Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-803/2020 02.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştrakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3rşı “ “xxxxxxxxxxxxx” MMC-dən lizinq qaydasında aldığı Hyundai SantaFe markalı ** PD *** dövlət qeydiyyat nişanlı (mühərrik №-si G4KEBV444239, ban №-si KMHSH81BDCVB788809, rəngi-qara) minik avtomobilinin İddiaçı MMC-nin mülkiyyətinə keçirmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC ilə “xxxxxxxxxxxxx” MMC-dən lizinq qaydasında xx.xx.2011 -ci il tarixli LA 001-001950 saylı daxili müqavilə əsasında ** PD *** dövlət nömrə nişanlı Hyundai SantaFe markalı (mühərrik №-si G4KEBV444239, ban №-si KMHSH81BDCVB788809, rəngi-qara) minik avtomobili almışlar.Bütün öhdəliklər tərəflər arasında tam yerinə yetirilmişdir.Lakin bu günədək həmin avtomobilin İddiaçı MMC-nin mülkiyyətinə keçməsi sənədləşdirilməmişdir. Bu səbəbdən həmin avtomibillə bağlı dövlət təşkilatlarının bütün müraciətləri “xxxxxxxxxxxxx” MMC-yə edilmişdir.Həmin müraciətlərdən biri yəni Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə bağlı “xxxxxxxxxxxxx” MMC-yə polis tərəfindən edilən müraciət icrasız qaldığından yol polisi Nərimanov rayon Məhkəməsinə müraciət edərək “xxxxxxxxxxxxx” MMC-nin 300 (üç yüz) manat cərimə edilməsini Məhkəmədən xahiş etmişdir. Nərimanov rayon Məhkəməsi öz növbəsində “xxxxxxxxxxxxx” MMC-ni 300 (üç yüz) manat cərimə etmişdir. “xxxxxxxxxxxxx” MMC cəriməni ödəmir və ya ödəməni gecikdirir. “xxxxxxxxxxxxx” MMC polisin müraciəti barədə İddiaçı MMC-yə nə yazılı nə də şifahi məlumat verilməmişdir. “xxxxxxxxxxxxx” MMC-nin təqsiri üzündən yuxarıda qeyd edilən avtomobili mülkiyyətinə keçirə bilmirlər.Hər bir mülkiyyətçi öz əmlakını, mülkiyyətini tələb etmək hüququna malikdir. Ona görə də Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddələrini rəhbər tutaraq mülkiyyətini tələb etməklə özünü haqlı hesab edirlər.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxs qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsələr də, onlar məhkəmə iclasına nümayəndələrinin iştrakını təmin etməmişdirlər, eyni zamanda iddia tələbinə münasibət bildirməmişdirlər.Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdeh təkilatın və 3-cü şəxsin nümayəndəsinin iştrakı olmadan baxılmasıni mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Baş Dövlət X6 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 016-118614-1219 nömrəli imtina məktubu, “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 853 nömrəli məktubun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İşin araşdırılan hallarından görünür ki, iddiaçının sahibliyində olan ** PD *** dövlət nömrə nişanlı Hyundai SantaFe markalı (mühərrik №-si G4KEBV444239, ban №-si KMHSH81BDCVB788809, rəngi-qara) minik avtomobili “xxxxxxxxxxxxx” MMC-dən xx.xx.2011 -ci il tarixli LA 001-001950 saylı müqavilə əsasında əldə etmişdir. Ancaq cavabdeh təşkilat tələbin icra olunmamasını belə əsaslandırır ki, müvafiq avtomobilin sahibi “xxxxxxxxxxxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozaraq tətbiq edilmiş cərimənin ödənilməməsinə görə mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, avtomobilin keçmiş sahibi “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 853 nömrəli məktubdan görünür ki, İddiaçı MMC-nin “xxxxxxxxxxxxx” MMC-yə borcu qalmamış, hətta lizinqi verən MMC belə müvafiq avtomobili qeydiyyata alınmasını cavabdehdən xahiş etmişdir. Bundan başqa İddiaçıMMC-ti ilə “xxxxxxxxxxxx” MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə nəzərdə tutulmuş avtomobilin dəyəri tam şəkildə satıcıya ödənilmişdir. Azərbaycan Respublikası BDYP İdarəsi avtomobilin yeni sahibini ona görə qeydiyyata almaq istəmir ki, həmin avtomobilin keçmiş sahibinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən borcu var. Məhkəmə hesab edir ki, inzibati orqanın bu cür yanaşması düzgün deyil. İlk öncə nəzərə alınmalıdır ki, avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin mülkiyyətçisi deyil sahibi barəsində qeyd var. Yəni buradan belə nəticəyə gəlmək lar ki, rəsmi reyesterdə qeydiyyta alınan daşınar əşya hesab edilən avtomobilin üzərində sahiblik hüququnun yaranması üçün həmin avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin olması kifayətdir. BDYPİ-si isə öz nəvbəsində həmin hüququ avtomobilə qeydiyyat şəhadətnaməsi verməklə orada müvafiq qeydini aparırı. Hesab olunur ki, əmlakın keçmiş sahibinin mülkiyyət hüququ ilə bağlı olmayan öhdəliklərinə görə yeni sahibinin hüuquqlarının məhdudlaşdırılması yolverilməzdir.Əgər avtomobilə dair sahiblik hüququ digər şəxsə qanuni əsasla keçmişdirsə həmin sahiblik hüququnun inzibati orqan tərəfindən qeydiyyatının aparılmasından imtina Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci və 146.1-ci maddələrinin tələblərinə ziddir. Burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 146.1-ci maddəsi daşınmaz əmlaka aid olmasına baxmayaraq, həmin Məcəllənin 11.1-ci maddəsinin müddəası (Qanunun analogiyası) tətbiq edilməklə bu mübahisəyə tətbiq edilməsi yolveriləndir. Qeyd olunan Məcəllənin 146.1-ci maddəsinə əsasən avtomobilin üzərində sahiblik hüququnun başqa şəxsə keçməsi üçün tərəflər arasında bağlanmış müqavilə kifayətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-cü maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 163.2-ci maddəsinə əsasən əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konxxxuksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Hesab olunur ki, nəqliyyat vasitəsinin keçmiş sahibinin digər avtomobilləri ilə törədilmiş inzibati xətalara görə hazır ki, iddia tələbi üzrə iddiaçının sahiblik hüququnun məhdudlaşdırılması qanuna ziddir. İddiaçı nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün həmin avtomobilin mülkiyyətinə keçirməsini tələb etmiş, lakin qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən nəqliyyat vasitələrinin mülkiyyət deyil sahiblik hüququ qeydə alındığına görə iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Beləliklə, şərh olunanlara əsasən İddiaçı sahibliyində olan ** PD *** dövlət nömrə nişanlı Hyundai SantaFe markalı (mühərrik №-si G4KEBV444239, ban №-si KMHSH81BDCVB788809, rəngi-qara) minik avtomobilin sahibi kimi öz əmlakı üzərində sərbəst sahiblik hüququnun məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı “xxxxxxxxxxxxx” MMC-dən lizinq qaydasında aldığı Hyundai SantaFe markalı ** PD *** dövlət qeydiyyat nişanlı (mühərrik №-si G4KEBV444239, ban №-si KMHSH81BDCVB788809, rəngi-qara) minik avtomobilinin İddiaçı MMC-nin sahibliyinə keçirmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-803/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-803/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver