Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-802/2020 17.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, Quliyeva Tamara Namiq qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı ““xxxx” MMC-nə Cavabdeh ASC tərəfindən istifadə olunan suya görə təqdim etdiyi 8172 manat X7 fakturasının ləğv edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh ASC-yə qarşı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq, İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək, aşağıdakıları bildirirlər: Onların Cəmiyyətinə Cavabdeh ASC tərəfindən X7-Fakturası təqdim edilərək, öz əməkdaşları tərəfindən aktlaşdırılaraq, 8172 manat məbləğində, onlara aid olmayan suya görə borc yaradılmışdır. Onların ərazisində aktda göstərilən, 40 mm-lik içməli su xətti yoxdur, ən yaxın Cavabdeh ASC-nə məxsus xətt onlardan 1600 metrlik bir məsafədən, dəniz qırağından keşir. Aktda qeyd olunan içməli su əslində, Cəmiyyətin öz ərazisində olan artezian quyusunun suyudur ki, bunun da Cavabdeh ASC-nə aidiyyatı yoxdur. Bundan başqa Cəmiyyətin fəaliyyətini 2014-cü ildən demək olar ki, dayandırmışlar, buna səbəb avadanlıq və qurğuların müasir tələblərə cavab verməməsidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin direktoru X4 və “xxxx” MMC-nin nümayəndəsi X3 iştirak etmiş, onlara hüquqi yardım edilmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən onlara artıq məbləğdə pul hesab olduğunu bildirir və müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının cavabdeh qismində qoyduğu Cavabdeh ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat-fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmalı və mübahisə həmin şəxsin inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də Cavabdeh ASC-nin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Hazırkı işdə mübahisənin yaranma əsası tərəflər arasında sudan istifadə zamanı yaranmış mülki hüquq münasibətləridir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı “xxxx” MMC-nə Cavabdeh ASC tərəfindən istifadə olunan suya görə təqdim etdiyi 8172 manat X7 fakturasının ləğv edilməsi barədə iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, hazırkı mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-802/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-802/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver