Məhkəmə qərarları › İş №2-1(118)-802/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-802/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-802/2022 03.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1961 -ci ildə anadan olmuşdur. 16.05.1979- 13.05.198l-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bunu ona məxsus ББ seriyalı 144072 saylı Hərbi bilet təsdiq edir. O, Müdafiə Nazirinin 10 may 1994-cü il tarixli əmri ilə N saylı hərbi hissənin avtomobil xidməti üzrə komandir vzvodu təyin edilmişdir. Həmin dövrdə N saylı hərbi hissə Ağdam rayonunun Mirəşelli kəndində dislokasiya olunmuşdur. N saylı hərbi hissənin kombiriqi, Podpolkovnik Eminovun şifahi sərəncamı ilə İ 0.05.1994-cü ildə Sabunçu Hərbi Batalyonuna göndilmiş və batalyonun qərargah rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 10 may 1994-cü ildə Sabunçu Hərbi hissəsində hərbi xidmətə başlasa da bu barədə əmr 8 gün sonra, yəni 18.05,1994cü ildə verilmişdir. Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş 18.08.1994-cü il tarixli 3/900 saylı arayışda da qeyd edilmişdir ki, iddiaçı (İddiaçı) 15.05.1994-cü ildə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Həmçinin hərbi biletində qeyd olunmuşdur ki, o, 13.05.1994-19.08.1994-cü ildə N saylı hərbi hissədə komandir vzvod vəzifəsində xidmət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi xahişi ilə AR-nın Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh özünün 24.08.2021 -ci il tarixli, 4/2-391 saylı Arxiv arayışı ilə xahişi rədd edilmişdir. Məktubdu imtinaya səbəb kimi “703 saylı hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il və yanvar-mart 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi o, 10.05.1994-cü ildə N saylı hərbi hissədə hərbi xidmətə çağrılmış və 30.01.1996-cı ilə qədər AR-nın Silahlı Qüvvələrində Baş Leytenant rütbəsi ilə xərbi xidmətdə olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o inzibati orqana uzun müddət əvvəl müraciət etmişdir, lakin imtina məktubunuda itirmişdir. Cavabdeh inzibati orqan isə iddiaya münasibətində qeyd etmişdir ki, iddiaçı onlara müraciət etmədən məhkəmədə iddia qaldırmışdır. Ona görədə iddia mümkün hesab edilməməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı ilkin olaraq inzibati orqana müracət etməlidir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə inzibati orqana müraciəti ilə əlaqədar tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar