satılmış mallardan daxil olan vəsaitləri isə satışın həyata keçirildiyi aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirmişdir. Yəni cəmiyyətə vergi hesablanan zaman idxal edilmiş malların satışı tam həyata keçirilməmiş, satılmamış mallar isə mal qalığı qismində saxlanılmışdır. "İnzibati icraat haqqında" AR Qanununun 11.1 -ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan aydın olduğu kimi, inzibati orqan inzibati akt qəbul edərkən işin faktiki hallarını, o cümlədən inzibati aktın doğruluğunu şliphə altına ala biləcək hər bir halı tam və obyektiv araşdırmalı və inzibati aktın qəbul edilməsini zəruri edən bütün sübutları toplamalıdır. Başqa sözlə desək, hazırkı işdə cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktları qəbul edərkən, satıldığını iddia etdiyi idxal edilmiş malların faktiki olaraq satıldığını və mal qalığı qismində saxlanılmadığını mötəbər sübutlarla təsdiq etməli idi. İnzibati Prosessual Məcəlləninn 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, mübahisələndirilən inzibati aktın əsaslı və qanuni olmasını təsdiq etmək üçün cəmiyyət tərəfindən idxal edilmiş malların faktiki olaraq 2016-cı ilin fevral, iyun-iyul və 2017-ci ilin iyul ayları ərzində təqdim edilməsi cavabdeh vergi orqanı tərəfindən sübut edilməlidir.
3. Eyni zamanda, 21.12.2017-ci il tarixli **********182000 nömrəli "Vergilərin hesablanması barədə" qərara əsasən cəmiyyətə 2016-cı ilin Gəlir vergisi üzrə 23380,93 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsasını isə yuxarıda qeyd olunan kimi 2016-cı ilin fevral, iyun və iyul ayları üzrə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində əsassız olaraq müəyyən edilmiş vergiyə cəlb edilən əlavə dövriyyə təşkil etmişdir. İnzibati Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırki Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Vergilərin hesablanması barədə" 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğlərinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Vergi Məcəlləsinin: 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri oian məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2016-cı ilin yanvar-mart ayları üzrə idxal edilmiş malların, ehtiyatların və əsas vəsaitlərin təyinatının, həmçinin gətirilmiş malların kommersiya və ya qeyri-kommersiya fəaliyyətinə aid olunması, satılması və satış dəyərinin müvafiq vergi bəyannamələrində əks olunan dövriyyə məbləğinə daxil edilib-edilməməsi barədə məlumatların vergi orqanına təqdim edilməməsi müəyyən edilmişdir. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 6836,79 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 16.01.2018-ci il tarixli **********881500 nömrəli qərar elektron üsulla 17.01.2018-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 19.02.2018-ci il tarixdə oxunmuşdur. Cavabdeh bildirir ki, 2016-cı ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində **********9311 nömrəli yük gömrük bəyannaməsinin tarixinin düzgün qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 3940,09 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə" 05.09.2016-cı il tarixli **********775600 nömrəli qərar elektron üsulla 06.09.2016-cı il tarixdə vergi ödəyicisinə göndərilmiş və 14.09.2016-cı il tarixdə oxunmuşdur. Vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər əsasında aparılan araşdırma zamanı 01.01.2016-cı il tarixdən 30.06,2016-cı il tarixədək olan dövr üzrə 336620,434 manat dəyərində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq hesabat dövrləri üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 117857,44 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 22017,24 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 11.01.2018-ci il tarixli **********199600 nömrəli qərar elektron üsulla 11.01.2018-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 12.01.2018-ci il tarixdə oxunmuşdur. Bundan əlavə, 01.01.2016-cı il tarixdən 31.07.2016-cı il tarixədək olan dövr üzrə 417169,20 manat dəyərində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, vergi ödəyicisi tərəfindən müvafiq hesabat dövrləri üçün təqdim olunmuş bəyannamələr üzrə göstərilmiş 432210,20 manat dövriyyə məbləği ilə idxal olunmuş malların real bazar qiymətləri nəzərə alınmaqla müəyyən olunmuş satış dövriyyəsi arasında fərq yaranmışdır. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 11189,28 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 12.12.2017-ci il tarixli **********287600 nömrəli qərar elektron üsulla 13.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 20.12.2017-ci il tarixdə oxunmuşdur. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə 2016-cı il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstərilən gəlir məbləği ilə müvafiq hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş cəmi gəlir məbləği arasında fərq kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı il üçün gəlir vergisi bəyannaməsi üzrə 23380,93 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərar elektron üsulla 21.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 22.12.2017-ci il tarixdə oxunmuşdur. Qeyd etmək lazımdır ki, vergi orqanında olan sənədlər əsasında aparılan araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,0 manat mal qalığının olduğu, 01.01.2016- 31.07.2017-ci illər ərzində onun tərəfindən 728473,87 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar, eyni zamanda, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 584036,88 manat göstərilməsi, həmçinin istifadəsində və mülkiyyətində aktiv təsərrüfat subyektinin olmaması (və ya sahəsinin 30 kv.m.-dən az olması) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 66482,01 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 19.12.2017-ci il tarixli **********859800 nömrəli qərar elektron üsulla 20.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 20.12.2017-ci il tarixdə də oxunmuşdur. Qeyd edilənlərə əsasən iddianı əzassız hesab etmişlər. İş məhkəmənin icraatında olarkən mübahisələndirilən qərarlarla hesablanmış borclar vergi orqanı tərəfindən silindiyi üçün iddiaçı iddia tələbinin azaldılması barədə ərizələr vermişdir. İddiaçı əvvəlcə iddia ərizəsini dəqiqləşdirərək 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarların ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğlərinin azaldılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən vergilərin bir qismi öz təşəbbüsü ilə azaldıldığı üçün iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Cavabdeh ərizəyə etirazında qeyd etmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” **********775600 nömrəli 05.09.2016-cı il, **********287600 nömrəli 12.12.2017-ci il, **********859800 nömrəli 19.12.2017-ci il, **********182000 nömrəli 21.12.2017-ci il, **********199600 nömrəli 11.01.2018-ci il və **********881500 nömrəli 16.01.2018-ci il tarixli qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmə icraatında olduğu dövrdə iddiaçı dəqiqləşdirilmiş ərizə ilə məkəməyə müraciət edərək, “Vergilərin hesablanması barədə” **********775600 nömrəli 05.09.2016-cı il, **********182000 nömrəli 21.12.2017-ci il tarixli qərarların ləğv edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə 19.02.2021-ci il tarixdə saat 10:30-da keçirilmiş məhkəmə iclasında cavabdehə təqdim olunmuş və iddia tələbinə qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İşin mahiyyəti ilə əlaqədar bildirirlər ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin may ayı üzrə ƏDV bəyannaməsində əvəzləşməyə salınmış **********9311 nömrəli YGB seriyalı yük gömrük bəyannaməsinin tarixi 31.05.2016-cı il kimi qeyd olunsa da, DGK- dən daxil olmuş məlumatlara əsasən həmin yük gömrük bəyannaməsinin tarixi 01.06.2016-cı il tarixli olduğu üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 15.08.2016-cı il tarixli **********507300 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və sənədlər təqdim etmədiyinə görə 2016-cı ilin may ayına ƏDV bəyannaməsi üzrə 3940,09 manat əlavə dəyər vergisi məbləği əvəzləşmədən çıxarılmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 05.09.2016-cı il tarixli **********775600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. (Qeyd: həmin YGB 2016-cı ilin iyun ayında vergi ödəyicisi tərəfindən əvəzləşdirilmişdir). Bundan əlavə, vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə dövriyyə 152620,65 manat təşkil etməsinə baxmayaraq, həmin il üzrə 01.04.2017-ci il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsində VHF üzrə təqdim edilmiş malların dəyəri 23954,00 manat dövriyyə göstərildiyindən kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 03.04.2017-ci il tarixli **********938300 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və sənədlər təqdim etmədiyinə görə 2016-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 152620,65 manat dövriyyə bərpa edilərək, ümumilikdə 25816,13 manat əlavə vergi məbləği hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2017-ci il tarixli **********092200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin, 01.12.2017-ci il tarixdə vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, 620955,00 manat dövriyyə və 608779,00 manat xərc göstərilməklə, hesablanmış vergi məbləğini 2435,20 manat azaltmışdır. Bununla bağlı vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 04.12.2017-ci il tarixli **********005800 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və sənədlər təqdim etmədiyinə görə 2016-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 152620,65 manat dövriyyə bərpa edilərək, ümumilikdə 25816,13 manat əlavə vergi məbləği hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda 21.12.2017-ci il tarixli qərarla bundan əvvəlki 02.05.2017-ci il tarixli **********092200 nömrəli qərar ləğv edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qanunvericiliyin qeyd olunan normasına əsasən bildirirlər ki, vergi orqanı tərəfindən hesablanmış vergilər Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmış, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. Vergi Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı məhkəmə prosesi gedişində vergi orqanı tərəfindən iddiaçıya hesablanmış borcların silindiyini yalnız 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar ilə hesablanmış borcun qaldığını bildirmiş və ərizəsini yenidən dəqiqləşdirərək 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıya hesablanmış vergi borclarının hamısı silinmiş yalnız 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar ilə hesablanmış borc qalmışdır. Vergi orqanı ƏDV üzrə borcları sildiyi üçün 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar ilə hesablanmış borcun əsası qalmamışdır, həmin borcda silinməli idi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsidə qeyd etmişdir ki, 2016-cı ilin fevral, iyul və iyun ayları üzrə kameral vergi yoxlaması nəticəsində aparılmış hesablama ilə həmin ilin gəlir vergisi üzrə aparılmış gəlir vergisi üzrə hesablamanın əsası eynidir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün onlarda əlavə məlumat olmur.
İddiaçı hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və həmin orqana müvafiq sorğular edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi vəsatətlə bağlı rəy və sübutların təqdim edilməsi barədə ərizəsində qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsi 01.04.2021-ci il tarixli 2-1(118)-8/2021 nömrəli məktubuna cavab olaraq bildirik ki, İddiaçı (VÖEN **********) tərəfindən 2016-cı ilin yanvar-mart ayları ərzində İdxal edilmiş malların, ehtiyatların və əsas vəsaitlərin təyinatının, həmçinin gətirilmiş malların kommersiya və ya qeyrikommersiya fəaliyyətinə aid olunması, satılması və satış dəyərinin müvafiq vergi bəyannamələrində əks olunan dövriyyə məbləğinə daxil edilib-edilməməsi barədə təfsilatlı məlumatların vergi orqanına təqdim edilməməsi səbəbindən kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşma ilə bağllı vergi ödəyicisinə 22.04.2016-cı il tarixli **********322900 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin fevral ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 99879,19 manat dövriyyə bərpa edilməklə və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 83 232.66 manat mbələğində vəsaitə görə 14 981.88 manat əvəzləşmə nəzərə alınmaqla 2 996.37 manat əlavə vergi məbləği hesablanmış və Vergilərin hesablanması barədə 04.05.2016-cı il tarixli **********874300 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin 02.10.2020-ci il tarixdə kameral vergi yoxlaması aparılmaqla 21.12.2017-ci il tarixdə vergi ödəyicisi tərəfindən fevral 2016-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmaqla 61 897.00 manat dövriyyə bərpa edilmiş, 83 232.66 manat məbləğ əvəzləşməyə qəbul edilmiş və beləliklə də 3 840.42 manat məbləğin büdcədən qaytarılması təmin olunmuşdur. Bununla bağlı vergi ödəyicisinə 02.10.2020-ci il tarixli **********970100 nömrəli Vergilərin hesablanması barədə Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin may ayı üzrə Əlavə dəyər vergisi bəyannaməsində əvəzləşməyə salınmış **********9311 nömrəli YGB seriyali yük gömrük bəyannaməsinin tarixi 31.05.2016-cı il kimi qeyd olunsa da, DGK-dən daxil olmuş məlumatlara əsasən həmin yük gömrük bəyannaməsinin tarixi 01.06.2016-cı il tarixi olduğu üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 15.08.2016-cı il tarixli **********507300 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin may ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 3940,09 manat əlavə dəyər vergisi məbləği əvəzləşmədən çıxarılmışdır. (Həmin YGB 2016-cı ilin iyun ayında vergi ödəyicisi tərəfindən əvəzləşdirilmişdir.) Vergilərin hesablanması barədə 05.09.2016-cı il tarixli **********775600 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2016-cı ilin iyun ayı ərzində 336620,43 manat məbləğində mallar idxal edilməsinə baxmayaraq dövr ürzə təqdim edilmiş bəyannamədə 23 953,97 manat dövriyyə göstərildi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 18.08.2016-cı il tarixli **********664200 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin iyun ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 266400,64 manat dövriyyə bərpa edilmək və ödəyici tərəfindən təqdim edilmiş 104002,44 manat məbləğində əvəzləşmə nəzərə alınmaqla 29231,68 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 24.08.2016-cı il tarixli **********349500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin 02.10.2020-ci il tarixdə kameral vergi yoxlaması aparılmaqla 24.12.2017-ci il tarixdə vergi ödəyicisi tərəfindən iyun 2016-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmaqla 144082.00 manat dövriyyə bərpa edilmiş, 144 082,00 manat məbləğ əvəzləşməyə qəbul edilmiş və beləliklə də 3274.23 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 01.01.2016-cı il tarixdən 31.07.2016-cı il tarixədək olan dövr üzrə 417169,20 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq hesabat dövrləri üçün təqdim olunmuş bəyannamələr üzrə göstərilmiş 432210,20 manat dövriyyə məbləği ilə, İdxal olunmuş malların real bazar qiymətləri nəzərə alınmaqla müəyyən olunmuş satış dövriyyəsi arasında fərq yaranmışdır ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 19.09.2016-cı il tarixli **********833400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin iyul ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 128666,68 manat dövriyyə bərpa edilmək və ödəyici tərəfindən təqdim edilmiş 68141,72 manat məbləğində əvəzləşmə nəzərə alınmaqla 10894,49 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 28.09.2016-cı il tarixli **********915100 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin 02.10.2020-ci il tarixdə kameral vergi yoxlaması aparılmaqla 29.11.2017-ci il tarixdə vergi ödəyicisi tərəfindən iyul 2016-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmaqla 66504,00 manat dövriyyə bərpa edilmiş, 68141,72 manat məbləğ əvəzləşməyə qəbul edilmiş və beləliklə də 294,79 manat məbləğin büdcədən qaytarılması təmin olunmuşdur. Bununla bağlı vergi ödəyicisinə 02.10.2020-ci il tarixli **********967300 nömrəli Vergilərin hesablanması barədə Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə dövriyyə 152620,65 manat təşkil etməsinə baxmayaraq, həmin il üzrə 01.04.2017-ci il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsində VHF üzrə təqdim edilmiş malların dəyəri- 23954.00 manat dövriyyə göstərildiyindən kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 03.04.2017-ci il tarixli **********938300 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 152620,65 manat dövriyyə bərpa edilərək ümumilikdə 25816,13 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 02.05.2017-ci il tarixli **********092200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin 01.12.2017-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, 620955,00 manat dövriyyə və 608779,00 manat xərc göstərilməklə, hesablanmış vergi məbləğini 2435,20 manata azaltmışdır. Bununla bağlı vergi ödəyicisinə 04.12.2017-ci il tarixli **********005800 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 152620,65 manat dövriyyə bərpa edilərək ümumilikdə 25816,13 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 21.12.2017-ci il tarixli **********182000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsi 01.04.2021-ci il tarixli 2-1(118)-8/2021 nömrəli məktubunda qeyd olunan suallarla bağlı aşağıdakıları qeyd etmişdirlər: 2016-cı ilin fevral, iyul və iyun aylarına əlavə vergi hesablanmasına əsas nə olmuşdur?- Qeyd olunan dövrlər üzrə vergilərin hesablanmasına əsas verən sənəd və sübutlar xidməti məktuba əlavə olunmuş rəydə öz əksini tapmışdır. 2016-cı ilə gəlir vergisi üzrə əlavə vergi hesablanmasına əsas nə olmuşdur?- Qeyd olunan dövr üzrə vergilərin hesablanmasına əsas verən sənəd və sübutlar xidməti məktuba əlavə olunmuş rəydə öz əksini tapmışdır. 2016-cı ilin gəlir vergisi üzrə əlavə vergi məbləğinin hesablanmasına əsas vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri ilə gəlir vergisi bəyannaməsi arasında yaranmış dövriyyə fərqi yoxsa kameral vergi yoxlaması nəticəsində ƏDV üzrə müəyyən edilmiş dövriyyə ilə gəlir vergisi bəyannaməsi arasında yaranan dövriyyə fərqi olmuşdur?- Qeyd olunan dövr üzrə vergi məbləğinin hesablanmasına əsas kameral vergi yoxlaması nəticəsində ƏDV üzrə müəyyən edilmiş dövriyyə ilə gəlir vergisi bəyannaməsi arasında yaranan dövriyyə fərqi olmuşdur. 2016-cı ilin fevral, iyul və iyun ayları üzrə kameral vergi yoxlaması nəticəsində aparılmış hesablama ilə həmin ilin gəlir vergisi üzrə aparılmış gəlir vergisi üzrə hesablamanın əsası eynidirmi?-Bəli eynidir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarın ləğv edilməsini istəyir. Cavabdeh inzibati orqan isə həmin qərala bağlı qeyd edir ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə 2016-cı il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstərilən gəlir məbləği ilə müvafiq hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş cəmi gəlir məbləği arasında fərq kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı il üçün gəlir vergisi bəyannaməsi üzrə 23380,93 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərar elektron üsulla 21.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cavabdeh tərəfindən iddiaçıya 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, “Vergilərin hesablanması barədə” Qərarlarla ƏDV ilə bağlı əlavə vergilər hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, təqdim edilmiş bəyannamələr əsasında səlahiyyətli vergi orqanı tərəfindən həmin borclar silinmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən və qüvvədə olan 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” qərarla vergi ödəyicisinə hesablanmış borcun əsasını ƏDV üzrə yaranmış uyğunsuzluqlar təşkil etdiyi halda bu uyğunsuzluğun mövcudluğu əsasının qalmasını cavabdeh inzibati orqan sübut edə bilməmişdir. İddiaçı barədə vergi öhdəlikləri ilə bağlı qərarlar qəbul etmək səlahiyyəti olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsidə 2016-cı ilin fevral, iyul və iyun ayları üzrə kameral vergi yoxlaması nəticəsində aparılmış hesablama ilə həmin ilin gəlir vergisi üzrə aparılmış gəlir vergisi üzrə hesablamanın əsası eyni olmasını bildirmiş, cavabdeh inzibati orqan isə mübahisələndirilən qərarın hüquqi əsasının mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı iddianın predmeti olmuş, iddiaçı vergi ödəyicisinə kameral qaydada hesablanmış borcların əsas hissəsinin silinməsi mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh inzibati orqanın lazımı araşdırma aparmadığını göstərir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi qanunverici yuxarıda qeyd olunan normalarla vətəndaşı qanunazid yaranmış vergi öhdəliklərinin tələb edilməsindən qoruyaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsini təminat altına almışdır. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan ona münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev