Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-800/2020 27.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu, Hökməli Bələdiyyəsinə qarşı “cavabdeh Abşeron rayonu Hökməli Bələdiyəsinin üzərinə xx.xx.2006-cı il tarixdə verilmiş, JN–616A KOD 30800036 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətmanə”də qeyd olunan ölçüdə torpaq sahəsinin yerinin müəyyən edilməsi və ölçülüb təhvil verilməsi vəzifəsinin qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayonu, Hökməli Bələdiyyəsinə qarşı “cavabdeh Abşeron rayonu Hökməli Bələdiyəsinin üzərinə xx.xx.2006-cı il tarixdə verilmiş, JN–616A KOD 30800036 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətmanə”də qeyd olunan ölçüdə torpaq sahəsinin yerinin müəyyən edilməsi və ölçülüb təhvil verilməsi vəzifəsinin qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon X1 xx xxxxxx 2005–ci il tarixli 56 saylı qərarı ilə ona 0.10 ha torpaq sahəsi verilmişdir. Bunun əsasında JN-616 A KOD 30800036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətmanə" verilmişdir. Qeyd olunan mülkiyyət sənədini cavbadehə göstərmiş. Onun üçün sənədində qeyd olunan yerdə torpaq sahəsi ölçüb verdilər. O da həmin torpaq sahəsinin sərhədlərini traktor ilə qazaraq hasar çəkmək istəyirmiş. Bir neçə Aydan sonra həmin sahəsini başqa şəxsə satıldığını görmuşdur. Ona qarşı olunan qanun pozuntusu ilə bağlı dövlət orqanlarına müraciət etmişdir. Ərizəsi araşdırıldı və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. xx.xx.2006–cı il tarixdə verilmiş, JN-616 A KOD 30800036 saylı “Torpağın mülkiyətə verilməsinə dair Şəhadətmanə ” yə əsasən onun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi və ölçülüb təhvil verilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulmalıdır.. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********10 nömrəli məktubdan görünür ki, ləğv edilmiş dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş arxiv məlumatlarında İddiaçı mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinə dair Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən JN- 616A nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” X1 xx.xx.2005-ci il tarixli, 56 nömrəli qərarına əsasən verilmişdir. Məhkəmənin digər sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********93 nömrəli məktubdan görünür ki, ləğv edilmiş dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş JN-616A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilən 0.10 ha torpaq sahəsi Hökməli qəsəbəsinin hüdudları daxilində yerləşir və vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi Hökməli qəsəbəsinin hüdudları daxilində yerləşməsinə baxmayaraq, həmin torpaq sahəsi bələdiyyə tərəfindən deyil, X1 xx.xx.2005-ci il tarixli 56 saylı qərarı ilə ayrılmışdır. Nəzərə alınmalıdır ki, Hökməli Bələdiyyəsi qeyd olunan X1 hüquqi varisi deyil, ona görədə hazır ki, iddia tələbi üzrə cavabdeh olan Hökməli bələdiyyəsi iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayonu, Hökməli Bələdiyyəsinə qarşı “cavabdeh Abşeron rayonu Hökməli Bələdiyəsinin üzərinə xx.xx.2006-cı il tarixdə verilmiş, JN–616A KOD 30800036 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətmanə”də qeyd olunan ölçüdə torpaq sahəsinin yerinin müəyyən edilməsi və ölçülüb təhvil verilməsi vəzifəsinin qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-800/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-800/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver