Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-80/2020 23.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.N017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.N017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.N017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündənxx.xx.N017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı həqiqi hərbi xidməti bitirdikdən sonra N saylı hərbi hissənin rəhbərliyi tərəfindən xx.xx.N016-cı il tarixdə rabitə- radio-telefonçu kursuna göndərilmişdir. Kursu bitirdikdən sonra N saylı hərbi hissədə xx.xx.N017-ci il tarixdən rabitə-radio-telefonçu kimi müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul edilmiş və bu barədə ona AD seriyalı, №0033709 saylı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi verilmişdir. Hərbi hissədə çalışdığı dövrdə ona hər hansı intizam tənbehi elan edilməmiş, işinə vicdanla yanaşmış, tapşırıqları vaxtından və düzgün yerinə yetirmişdir. xx.xx.N017-ci il tarixdə məzuniyyətə çıxmış, xx.xx.N017-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ondan müvafiq jurnala xx.xx.N017-ci il tarixi üçün imza atması istənilmiş, lakin bu barədə ona heç nə bildirilməmişdir. Bugünə kimi rəsmi şəkildə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb-buraxılmaması, ehtiyata buraxılmışsa bunun səbəbləri, onun əsası, əgər mövcuddursa buraxılma əmri barədə məlumat verilməmiş, şəxs hər hasnı bu tipli rəsmi sənədlə tanış etdirilməmişdir. Dəfələrlə N saylı hərbi hissə komandanlığına müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Üstəlik iddiaçı qeyd edir ki, ona təhkim edilmiş silah bugünə kimi onun adından çıxarılmamış, onun Şəxsi vəsiqəsində bu barədə qeydiyyat aparılmamış, ümumiyyətlə ona məxsus həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi özündə qalmış, ona hərbi bilet verilməmişdir. Bu fakt baş vermiş qanunsuzluğa, vəzifə səriştəsizliyinə, habelə vəzifədən sui-istifadəyə dəlalət edir. Bu barədə V.Mikalıyov Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, orada bildirilmişdir ki, o rəsmi olaraq ehtiyata buraxılmamışdır və mütləq şəkildə hərbi hissəyə, xidmətinin başına qayıtmalıdır. İddiaçı birdaha hərbi hissəyə qayıtsa da, o hərbi hissəyə buraxılmamışdır. İddiaçı ərizələrinə bu günə qədər rəsmi cavab verilməmişdir. Halbuki, Azərbaycan Respublikası "Hərbi qulluqçuların statusu haqqında" Qanununun NN-ci maddəsinin 1-ci bəndində deyilir ki, hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin 4-cü bəndinə deyilir ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. İddiaçı bugünə qədər qanunsuz şəkildə hərbi hissəyə buraxmamaqla onun "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş əmək hüququ, pul təminatı, maddi təminat hüququ, istirahət hüququ və digər hüquqları kobud şəkildə pozulmuşdur. Həmin Qanunun 3-cü maddəsində deyilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi İddiaçı hərbi qulluqçu statusunu qanuni şəkildə əldə etsə də, bu statusu itirməsi barədə ona rəsmi şəkildə hər hansı sənəd təqdim edilmədiyindən o hələ də hərbi qulluqçu hesab edilir. Eyni zamanda iddiaçı qeyd edir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun N6-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmin Qanunun N6-cı maddəsinin N-ci bəndinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Bunlara əsaslanaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 15-ci maddələrini rəhbər tutaraq, verilmiş vəkil sorğusuna Abşeron rayonu, Pirəkəşkül-N y/m yerləşən N saylı Hərbi hissə əmrin özünü deyil, ehtimal edilən əmrin verilməsi üçün əsas olmuş sənədləri rəsmi şəkildə xx.xx.N019-cu il tarixdə təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, güya hərbi qulluqçu İddiaçı xidməyi dövrdə bir neçə dəfə intizam məsuliyyətinə cəlb edilmiş və ona töhmət elan edilmişdir. Halbuki bu kimi hərəkətlər zamanı müvafiq orqan şəxsi rəsmi şəkildə, müvafiq sənədə imza atdırılmaqla bu barədə məlumatlandırmalı idi. Həmçinin göndərilən sənədlərdən belə məlum olur ki, İddiaçı ehtiyata buraxılması barədə əmr polkovnik leytenant Kamal Əliyev tərəfindən verilmişdir, hansı ki, o, N saylı Ordu Korpusunun şəxsi heyət üzrə müavinin köməkçisidir. Əmr 40KK-051/ƏÇ nömrəsi ilə qeydiyyata alınmış və xx.xx.N017-ci il tarixdə verilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 6N.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maraqlıdır ki, əgər hərbi qulluqçu xx.xx.N017-ci il tarixdə xidməti uyğunsuzluq əmri ilə ehtiyata buraxılırsa, o zaman xx.xx.N017-xx.xx.N017-ci il tarixlərində rəsmi məzuniyyətə necə buraxılmışdır? Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N-ci və N.N.1- ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.N017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündənxx.xx.N017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil işitrak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhlkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx xxxxxx N017-ci il tarixli 051 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə(xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə xx xxxxxx N017-ci il tarixdən şəxsi heyət sıyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə göndərilmişdir. İddiçı xidmət etdiyi dövrdə dəfələrlə cəzalandırılmışdır. İddiaçı xidmətdən azad olunanda onunla söhbət vərəqəsi tərtib edilir, araşdırma aparılır. Sonra imza edir. Sonra şərəf məhkəməsi iclası keçirilibdir. Şərəf məhkəməsi keçiriləndə qərara alınıb ki, İddiaçı xidmət yerinə çıxmadığı, öz vəzifə borclarına səhlənkar və məsuliyyətsiz yanaşması, hərbi nəzakət və davranış qaydalarına riayət etməməsi, hərbi geyimi düzgün daşımaması və bölüyün digər şəxsi heyətinə pis nümunə olduğu nəzərə alınaraq onun “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156cı maddəsinin “e” bəndinə(xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdı. İddiaçı təxris olunandan sonra hərbi xidmətdə olmamaış, sənədləri qeydiyyata salınması üçünSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə göndərilmişdir. Məhlkəmə iclasında iştirak edən cavabdein nümayəndələri X4 da da eyni məzmunda çıxış etmişdir. X1 ifadəsində bildirmişdir ki, hərbi hissdə Şərəf məhkəməsi keçiiriləndə məzuniyyətdə olmuşdur. İddiaçı xidmət etdiyi dördə nizam intizamında problemi olub. Dəfələrlə onunla söhbət etmişdir. Geyim formasını pozurdu. Xidmət vərəqəsində bununla bağlıl qeydlər olunub. Son həddə çatdığı üçün şərəf məhkəməsinə çıxarılıbdır. XN ifadəsində bildirmişdir ki, İddiaçı bir müddət normal xidmət edib. Xırda nöqsanları olub. Nəzərə almışıq. Sonra bu hallar davam etdi. Bütün nöqsanlar xidmət vərəqəsində qeyd olunub. Şərəf məhkəməsi keçirilib. Xəbərdarlıq edilib. Sonra bu hallar təkrarlandı. İkinci dəfə şərəf məhkəməsi keçirildi. Şərəf məhkəməsi keçiriləndə tərxis olunması barədə qərar qəbul edildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsində qeydiyyatda olmuş xx xxxxxx N017-ci ildə təyinat vərəqəsi verilmiş, müddətdən artıq həqiqi hərbi xidmətə getmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli hərbi hissənin xx xxxxxx N017-ci il tarixli N40 nömrəli əmri əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsində qeydiyyata alınmışdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, bir qayda olaraq təxris olunan hərbiçilər qeydiyyata durmaq üçün özləri idarəyə gəlirlər. Lakin İddiaçı özü şəxsən idarəyə gəlməmiş, sənələri xüsusi poçt vasitəsi ilə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna əsasən Cavabdeh tərəfindən İddiaçı ehtiyata buraxılması haqqında verilmiş əmrlə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən iddiaçının şəxsi işindəki sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş materiallardan görünür ki, iddiaçı xx.xx.N017-ci il tarixdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır.N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N017-ci il tarixli N40 nömrəli əmri əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.N017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.N017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin N.N.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dir qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı xx.xx.N017-ci il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirməyi vacib sayır. İddiaçı qeyd edir ki, xx.xx.N017-ci il tarixdə məzuniyyətə çıxmış, xx.xx.N017-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ondan müvafiq jurnala xx.xx.N017-ci il tarixi üçün imza atması istənilmiş, lakin bu barədə ona heç nə bildirilməmişdir. Bugünə kimi rəsmi şəkildə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb-buraxılmaması, ehtiyata buraxılmışsa bunun səbəbləri, onun əsası, əgər mövcuddursa buraxılma əmri barədə məlumat verilməmiş, şəxs hər hasnı bu tipli rəsmi sənədlə tanış etdirilməmişdir. Dəfələrlə N saylı hərbi hissə komandanlığına müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Ona təhkim edilmiş silah bugünə kimi onun adından çıxarılmamış, onun Şəxsi vəsiqəsində bu barədə qeydiyyat aparılmamış, ümumiyyətlə ona məxsus həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi özündə qalmış, ona hərbi bilet verilməmişdir. Bu fakt baş vermiş qanunsuzluğa, vəzifə səriştəsizliyinə, habelə vəzifədən sui-istifadəyə dəlalət edir. Bu barədə V.Mikalıyov Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, orada bildirilmişdir ki, o rəsmi olaraq ehtiyata buraxılmamışdır və mütləq şəkildə hərbi hissəyə, xidmətinin başına qayıtmalıdır. İddiaçı birdaha hərbi hissəyə qayıtsa da, o hərbi hissəyə buraxılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı özü ərizəsində qeyd edir ki, xx.xx.N017-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra hərbi xidmətə buraxılmamışdır. Lakin iddiaçı iki ilə yaxın bir müddətdən sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdən təxrisi ilə bağlı həmin dövrlərdə qanun pozuntusuna yol verilmiş olsa belə, yuxarıda qeyd olunan müddətlə bağlı normalar iddiaya mahiyyət üzrə baxılmasını istisna edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.N017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.N017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə dair iddiası qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-80/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-80/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver